Putin 9 Mayda təkcə parada yox, hücuma hazır ordu birliyi nümayiş etdirəcək Alman mediası sensasiyalı iddia irəli sürdü VİDEO
Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Rusiya Prezidenti Vladimir Putin bu il 9 May Qələbə Günü münasibətilə keçiriləcək hərbi paradda təkcə simvolik güc nümayiş etdirmək niyyətində deyil.
Turkustan.az bildirir ki, Almaniyanın nüfuzlu “BILD” qəzetinin məlumatına görə, Kremlin planı paradda real döyüşə hazır birliyi nümayiş etdirməkdir – tam texnika, logistika və hücum imkanları ilə.
Məlumata görə, tədbirdə sırf hücum üçün nəzərdə tutulmuş avadanlıqlar olacaq: körpüquran texnika, radioelektron mübarizə vasitələri (RƏB), hərbi tibbi maşınlar və minaları aşkar edən sistemlər.
“BILD” yazır ki, bu, sadəcə şou deyil – Rusiya bu yolla dünyaya “istənilən an hərəkətə keçə biləcək gücə malikik” mesajını vermək istəyir. Bu ordu istər Ukraynaya, istərsə də NATO ölkələrindən birinə yönələ bilər.
Qərb analitikləri bu addımı həm qorxutma siyasəti, həm də mümkün eskalasiyaya hazırlıq kimi qiymətləndirirlər. Xüsusilə, Ukrayna ilə cəbhədə vəziyyətin gərginləşdiyi, NATO ilə münasibətlərin kəskinləşdiyi bir dönəmdə bu nümayiş Moskvanın yeni planlarının siqnalı hesab olunur.
Rusiya tərəfindən rəsmi açıqlama hələ verilməyib. /Musavat.com/
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 16 Aprel 2025 23:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















