Icma.az
close
up
RU
“Putin bunun üçün daha 5 il döyüşməlidir” “Ukrayna cəbhəsi yox, Rusiya iqtisadiyyatı çökəcək”

“Putin bunun üçün daha 5 il döyüşməlidir” “Ukrayna cəbhəsi yox, Rusiya iqtisadiyyatı çökəcək”

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya böyük itkilərə rəğmən, Ukraynanın şərqində yalnız qarış-qarış irəliləyə bilir, bəzən isə işğal etdiyi ərazilərin belə bir hissəsini itirməli olur.

“AzPolitika” xəbər verir ki, “The Economist”-in yazdığına görə, indiki irəliləyiş sürəti ilə Rusiya ordusu Luqansk, Donetsk, Xerson və Zaporojye vilayətlərini tam işğal etmək üçün 2030-cu ilin iyun ayına qədər döyüşləri davam etdirməlidir. Yəni, daha 5 il döyüşməlidir. O da hazırkı tempi saxlaya bilsə. Bütün Ukraynanı ələ keçirmək üçün isə daha 103 il lazım olacaq.

Nəşrin hesablamalarına görə, bu ilin may ayından Rusiya cəbhədə genişmiqyaslı hücuma başladıqdan sonra Ukrayna ərazisinin cəmi 0,4%-ni ələ keçirib və heç bir mühüm məqsədə nail ola bilməyib. Ancaq bu məhdud irəliləyiş çox yüksək qiymətə başa gəlib. Nəşrin hesablamalarına görə, tammiqyaslı işğalın əvvəlindən bu ilin yanvar ayına qədər Rusiya ordusu 640-877 min əsgər itirib, onlardan 137-228 mini həlak olub. Oktyabrın 13-də bu rəqəm təxminən 60% artaraq 984.000 -1,438 milyon, o cümlədən 190,000-480,000 nəfərə çatıb.

Nəşr qeyd edir ki, ümumilikdə, 2022-ci ilin oktyabrında Ukraynanın ilk əks-hücum əməliyyatı başa çatdıqdan sonra cəbhə xətti əhəmiyyətli dərəcədə dəyişməyib və Ukraynanın müdafiə xətlərinin qəfil çöküşü mümkün deyil. Çünki çoxlu sayda qoşunun bir yerdə cəmləşdirilməsi mümkünsüzdür.

Rusiya bu cür taktika ilə Ukrayna ərazisini ancaq yavaş templə işğal edə bilər, o da kiçik döyüşçü qrupların irəli mövqeləri ələ keçirmək üçün “ölüm zonasına” göndərilməsi vasitəsilə. “Üç illik uğursuz hücum əməliyyatlarından sonra ani çöküş təhlükəsi Ukraynanın müdafiə xəttindən daha çox Rusiya hərbi iqtisadiyyatına aiddir”, - “The Economist” qeyd edib.

Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov avqustun sonunda bəyan edib ki, Rusiya ordusu Luqansk vilayətinin 99,7%-ni, Donetsk vilayətinin 79%-ni, Zaporojye vilayətinin 74%-ni və Xerson vilayətinin 76%-ni ələ keçirib. Ümumilikdə Rusiya ordusu Ukrayna ərazisinin təxminən 20%-nə nəzarət edir.

Vladimir Putin isə açıq şəkildə Ukraynada müharibəyə son qoymaq üçün Ukrayna qoşunlarının Donbasın işğal olunmamış hissələrindən, həmçinin Zaporojye və Xerson vilayətlərindən çıxarılmasını tələb edib. Daha sonra ABŞ Prezidenti Donald Trampla danışıqlar zamanı o, Donbasın tamamilə Rusiyaya verilməsi müqabilində Zaporojye və Xerson vilayətlərində cəbhə xəttinin dondurulmasına razılıq verib. “Washington Post”dakı mənbələrə görə, Putin Kiyevdən bütün Donbasın təhvil verilməsini tələb etməkdə davam edir, lakin indi bunun müqabilində Zaporojye və Xerson vilayətlərinin bir hissəsindən imtina etməyə hazırdır. Lakin Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, Ukrayna qoşunları Donbasdan çıxarılmayacaq. O, bu qərarı “qəbuledilməz” adlandırıb və qeyd edib ki, Ukrayna və Rusiya müharibəni bitirmək üzrədir: "Bu, mütləq bitəcək demək deyil, lakin Tramp Yaxın Şərqdə çox şey əldə edib və bu dalğada o, Rusiyanın Ukraynaya qarşı müharibəsini bitirmək istəyir".

Vaşinqtonda Ukrayna Prezidenti ilə danışıqlardan sonra Tramp hazırkı cəbhə xəttində hərbi əməliyyatların dayandırılmasını və daha sonra sülh danışıqlarının aparılmasını təklif edib. Lakin Kreml münaqişəni dondurmaqdan imtina edir. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib: “Bu məsələ Rusiya-Amerika təmasları zamanı müxtəlif nüanslarla dəfələrlə qaldırılıb və Rusiya tərəfi hər dəfə cavab verib. Bu cavab hamıya məlumdur: Rusiyanın mövqeyinin ardıcıllığı dəyişməz olaraq qalır”.

C.Məmmədli

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:106
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 20 Oktyabr 2025 19:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see276

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see267

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see240

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see239

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see158

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see155

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see150

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see142

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see134

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see133

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see133

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see129

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see127

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see127

XİN Bərzaninin Baxçalıya qarşı dediklərini qınayır

03 Dekabr 2025 08:35see124

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see123

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see122

Neymar və het trik

04 Dekabr 2025 09:17see122

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see122

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri