Icma.az
close
up
RU
“Putin hansısa postsovet, yaxud Avropa ölkəsinə hücum etməyə cəsarət göstərməyəcək...”

“Putin hansısa postsovet, yaxud Avropa ölkəsinə hücum etməyə cəsarət göstərməyəcək...”

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Estoniyanın da NATO üzvü olduğunu unutmamalıyıq və bu mənada belə bir hücum Rusiya üçün çox riskli olardı və bu halda onun üçün ikinci Ukrayna bataqlığı yaranacağı ehtimalı böyükdür. Lakin onu da nəzərdən qaçırmayaq ki, NATO...”

Bəzi xarici, o cümlədən Ukrayna ekspertləri iddia edirlər ki, NATO ölkələri ərazisinə, xüsusilə dron və qırıcı hücumlarından sonra, Avropa ölkələri Rusiyaya qarşı mübarizədə ortaq məxrəcə gələ bilmir. Bunun nəticəsində Putin yaxın illərdə Estoniyaya hücum edə bilər. Hətta bir alman politoloq konkret tarix də göstərib: guya 27 mart 2028-ci ildə ruslar Narva istiqamətindən Estoniyaya hücum edəcək. Digər ekspertlər isə bu hücumun yaxın vaxtda, hətta qarşıdakı 2-3 həftədə baş verə biləcəyini iddia edirlər. Görəsən, belə bir hücum nə dərəcədə real ola bilər və NATO-nun buna reaksiyası necə olar?..

Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında beynəlxalq məsələlər üzrə siyasi analitik Teymur Qasımlı bunları dilə gətirib:

“Bu sual bir qədər spekulyativdir,  çünki bunu konspirologiya ilə də əlaqələndirmək mümkündür.  Tramp hakimiyyətə gəldikdən sonra Putin Avropaya hibrid hücumları intensivləşdirib. Məsələn, Polşaya, ardınca hətta Almaniyanın Münhen hava limanına, Danimarkanın paytaxtına dron hücumları, Estoniyaya qırıcı hücumları və s. kimi qəribə olaylar baş verib. Ola bilər ki, bu, Rusiya ilə ABŞ arasında razılaşdırılmış oyundur. Yəni Rusiya Avropaya, NATO ölkələrinə bu hücumları təşkil edir, ABŞ isə dolayısıyla həmin ölkə rəhbərlərinə çatdırır ki, görürsüz, biz olmasaq, Putin sizi məhv edər. Amma Bayden administrasiyası zamanı belə hadisələr baş vermirdi...   

Konkret Estoniyaya hücumlara gəlincə, nəzərə almaq lazımdır ki, həmin Baltikyanı ölkədə rusdilli əhali və rusiyapərst qüvvələr var.  Və rusdilli əhaliyə münasibəti bəhanə edən Kreml digər baltikyanı ölkələr kimi, Estoniyaya da qarşı xüsusi kin-nifrət bəsləyir. Ancaq Putin qoşunlarının konkret Estoniyaya, Narva şəhərinə nə vaxt, necə hücuma keçəcəyini proqnozlaşdırmaq çətindir... 

Bu yaxınlarda NATO baş katibinin Rusiyanın NATO-ya, ümumiyyətlə, Avropa dövlətlərinə müharibə elan etməsi haqda maraqlı bir bəyanatı oldu... Bilirsiz, bu günədək NATO Koreya savaşında, Əfqanıstanda, İraqda və s. əməliyyatlara ABŞ-ın xeyir-duası və dəstəyi ilə qoşulub. Bununla belə, Estoniyanın da NATO üzvü olduğunu unutmamalıyıq və bu mənada belə bir hücum Rusiya üçün çox riskli olardı və bu halda onun üçün ikinci Ukrayna bataqlığı yaranacağı ehtimalı böyükdür. Lakin onu da nəzərdən qaçırmayaq ki, NATO üzvləri arasında Rusiya ilə münasibətlərə həm də praqmatik yanaşmalar mövcuddur. Hər bir üzv ölkə fərqli maraqlara sahibdir, məsələn, bəzi NATO üzvləri Ukraynaya tam dəstək vermirlər...

Sözsüz ki, Amerikanın başçılığında NATO Estoniyanı müdafiə etmək üçün qüvvə göndərə bilər, lakin bu, dünya siyasətinin mürəkkəbliyi nəzərə alındığında çətin olacaq. Estoniyanın öz mübarizəsi də vacibdir; dövlət və xalq bu cür bir işğala qarşı çıxmalıdır. Hesab edirəm ki, estonlar hər zaman öz torpaqlarını qorumağa hazır olan bir xalqdır...

Alman politoloqunun Estoniyaya hücum barədə nəzər nöqtəsi və proqnozu da maraqlıdır, çünki tarixən Almaniya ilə Estoniya arasında xüsusi əlaqələr və fərqli siyasət olub. Lakin təhlillər göstərir ki, Putin yaxın müddətdə nəinki Estoniyaya, hər hansı digər postsovet, yaxud Avropa ölkəsinə hücum etməyə cəsarət göstərməyəcək. Çünki Rusiya onsuz da Ukraynada xirtdəyəcən bataqlığa batıb...”

Sultan Laçın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://moderator.az
archiveBu xəbər 23 Oktyabr 2025 13:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see278

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see256

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see167

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri