Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

“Hansısa sahədə ödənişli fəaliyyət göstərmək insanı avtomatik olaraq nə ekspert edir, nə də ekspertlikdən çıxarır”

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

Pulsuz oxuyan müğənnilər, “mənimsənilən” vəsaitlər və dəyişməyən Mənzər xanım Kimə inanaq?

Pulsuz oxuyan müğənnilər, “mənimsənilən” vəsaitlər və dəyişməyən Mənzər xanım Kimə inanaq?

Kulis.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Kulis.az Günel Novruzun yeni yazısını təqdim edir.

Azərbaycan mədəniyyətində illərdir səssizlik hökm sürürdü. Hamı nədənsə narazı idi, amma heç kim dillənmirdi.
Nura Suri danışana qədər…

O danışdı və illərlə toz basmış nazirlik qovluqları silkələndi.

Müğənni dedi ki, Mədəniyyət Nazirliyinin tədbirlərində müğənnilər pulsuz oxuyur, sən demə, dövlət bu tədbirlər üçün vəsait ayırırmış. O pullar isə... necə deyərlər, havada ərimirmiş, kimlərsə mənimsəyirmiş.

“Mədəniyyət Nazirliyinin keçirdiyi bütün tədbirlərdə biz, müğənnilər, dövlət tədbiridir deyə pulsuz oxumuşuq. Əvəzində isə heç kəsə lazım olmayan diplomlar veriblər - 2004-2022-ci illər ərzində. Sonradan xəbər tutduq ki, dövlət bu tədbirlər üçün vəsait ayırırmış, lakin həmin pulları Mədəniyyət Nazirliyində çalışanlar mənimsəyirmiş”.

Diplomlar qalır, pullar gedir. Sənətçi isə səhnədə “Vətən üçün oxuyuruq” deyib özünü təsəlli edir.

Nura Suri ad da çəkib. Mədəniyyət Nazirliyinin Tədbirlərin təşkili şöbəsinin müdiri Mənzər Nurəliyeva.

Onun iddiasına görə, bu xanım illərdir nazirlikdə “toxunulmaz” fiqur kimi oturub.

“Nazirlər dəyişir, amma Mənzər xanım hələ də yerindədir. Tədbirlərə düşmək üçün, hətta xalq artistləri belə, Mənzər xanıma bahalı hədiyyələr və pul verirlər”.

Müğənni deyir ki, sənət adamı kimi hansısa teatrda və ya muzeydə çəkiliş aparmaq istəsən, gərək ya pul ödəyəsən, ya da aylarla icazə gözləyəsən. Amma “bəy-gəlin” çəkilişləri üçün qapılar sonuna qədər açıqdır:

“Mədəniyyət Nazirliyinin nəzdində olan teatr, muzey və digər qurumlarda yalnız pul ödəyib çəkiliş aparmaq mümkündür. Bundan əlavə, nazirliyə rəsmi məktub göndərib aylarla cavab gözləməli oluruq. Biz müğənnilər üçün bu, çox çətin və ədalətsiz vəziyyətdir. Amma “bəy-gəlin” çəkilişləri üçün heç bir problem yoxdur - pulunu ödə, çəkilişini et”.

Nura Suri deyir ki, bir neçə “doğru danışan” sənətçi bu vəziyyətdən bezib rəsmi məktubla nazirliyə müraciət də edib. Amma nəticə?

“Nə isə... Mən yenə demoqoqluq etməyim, onsuz da daşım ağırdır”.

Mədəniyyət nazirinin müavini Fərid Cəfərov APA-ya açıqlamasında məsələnin diqqətdə saxlanıldığını deyib:

“Son üç ildə nazirlik bu məsələyə həssas yanaşır. Dövlət tədbirlərində iştirak edən incəsənət nümayəndələrinin – aktyorların, musiqiçilərin, rejissorların və digər yaradıcı şəxslərin əməyinin qiymətləndirilməsini Mədəniyyət Nazirliyi diqqət mərkəzində saxlayır. Belə tədbirlərdə iştirak edən şəxslərə ödənişlərin həyata keçirilməsi mövcud qaydalar və müqavilə şərtləri əsasında təmin olunur”.Nazirlikdən gələn cavab səliqəli və rəsmi idi. Bütün dövlət mətbuat relizləri kimi. Amma məsələ ondadır ki, bu sözlər sənətçilərin reallığına uyğun gəlmir.

Sənət adamı dövlət tədbirinə çağırılır, “Vətən üçün oxu” deyirlər. Oxuyur. Sonda ona ya çərçivəli diplom, ya da “Təşəkkürnamə” düşür. Əvəzində isə tədbir büdcəsində minlərlə manat xərclənmiş kimi görünür.

Bu, həm ədalətsizlik, həm də bürokratik ikiüzlülük yaradır: sənətçi səhnədə pulsuz tər tökür, kimsə kabinetdə oturub bu “pulsuz əməyin” hesabına varlanır.

Son illər nazirlik “sənətə dəstək”, “yaradıcı insanlara diqqət”, “peşəkarlığın təşviqi” kimi şüarlarla çıxış edir. Amma sənətçilərin dedikləri göstərir ki, bu, kağız üzərində olan “qayğı”lardır.

Əgər, doğrudan da, yaradıcı insanların əməyinə dəyər verilirsə, niyə onlar öz haqlarını sosial şəbəkədə deməyə məcbur olurlar?

Bu hadisə bir daha göstərdi ki, Mədəniyyət Nazirliyi ilə sənət adamları arasında "inam körpüsü" dağılmaq üzrədir.

Əgər bu körpü bərpa olunmasa, bizə diplomlarla dolu, dəyərsiz bir “mədəni” sistem qalacaq.

Bir tərəfdə “biz pulsuz oxuyuruq” deyən müğənnilər, o biri tərəfdə “biz qaydalara uyğun ödəniş edirik” deyən məmurlar.

Amma ortada, əslində, nə sənət qalır, nə də ədalət...

Conni Depp uzun fasilədən sonra kinoya qayıdır Tomrisin bu etirafı müzakirələrə səbəb olacaq - O, Hissə nə təklif etdi? Kino və fəlsəfə paralelini görən ilk filosof - Delöz nəyi cəfəngiyyat hesab edirdi?
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://kulis.az
archiveBu xəbər 12 Noyabr 2025 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see273

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see258

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see241

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see233

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see211

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see199

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see177

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see174

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see161

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see154

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see154

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see149

“Hansısa sahədə ödənişli fəaliyyət göstərmək insanı avtomatik olaraq nə ekspert edir, nə də ekspertlikdən çıxarır”

26 Dekabr 2025 00:28see140

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

26 Dekabr 2025 03:26see140

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

26 Dekabr 2025 01:59see139

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see135

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see134

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see133

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

26 Dekabr 2025 16:15see132

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri