Icma.az
close
up
RU
Pulsuz tibbi xidmətlərin sayı artırılır RƏSMİ

Pulsuz tibbi xidmətlərin sayı artırılır RƏSMİ

Icma.az, Operativ MM portalına istinadən məlumat yayır.

Azərbaycanda icbari tibbi sığorta sistemi, əhalinin yüksək keyfiyyətli tibbi xidmətlərə daha əlçatan olması məqsədilə tətbiq edilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sistem insanların maliyyə yükünü azaltmaqla yanaşı, müasir tibb xidmətlərindən bərabər şəkildə yararlanmaq üçün geniş imkanlar yaradır.
Sığorta çərçivəsində vətəndaşlar təcili, ilkin və ixtisaslaşmış tibbi yardım, laborator və diaqnostik xidmətlər daxil olmaqla geniş spektrdə tibbi xidmətlər əldə edə bilirlər. İcbari tibbi sığorta həmçinin xəstəliklərin erkən aşkarlanması və profilaktikası üçün şərait yaradaraq cəmiyyətin sağlamlıq səviyyəsinin yüksəlməsinə xidmət edir.
Bu sistem vasitəsilə tibbi xidmətlərin maliyyələşdirilməsi mərkəzləşdirilir və şəffaflıq təmin edilir. Beləliklə, icbari tibbi sığorta ölkədə səhiyyə sisteminin inkişafına mühüm töhfə verməkdədir.
İcbari tibbi sığorta çərçivəsində qarşılanan tibbi xidmətlərin sayı nə qədərdir? Gələcək daha hansı xidmətlərin bu zərfə daxil edilməsi planlaşdırılır?
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, icbari tibbi sığorta ölkədə tətbiq olunduğu dövrdən bugünə kimi əhalinin tibbi xidmətlərə əlçatanlığını təmin etmək, tibbi xidmətlərin keyfiyyətinin və əhatə dairəsinin genişləndirilməsi məqsədilə Xidmətlər Zərfinə 2 dəfə dəyişiklik edilib: "İcbari tibbi sığorta çərçivəsində qarşılanan tibbi xidmətlərin sayı 2 dəfə artırılaraq 3315-ə qədər yüksəlib.
Ötən il təminata alınmış əməliyyatlar sırasına ürək qapaqlarının dəyişdirilməsi və təmiri, anadangəlmə ürək qüsurlarının cərrahiyyəsi, minimal invaziv üsulla həyata keçirilən endovaskular əməliyyatlar, beyin və beyin qişalarında aparılan əməliyyatlar, xoşxassəli beyin şişlərinin çıxarılması, sümük, əzələ uzadılması, serebral iflic zamanı aşağı ətraflarda aparılan bükücü vətərin uzadılması, vətərin fiksasiyası əməliyyatı kimi dəyəri yüksək olan tibbi xidmətlər əlavə olunub. Habelə vətər, əzələ köçürülməsi, sümük iliyi, böyrək və qaraciyər transplantasiyası kimi əməliyyatlar da daxil edilib.
Hazırda Xidmətlər Zərfi çərçivəsində qarşılanan tibbi xidmətlərin sayının artırılması məqsədilə ictimai müzakirələr keçirilir. İcbari tibbi sığorta ilə qarşılanan ürək-damar, neyrocərrahiyyə və oftalmoloji xidmətlərin növbəti ildə çeşidinin artırılması, ambulator şəraitdə resept əsasında istifadə olunan dərman vasitələrinin də mərhələli qaydada sığorta ilə qarşılanması nəzərdə tutulub.
İlkin mərhələdə ürək-damar, həzm və tənəffüs sistemi xəstəliklərinin qarşılanması planlaşdırılıb. Prosesin tam və müasir standartlarda tətbiqi üçün texniki məsələlərin də tənzimlənməsi istiqamətində hazırlıq işləri görülməkdədir". (Musavat)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://operativmm.az
archiveBu xəbər 26 Noyabr 2024 11:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see395

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see306

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see287

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see278

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see268

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see257

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see256

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see253

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see238

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see222

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see213

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see212

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see211

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see211

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see207

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see201

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri