Icma.az
close
up
RU
Putin Azərbaycanı niyə rusdilli ölkə adlandırmışdı? Bordovu Qarabağa gətirən SƏBƏB

Putin Azərbaycanı niyə rusdilli ölkə adlandırmışdı? Bordovu Qarabağa gətirən SƏBƏB

Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türk Dövlətləri Təşkilatının (TDT) üzvü olan Qazaxıstan yeni konstitusiyanın qəbuluna hazırlaşır. Sənəd layihəsində rus dilinin statusu dəyişməz saxlanılıb – o, əvvəlki kimi rəsmi dil olaraq təsbit edilir.

“Dövlət təşkilatlarında və yerli özünüidarəetmə orqanlarında qazax dili ilə yanaşı rus dili də rəsmi şəkildə istifadə olunur”, – Konstitusiya Məhkəməsinin saytında dərc olunan layihədə bildirilir...

Görəsən niyə, məgər məntiqlə əksi olmalı deyildi? Axı rəsmi statistikaya əsasən (2025) bu Türk dövlətinin 20 milyonluq əhalisinin 70 faizini qazaxlar, təxminən 18 faizini ruslar (3.5 milyon) yerdə qalanını isə başqa millətlər (özbəklər və s.) təşkil edir. Ruslar əsasən şimal bölgəsində, Rusiya ilə həmsərhəd ərazilərdə yaşayır. Bir neçə milyon rusa görə rus dili niyə dövlət dili statusu almalıdır?

Rəsmi Astana nədən təzədən rus dilinə bunca sayğı göstərməyə ehtiyac duyub? Bu zərurət konkret hansı əndişədən və ya qayğıdan qaynaqlanır – ölkədəki rus icmasına görəmi? Yoxsa bu, Ukrayna (Donbas) ssenarisindən dolayı bir ön tədbir? Elə isə qarşılığında Rusiyanın Qazaxıstana torpaq iştahı azalacaqmı?

Bu qəbil prinsipial suallar aktual və açıq qalır. Həm də o səbəbə ki, işğalçı müharibədən qabaq rus dili Ukraynada da rəsmi status daşıyıb. Gəl ki, bu, Putini qonşu dövlətə qarşı hərbi təcavüzdən çəkindirmədi...

Hər necə olmasa, qonşuluqda AYI yaşayırsa, ehtiyatlı və tədbirli olmaq pis davranış sayılmaz. Gəl ki, Kremldə oturanlar, özəlliklə velikorus şovinistləri bu cür reveransları adətən zəiflik kimi qəbul edirlər. Ona görə də ardınca daha çoxunu istəyir, lap yuxarıdan gedirlər.

Heç təsadüfi deyil ki, Rusiyada postsovet ölkələrinin müstəqilliyi və suverenliyi əleyhinə çıxış və çağırışlarda Qazaxıstan birinci sıralarda gəlir. Cəmi iki həftə əvvəl isə rusiyalı filosof “avrasiyaçı” Aleksandr Duqin Orta Asiya və Cənubi Qafqazın postsovet ölkələrinin suverenliyi və müstəqilliyinə ehtiyac olmadığı barədə son dərəcə avantürist fikir səsləndirmişdi. Kremlin sadiq köpəklərinin dilindən bu qəbil təhdidlər son vaxtlar əhəmiyyətli dərəcədə artıb...

Təhlükə həmçinin ondadır ki, Moskva “Qazaxıstan nümunəsi”ni əsas götürüb digər postsovet ölkələrindən də eyni şeyi tələb edə bilər. Yeri gəlmişkən, bir neçə ay öncə Rusiya prezidenti Vladimir Putin guya xoş məramdan çıxış edərək və ikitərəfli əlaqələrin möhkəmliyinə işarə vuraraq, “Azərbaycanı faktiki rusdilli ölkə” adlandırmışdı. Əslində isə bununla ölkəmizin Rusiyanın təsir zonasında qalmalı olduğuna eyham eləmiş, hətta boynumuza daşımalı olmadığımız bir “missiya” qoyaraq incə şəkildə bizi hədələmişdi.

Əlbəttə ki, söhbət ilk növbədə proksi qüvvələrdən gedir. Çünki heç kimə sirr deyil ki, Moskva rus dilinə və rus əhaliyə humanitar faktor kimi deyil, daima imperiya maraqlarını bərqərar eləməkdə mühüm vasitələrdən, rıçaqlardan biri kimi baxıb və baxır. Rus dili və ya rusdillilər vasitəsilə yerli xalqlara və gənc dövlətlərə təzyiq göstərməkdən çəkinmir...

Bu da əsla təsadüfi deyil ki, 44 günlük müharibədən sonra Moskva rusun heç vaxt yaşamadığı Qarabağda belə “Rus icması” yaratmağa girişmişdi. Uydurma icmaya sədr də tapılmışdı – Rusiya Federal Təhlükəsizlik Xidməti Akademiyasının keçmiş məzunu, erməni əsilli Aleksandr Bordov.

Müzəffər ordumuz bir günlük antiterror əməliyyatı ilə bütün bu məkrli planları boşa çıxardı. Və tarix bununla bir daha sübut elədi ki, Rusiya yalnız gec qarşısında geri çəkilir, başqasının güzəştini isə zəiflik sayır. Bu güzəşt rus dili ilə bağlı olsa da...

/Musavat.com

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:52
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 31 Yanvar 2026 17:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see283

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see279

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see276

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see248

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see240

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see225

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see195

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see195

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see183

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see170

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see151

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see150

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see148

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see144

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see140

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see139

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri