Pul xərcləməyən kişini yumurtlamayan toyuq kimi görürəm
Axsham.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Aparıcı Vüsalə Əlizadə xəsis insanlardan xoşu gəlmədiyini etiraf edib.
Axşam.az xəbər verir ki, o, bu barədə aparıcısı olduğu "İncə səhər" verilişində danışıb. Vüsalə həm qadın, həm də kişi olmasından asılı olmayaraq xəsis insanları sevmədiyini bildirib:
"Xəsis insanlar gözümün düşmənidir. Nəsib Zeynalova filmdə dediyi kimi: Pul xərcləməyən kişini yumurtlamayan toyuq kimi görürəm. Qadın, kişi fərq etmir. Xəsis, kiminsə hesabına günü ötüşdürən insanlar düşmənimdir. Qadın olaraq bunu özümə sığışdırmamışam. Harada oturmuşuqsa, xanımlarla olanda hesabı birinci mən ödəmişəm. Özümə sığışdırmamışam ki, kimsə mənim əvəzimə hesab versin. Mənim də pulum sel deyil. Qazanıram, çalışıram. Bir yaş dönəmi olur ki, istəyirsən ancaq xərcləyəsən. Sonra isə deyirsən ki, yaşımın bu çağında artıq olmaz".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:195
Bu xəbər 08 İyul 2026 13:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















