Icma.az
close
up
RU
Putin: Dünyanın Rusiyaya ehtiyacı var

Putin: Dünyanın Rusiyaya ehtiyacı var

Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

Dünyada sadəcə hakimiyyət uğrunda mübarizə yox, ölkələr və xalqlar arasında münasibətlər prinsiplərinin toqquşması gedir.

Gununsesi.info xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Valday disskusiya klubunun plenar iclasında çıxışında bildirib.

Onun sözlərinə görə, hazırda kardinal, inqilabi dəyişikliklər dövrüdür.

Rusiya prezidenti qeyd edib ki, növbəti 20 il bundan daha çətin olacaq.

Putin bəşəriyyətin aqressiv anarxiya uçurumuna düşməsi və ənənəvi dəyərlərin itirilməsi təhlükəsini gördüyünü söyləyib.

O deyib ki, Qərbin nüvə dövləti olan Rusiyanı strateji məğlubiyyətə uğratmaq çağırışları ifrat avantürizmi nümayiş etdirir.

“Qərb elitasının öz cəzasızlığına və müstəsnalığına kor-koranə inamı dünya faciəsinə çevrilə bilər. Qərb ölkələrinin özündə xaos və sistemli böhran artır. Rusiya Qərb sivilizasiyasını düşmən kimi qəbul etmir və “biz, yoxsa onlar” sualını vermir”, – deyə Rusiya lideri vurğulayıb.

Putin qeyd edib ki, ABŞ və müttəfiqlərinin siyasətində “heç kimə imkan vermə” prinsipi getdikcə daha çox nəzərə çarpır, lakin bu, çox təhlükəli düsturdur: “Yeni dünya düzənində hegemonluqdan söhbət gedə bilməz. “Qərb liberalizmi” istənilən alternativə, istənilən suveren və müstəqil düşüncəyə qarşı ifrat dözümsüzlüyə çevrilib. Qərb Rusiyaya sarsıdıcı zərbə vurmağa, onu dünya siyasətindən və iqtisadiyyatından ayırmağa çalışdı, lakin buna nail olmadı. Vaşinqton və Brüssel rəhbərlərinin istənilən qərarına baxmayaraq, dünyanın Rusiyaya ehtiyacı var”.

Rusiya prezidenti bildirib ki, köhnə dünya nizamı gedib və hazırda yeni nizam üçün mübarizə gedir.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 07 Noyabr 2024 22:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see422

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see273

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see260

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see244

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see224

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see222

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see213

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see212

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see209

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see201

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see191

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see189

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see188

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see185

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see185

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see182

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see179

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see175

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see170

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri