Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Ronaldo dönəmi başa çatır

ML: 3 cü tur başlayır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

“Pulları Rusiyada yaşayan ermənilərdən almışam” Okampo

“Pulları Rusiyada yaşayan ermənilərdən almışam” Okampo

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Dünən “Minval Politika”nın yaydığı material və videogörüntülər Azərbaycana qarşı genişmiqyaslı və sistemli informasiya kampaniyasının pərdəarxasını bir daha üzə çıxardı. Artıq söhbət ayrı-ayrı bəyanatlardan və ya sadəcə siyasi jestlərdən deyil, sistemli təsir və təzyiq infrastrukturundan gedir. Bu infrastrukturda Qərb platformaları, diaspor şəbəkələri və indi məlum olduğu kimi, Rusiyadan gələn maliyyə resursları da iştirak edir.

Bu prosesdə əsas fiqur Beynəlxalq Cinayət Məhkəməsinin sabiq prokuroru Luis Moreno Okampodur. Yayımlanan videomateriallarda o, faktiki olaraq Bakıya qarşı kampaniyada iştirakını təsdiqləyir. Üstəlik, o, Avropa institutlarında əlaqələri və komandasının olduğunu açıq şəkildə bildirir, Avropa diplomatiyasının keçmiş rəhbəri Jozep Borrel və onun çevrəsinin xatırladır.

Lakin ən diqqətçəkən məqam Avropa istiqamətindən çox, bu fəaliyyətin maliyyə bazasıdır.

“Qafqazinfo” xəbər verir ki, “Minval Politika”nın əldə etdiyi yeni videokadrlardan aydın olur ki, kampaniya “Rusiya-erməni nümayəndələrindən ibarət qrup” tərəfindən maliyyələşdirilir və bu məqsədlə xüsusi fond yaradılıb. Məqsəd uzunmüddətli və davamlı informasiya təzyiqini təmin etməkdir.

Okampo açıq şəkildə etiraf edir ki, ilkin mərhələdə o, maliyyəni erməni mənbələrindən alıb, sonra isə daha strukturlaşdırılmış kanallar işə qoşulub. Söhbət beynəlxalq bizneslə məşğul olan və bir hissəsi Rusiyada yaşayan varlı erməni diaspor nümayəndələrindən gedir. Burada əsas prinsip anonimlikdir. Onun sözlərinə görə, bu sxemin iştirakçıları “Rusiya ilə problem yaşamaq istəmədikləri üçün” qapalı mexanizmlərlə fəaliyyət göstərməyə üstünlük verirlər.

Videoyazıları və onların mətnini təqdim edirik:

Luis Moreno Okampo: “Domenek”

Həmsöhbət: “Domenek?”

Luis Moreno Okampo: “Hə. Mən […] heç cür soyadları yadda saxlaya bilmirəm, bağışlayın”.

Həmsöhbət: “Amma bu sizin işə götürdüyünüz biridir?”

Luis Moreno Okampo: “Devesa”

Həmsöhbət: “Devesa”

Luis Moreno Okampo: “Devesa”

Həmsöhbət: “Devesa. Amma siz…”

Luis Moreno Okampo: “Mən ermənilərdən bir az pul aldım”.

Həmsöhbət: “Aha”

Luis Moreno Okampo: “Beləliklə, başlanğıcda ermənilər, mən…”

Həmsöhbət: “ABŞ-də?”

Luis Moreno Okampo: “Xeyr, Rusiyadan olan ermənidən… Onlar Rusiya ilə heç bir problem yaşanmamasını istəmirlər. Onlar üçün anonimlik əsasdır”.

Həmsöhbət: “Yaxşı. Amma biz Rusiyadan kənarda yaşayan ruslardan danışırıq? Yoxsa Rusiyadakı ruslardan?”

Luis Moreno Okampo: “Onlar xaricə səyahət edirlər; onların hər yerdə maraqları var, mütləq Rusiyada olmaları şərt deyil. Bəziləri, hamısı yox. Amma mən deyərdim ki, bunlar məxfi şəkildə baş verir”.

Luis Moreno Okampo: “Əvvəlcə mən bunu təmənnasız (pro bono) etdim. İlk hesabat təmənnasız idi. Sonra Beynəlxalq Cinayət Məhkəməsindəki (ICC) bir işi dəstəkləmək üçün Amerika fondlarından birindən dəstək aldım. Sonra sosial media kampaniyasını da, demək olar ki, təmənnasız etdim. Və indi Rusiya ermənilərindən ibarət bir qrup onların daha davamlı kampaniyasını maliyyələşdirmək üçün fond yaradır”.

Həmsöhbət: “Deməli, layihəniz nə vaxta qədər davam edəcək?”

Luis Moreno Okampo: “Heç bir fikrim yoxdur. Çünki indi bizim… erməni məsələsində bunu maliyyələşdirən insanlar qrupu var. Və bizim may ayınadək öhdəliyimiz var, […] amma mənim etdiyim odur ki…”

Həmsöhbət: “Həm də Ermənistanda olan azlıq?”

Luis Moreno Okampo: “Xeyr, maliyyələşdirən qrup…”

Həmsöhbət: “[…] Hə, bəzi varlı ermənilər…Onlar axı nə edirlər?”

Luis Moreno Okampo: “Çünki onlar ermənidirlər. Çünki onlar ermənidirlər”.

Həmsöhbət: “Onlar hökumətin bir hissəsidir, yoxsa QHT-lərdir? Onlar mənim kimi insanlardır, ya necə?”

Luis Moreno Okampo: “Xeyr, xeyr, xeyr. Bilirsiniz nə var? Onlar Rusiyada yaşayırlar”.

Bu kontekstdə mümkün benefisiarların dairəsi də aydınlaşır. Maliyyələşmə mənbələrindən biri kimi biznesmen Samvel Karapetyan çıxış edə bilər. O, daha əvvəl Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyətlərin dəstəklənməsi kontekstində də gündəmə gəlmişdi. Məlumatlara görə, o, keçmiş işğal dövründə Qarabağda məskunlaşma və infrastruktur layihələrinin maliyyələşdirilməsində iştirak edib.

Bundan əlavə, şübhəsiz ki, bu prosesdə Ruben Vardanyan da iştirak edib. Hazırda Bakıda saxlanılmasına baxmayaraq, onun fondu fəaliyyətini davam etdirir və bu fəaliyyət hazırda ailəsi tərəfindən idarə olunaraq Bakıya qarşı kampaniyaya yönəldilir.

Yeni materiallar göstərir ki, bu cür praktika aradan qalxmayıb, sadəcə transformasiya olunub. Əgər əvvəllər söhbət “yerində faktlar” yaratmaqdan gedirdisə, indi vurğu informasiya və siyasi təzyiqə yönəlib. Beləliklə, maliyyə, media, siyasi əlaqələr və beynəlxalq institutların vahid mexanizm kimi işlədiyi bütöv ekosistem formalaşdırılıb.

Burada diqqətimizi xüsusi cəlb edən məqamlardan biri Okamponun müddətlərlə bağlı etirafıdır. O, açıq şəkildə bildirir ki, komandasının maliyyəsi “ən azı may ayına qədər” təmin olunub. Bu isə kampaniyanın planlı xarakter daşıdığını göstərir.

Xatırladaq ki, may ayı parlament seçkilərinə hazırlaşan Ermənistanda seçki kampaniyasının son mərhələsidir. Bu fonda baş verənlər artıq təkcə xarici informasiya hücumu deyil, həm də bu ölkənin daxili işlərinə və seçki prosesinə birbaşa müdaxilə kimi görünür.

Üstəlik, unutmayaq ki, dünən yaydığımız kadrlarda Okamponun oğlu Tomas faktiki olaraq etiraf etmişdi ki, bu kampaniyanın məqsədlərindən biri Ermənistanın Baş naziri Nikol Paşinyanın devrilməsidir.

Bütün bunlar bir daha göstərir ki, söhbət təkcə Azərbaycana qarşı deyil, ümumilikdə regional sabitliyə qarşı yönəlmiş və dərin kök salmış sistemdən gedir. Qərb institutlarının, Rusiyadan gələn maliyyə axınlarının və diaspor strukturlarının birgə fəaliyyəti bu kampaniyanın çoxsəviyyəli xarakterini ortaya qoyur.

“Minval Politika”nın yaydığı materiallar uzun illər kölgədə qalan mexanizmi üzə çıxarır. Artıq aydın olur ki, burada ayrı-ayrı siyasətçilərin “dəyərlər mövqeyi” deyil, konkret maliyyələşdirilən və praqmatik fəaliyyət dayanır. Korrupsiya pulları isə, təbii ki, həlledici rol oynayır.

Bu hekayə eyni zamanda şəxsiyyətin deqradasiyasını aydın şəkildə göstərir: bir vaxtlar Beynəlxalq Cinayət Məhkəməsinin tanınmış prokuroru olan şəxs faktiki olaraq Avropa strukturlarının və Rusiyadakı erməni oliqarxlarının - Karapetyan və Vardanyanın iştirak etdiyi hibrid hücumlara xidmət edən lobbiçi marionetə çevrilib. Bu şəxs haqda növbəti materialımızda daha ətraflı bəhs edəcəyik.

Ardı var…

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 01 May 2026 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see643

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see342

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see325

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see236

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see233

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see232

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see231

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see224

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see220

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see216

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see216

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see216

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see215

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see214

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see212

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see210

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see210

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see209

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see208

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri