“Putin başa düşməlidir ki, bu, sondur” NATO Baş katibi
Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.
“Putin başa düşməlidir ki, bu, sondur. O, artıq Ukraynanın bir tikəsini də ələ keçirə bilməyəcək".
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rütte deyib.
Rütte NATO-nun Ukraynanı danışıqlar üçün sərfəli vəziyyətə salmaq istədiyini qeyd edib. Lakin o, ABŞ Müdafiə naziri Pit Heqset və Prezident Donald Trampın məlum bəyanatlarından sonra bunun necə ediləcəyini dəqiqləşdirməyib.
“Putinlə Tramp arasındakı söhbəti sülh danışıqlarının başlanğıcı hesab etmək olarmı” sualına o, “görünür, zəng uğurlu alınıb” cavabını verib.
Jurnalistlərdən biri Rütteyə deyib ki, baş verənlər “Ukraynaya xəyanətin başlanğıcı” kimi görünür. Lakin Rütte bu qiymətləndirmə ilə razılaşmayıb. O xatırladıb ki, Tramp dünən təkcə Putinlə deyil, Ukrayna Prezidenti Volodimir Zelenski ilə də danışıb.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 13 Fevral 2025 17:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















