Fəxri Ağayev: “Pul qazanmayan kişini yumurtlamayan toyuğa bənzətmək...”
Gununsesi saytına istinadən Icma.az xəbər verir.
İş adamı, təlimçi Fəxri cəmiyyətdə kişilərə münasibət mövzusuna toxunub.
Gununsesi.info-nun xəbərinə görə, o bildirib ki, pul qazanmayan kişinin “yumurtlamayan toyuğa” bənzədilməsi kişini insan, ata, həyat yoldaşı, övlad və şəxsiyyət kimi deyil, yalnız pul gətirən mexanizm kimi görməyin göstəricisidir.
Ağayev qeyd edib ki, qadının dəyərini yalnız xarici görünüşü ilə ölçmək necə alçaldıcıdırsa, kişinin dəyərini də yalnız qazandığı pulla qiymətləndirmək bir o qədər yanlışdır.
Onun sözlərinə görə, insan müxtəlif səbəblərdən işini, gəlirini və maddi imkanlarını itirə bilər, lakin bu, onun insanlıq dəyərini azaltmır.
O, həmçinin, haqlı-ədalətli yanaşma tələb edən şəxslərin bu cür ifadələri də eyni həssaslıqla qınamasının vacibliyini vurğulayıb.
Fikirlərinin sonunda Fəxri Ağayev cəmiyyətdə kişilərə hörmətin getdikcə ən aşağı səviyyəyə endiyini düşündüyünü ifadə edib.
Elmar
Gununsesi.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:162
Bu xəbər 17 İyul 2026 17:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















