Icma.az
close
up
RU
Okampodan şok: Mən pulları ermənilərdən almışam... Video

Okampodan şok: Mən pulları ermənilərdən almışam... Video

Icma.az, Axar.az saytına istinadən bildirir.

Dünən yayılan material və video görüntülər Azərbaycana qarşı genişmiqyaslı və sistemli informasiya kampaniyasının pərdəarxasını bir daha üzə çıxardı. Artıq söhbət ayrı-ayrı bəyanatlardan və ya sadəcə siyasi jestlərdən deyil, sistemli təsir və təzyiq infrastrukturundan gedir. Bu infrastrukturda Qərb platformaları, diaspor şəbəkələri və indi məlum olduğu kimi, Rusiyadan gələn maliyyə resursları da iştirak edir.

Axar.az “Minval Politika”ya istinadla xəbər verir ki, bu prosesdə əsas fiqur Beynəlxalq Cinayət Məhkəməsinin sabiq prokuroru Luis Moreno Okampodur. Yayımlanan video materiallarda o, faktiki olaraq Bakıya qarşı kampaniyada iştirakını təsdiqləyir. Üstəlik, o, Avropa institutlarında əlaqələri və komandasının olduğunu açıq şəkildə bildirir, Avropa diplomatiyasının keçmiş rəhbəri Jozep Borrel və onun çevrəsinin xatırladır.

Lakin ən diqqətçəkən məqam Avropa istiqamətindən çox, bu fəaliyyətin maliyyə bazasıdır.

Yeni video kadrlardan aydın olur ki, kampaniya “Rusiya-erməni nümayəndələrindən ibarət qrup” tərəfindən maliyyələşdirilir və bu məqsədlə xüsusi fond yaradılıb. Məqsəd uzunmüddətli və davamlı informasiya təzyiqini təmin etməkdir.

Okampo açıq şəkildə etiraf edir ki, ilkin mərhələdə o, maliyyəni erməni mənbələrindən alıb, sonra isə daha strukturlaşdırılmış kanallar işə qoşulub. Söhbət beynəlxalq bizneslə məşğul olan və bir hissəsi Rusiyada yaşayan varlı erməni diaspor nümayəndələrindən gedir. Burada əsas prinsip anonimlikdir. Onun sözlərinə görə, bu sxemin iştirakçıları “Rusiya ilə problem yaşamaq istəmədikləri üçün” qapalı mexanizmlərlə fəaliyyət göstərməyə üstünlük verirlər.

Videoyazıları və onların mətnini təqdim edirik:

Luis Moreno Okampo: “Domenek”

Həmsöhbət: “Domenek?”

Luis Moreno Okampo: “Hə. Mən […] heç cür soyadları yadda saxlaya bilmirəm, bağışlayın”

Həmsöhbət: “Amma bu sizin işə götürdüyünüz biridir?”

Luis Moreno Okampo: “Devesa”

Həmsöhbət: “Devesa.”

Luis Moreno Okampo: “Devesa”

Həmsöhbət: “Devesa. Amma siz…”

Luis Moreno Okampo: “Mən ermənilərdən bir az pul aldım”

Həmsöhbət: “Aha”

Luis Moreno Okampo: “Beləliklə, başlanğıcda ermənilər, mən…”

Həmsöhbət: “ABŞ-da?”

Luis Moreno Okampo: “Xeyr, Rusiyadan olan ermənidən… Onlar Rusiya ilə heç bir problem yaşanmamasını istəmirlər. Onlar üçün anonimlik əsasdır”

Həmsöhbət: “Yaxşı. Amma biz Rusiyadan kənarda yaşayan ruslardan danışırıq? Yoxsa Rusiyadakı ruslardan?”

Luis Moreno Okampo: “Onlar xaricə səyahət edirlər; onların hər yerdə maraqları var, mütləq Rusiyada olmaları şərt deyil. Bəziləri, hamısı yox. Amma mən deyərdim ki, bunlar məxfi şəkildə baş verir”

Luis Moreno Okampo: “Əvvəlcə mən bunu təmənnasız (pro bono) etdim. İlk hesabat təmənnasız idi. Sonra Beynəlxalq Cinayət Məhkəməsindəki (ICC) bir işi dəstəkləmək üçün Amerika fondlarından birində dəstək aldım. Sonra sosial media kampaniyasını da, demək olar ki, təmənnasız etdim. Və indi Rusiya ermənilərindən ibarət bir qrup onların daha davamlı kampaniyasını maliyyələşdirmək üçün fond yaradır”

Həmsöhbət: “Deməli, layihəniz nə vaxta qədər davam edəcək?”

Luis Moreno Okampo: “Heç bir fikrim yoxdur. Çünki indi bizim… erməni məsələsində bunu maliyyələşdirən insanlar qrupu var. Və bizim may ayınadək öhdəliyimiz var, […] amma mənim etdiyim odur ki…”

Həmsöhbət: “Həm də Ermənistanda olan azlıq?”

Luis Moreno Okampo: “Xeyr, maliyyələşdirən qrup…”

Həmsöhbət: “[…] Hə, bəzi varlı ermənilər…Onlar axı nə edirlər?”

Luis Moreno Okampo: “Çünki onlar ermənidirlər. Çünki onlar ermənidirlər”

Həmsöhbət: “Onlar hökumətin bir hissəsidir, yoxsa QHT-lərdir? Onlar mənim kimi insanlardır, ya necə?”

Luis Moreno Okampo: “Xeyr, xeyr, xeyr. Bilirsiniz nə var? Onlar Rusiyada yaşayırlar”

Bu kontekstdə mümkün benefisiarların dairəsi də aydınlaşır. Maliyyələşmə mənbələrindən biri kimi biznesmen Samvel Karapetyan çıxış edə bilər. O, daha əvvəl Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyətlərin dəstəklənməsi kontekstində də gündəmə gəlmişdi. Məlumatlara görə, o, keçmiş işğal dövründə Qarabağda məskunlaşma və infrastruktur layihələrinin maliyyələşdirilməsində iştirak edib.

Bundan əlavə, şübhəsiz ki, bu prosesdə Ruben Vardanyan da iştirak edib. Hazırda Bakıda saxlanılmasına baxmayaraq, onun fondu fəaliyyətini davam etdirir və bu fəaliyyət hazırda ailəsi tərəfindən idarə olunaraq Bakıya qarşı kampaniyaya yönəldilir.

Yeni materiallar göstərir ki, bu cür praktika aradan qalxmayıb, sadəcə transformasiya olunub. Əgər əvvəllər söhbət “yerində faktlar” yaratmaqdan gedirdisə, indi vurğu informasiya və siyasi təzyiqə yönəlib. Beləliklə, maliyyə, media, siyasi əlaqələr və beynəlxalq institutların vahid mexanizm kimi işlədiyi bütöv ekosistem formalaşdırılıb.

Burada diqqətimizi xüsusi cəlb edən məqamlardan biri Okamponun müddətlərlə bağlı etirafıdır. O, açıq şəkildə bildirir ki, komandasının maliyyəsi “ən azı may ayına qədər” təmin olunub. Bu isə kampaniyanın planlı xarakter daşıdığını göstərir.

Xatırladaq ki, may ayı parlament seçkilərinə hazırlaşan Ermənistanda seçki kampaniyasının son mərhələsidir. Bu fonda baş verənlər artıq təkcə xarici informasiya hücumu deyil, həm də bu ölkənin daxili işlərinə və seçki prosesinə birbaşa müdaxilə kimi görünür. Üstəlik, unutmayaq ki, dünən yaydığımız kadrlarda Okamponun oğlu Tomas faktiki olaraq etiraf etmişdi ki, bu kampaniyanın məqsədlərindən biri Ermənistanın baş naziri Nikol Paşinyanın devrilməsidir.

Bütün bunlar bir daha göstərir ki, söhbət təkcə Azərbaycana qarşı deyil, ümumilikdə regional sabitliyə qarşı yönəlmiş və dərin kök salmış sistemdən gedir. Qərb institutlarının, Rusiyadan gələn maliyyə axınlarının və diaspor strukturlarının birgə fəaliyyəti bu kampaniyanın çoxsəviyyəli xarakterini ortaya qoyur.

Yayılan materiallar uzun illər kölgədə qalan mexanizmi üzə çıxarır. Artıq aydın olur ki, burada ayrı-ayrı siyasətçilərin “dəyərlər mövqeyi” deyil, konkret maliyyələşdirilən və praqmatik fəaliyyət dayanır. Korrupsiya pulları isə, təbii ki, həlledici rol oynayır.

Bu hekayə eyni zamanda şəxsiyyətin deqradasiyasını aydın şəkildə göstərir: bir vaxtlar Beynəlxalq Cinayət Məhkəməsinin tanınmış prokuroru olan şəxs faktiki olaraq Avropa strukturlarının və Rusiyadakı erməni oliqarxlarının — Karapetyan və Vardanyanın — iştirak etdiyi hibrid hücumlara xidmət edən lobbiçi marionetə çevrilib.

“Minval Politika” bu şəxs haqda növbəti materialıda daha ətraflı bəhs edəcəyini elan edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://axar.az
archiveBu xəbər 01 May 2026 16:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Torqovı”da göbək rəqsi: “Çılğın dondurmaçı” gündəm yaradır VİDEO

15 Avqust 2026 11:32see402

BİZİM TƏQVİM: 15 avqustda baş vermiş tarixi hadisələr

15 Avqust 2026 08:01see266

Gökhan Özen ikinci dəfə evləndi (Foto)

15 Avqust 2026 00:27see261

“Komo” “Çelsi”nin hücumçusunu hədəfə alıb

15 Avqust 2026 03:06see226

İndoneziya sahillərində 7,5 bal gücündə zəlzələ olub, sunami gözlənilir

15 Avqust 2026 03:36see219

Maşında ürəkbulanma niyə yaranır?

15 Avqust 2026 01:56see207

Qalatasaray 10 nömrə mövqeyinə onu gətirir

16 Avqust 2026 01:18see195

Masazırda bayquş ulayırdı!

16 Avqust 2026 00:07see188

Cəlal Hüseynov oynadı, komandası qalib gəldi

15 Avqust 2026 01:46see181

Hörmüzdən 13 gəmi keçib

15 Avqust 2026 01:14see179

Kəpəz Sabah ın qonağıdır Heyətlər

15 Avqust 2026 19:52see179

Bu səfirin ölkəmizdəki diplomatik fəaliyyəti başa çatdı

15 Avqust 2026 09:38see177

Bu ölkə ilə əlaqələri gücləndirəcəyik Pezeşkian

16 Avqust 2026 00:20see174

Avropada Məhşər: Dəhşətli meşə yanğınları VİDEO

15 Avqust 2026 03:41see173

La Liqa 2026/27 mövsümü: 15 16 avqust matçlarının təqvimi və rəqabət in TƏHLİLİ

15 Avqust 2026 16:26see173

Bakı Qazax yolunda iki yük maşını toqquşdu, ölənlər var

15 Avqust 2026 22:40see172

Gecələr güclü ürək döyüntüsünün səbəbi nədir? Kardioloqlardan açıqlama

15 Avqust 2026 08:07see171

Almaniyanın Baltik dənizi sahillərində zəhərli yosunlar yayılıb

16 Avqust 2026 02:25see166

Bu qidalar prostat xərçəngi riskini artırır

15 Avqust 2026 02:03see162

Bədəninizdə su çatışmazlığını göstərən 5 gizli əlamət

16 Avqust 2026 04:05see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri