Puqaçovanın “əkizi” borca görə AXTARIŞDA 13 milyonluq qalmaqal FOTO
Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Rusiyada məhkəmə icraçıları məşhur müğənni Alla Puqaçovanın "əkizi" kimi tanınan parodiya ustası Aleksandr Peskovu 13 milyon rubl (təxminən 280 min manat) borca görə axtarış siyahısına salıblar.
Milli.Az xəbər verir ki, məlumat "Mash" "Telegram" kanalında dərc edilib.
Bildirilir ki, 63 yaşlı sənətçi maliyyə problemləri səbəbindən çıxışlarının tarifini kəskin şəkildə aşağı salıb. Onun konsert qiymətləri əvvəlki 5 milyon rubldan (təxminən 108 min manat) cəmi 400 min rubla (təxminən 8 600 manat) düşüb. Bir vaxtlar aldığı yüksək qonorarlar ona Moskvada iki mənzil əldə etməyə imkan verirdi.
"Mash"ın iddiasına görə, müəyyən mərhələdə Peskovun vəziyyəti xeyli pisləşib. Onun "Aleksandr Peskovun rəhbərliyi altında teatr" adlı şirkəti Rusiya Federal Vergi Xidməti tərəfindən bağlanıb, kreditorlar isə 13 milyon rubl məbləğində məhkəmə iddiası qaldırıblar.
Daimi stress və borc yükü sənətçinin səhhətinə də təsirsiz ötüşməyib. 2019-cu ildə qoyulan mədəaltı vəz xəstəliyi son dövrlərdə daha da ağırlaşıb.
Kənan
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 23 Noyabr 2025 11:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















