Putin istintaq təcridxanasında olan Robert Köçəryana teleqram göndərdi
Icma.az, Hurriyyet portalına istinadən məlumat verir.
Rusiya Prezidenti Vladimir Putin Ermənistanın həbsdə olan ikinci prezidenti Robert Koçaryana doğum günü münasibətilə təbrik teleqramı ünvanlayıb.
Hurriyyet.media xəbər verir ki, hazırda istintaq təcridxanasında saxlanılan eks-prezidentə ünvanlanan teleqramda Rusiya lideri onun iki ölkə arasındakı münasibətlərə verdiyi töhfəni yüksək qiymətləndirib.
"Rusiyada ölkələrimiz arasında dostluq və müttəfiqlik əlaqələrinin inkişafına verdiyiniz şəxsi töhfə unudulmur. Sizə səmimi qəlbdən möhkəm cansağlığı, ruh yüksəkliyi və hazırda Sizin, eləcə də ailə üzvlərinizin üzləşdiyi sınaqlar qarşısında dözümlülük arzulayıram", – deyə Putinin təbrik mətnində qeyd olunub.
Xatırladaq ki, avqustun 27-də Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi Robert Koçaryan barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçib.
Keçmiş dövlət başçısına vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda çirkli pulların yuyulması və rüşvətalma maddələri üzrə rəsmi ittihamlar irəli sürülüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:165
Bu xəbər 31 Avqust 2026 14:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















