Icma.az
close
up
RU
Putin Alyaskaya bu heyətlə gedəcək Sammitin əsas detalları açıqlandı

Putin Alyaskaya bu heyətlə gedəcək Sammitin əsas detalları açıqlandı

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

Alyaskada ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında keçiriləcək görüşün əsas mövzusu Ukrayna böhranı olacaq. Rusiya Prezidentinin xarici siyasət üzrə köməkçisi Yuri Uşakov jurnalistlərə bildirib ki, danışıqlar Kremldə ABŞ xüsusi elçisi ilə aparılan müzakirələr nəzərə alınmaqla keçiriləcək.

Görüşdə həmçinin ABŞ - Rusiya ikitərəfli münasibətləri, eləcə də regional və beynəlxalq məsələlər müzakirə olunacaq. Uşakov bildirib ki, görüşün müddəti müzakirələrin gedişindən asılı olacaq. Görüş cümə günü Moskva vaxtı ilə 22:30-da Alyaskadakı “Elmendorf-Richardson” hərbi bazasında başlayacaq. Təkbətək görüşdən sonra mətbuat konfransı da planlaşdırılıb.

Putinlə birlikdə Alyaskaya Rusiya tərəfdən XİN rəhbəri Sergey Lavrov, müdafiə naziri Andrey Belousov, maliyyə naziri Anton Siluanov, Rusiya İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev və Yuri Uşakov gedəcəklər. Onlar Trampla təkbətək görüşdən sonra ABŞ nümayəndə heyəti ilə müzakirələr aparacaqlar. Uşakov qeyd edib ki, danışıqlardan sonra Rusiya rəsmiləri dərhal ölkəyə qayıdacaq.

Ekspertlər hesab edirlər ki, görüşün nəticələri ABŞ - Rusiya münasibətlərində müəyyən yumşalma və dialoq imkanlarını açmaqla yanaşı, Ukrayna münaqişəsinin həlli üçün də potensial məqamlar yarada bilər. Eyni zamanda Alyaska sammiti regional aktorlar üçün, xüsusən də Avropa və Cənubi Qafqaz ölkələri üçün strateji siqnallar daşıyır, çünki görüş həm iqtisadi, həm də hərbi aspektlərdə gələcək planlar üçün əsas məqamları müəyyənləşdirə bilər.

Rasim Əliyev

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:228
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 14 Avqust 2025 16:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri