Putin mantı bükdü Video
Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü Li Hunçjun Rusiya Prezidenti Vladimir Putinlə görüşdə maraqlı xatirəni yada salıb.
Axar.az xəbər verir ki, Li Hunçjun Putinin 2018-ci ildə Çinə səfəri zamanı göstərdiyi diqqəti xüsusi vurğulayıb.
O bildirib ki, həmin vaxt Putin Tyanjin şəhərində səfərdə olarkən ənənəvi Çin yeməyi – qolubuli (buğda unundan hazırlanan buxarda bişmiş mantı) hazırlayıb. Çin rəsmisinin sözlərinə görə, bu addım ölkə vətəndaşları arasında böyük rəğbət doğurub:
“2018-ci ildə mən də Tyanjində çalışırdım və həmin tədbirdə iştirak edirdim. Siz o zaman qolubuli yeməyi hazırladınız. Bu, Çin xalqında sizə qarşı dərin hörmət və simpatiya yaratdı. Siz hörmətli və sevilən prezident təsiri bağışladınız”, – deyə Li Hunçjun qeyd edib.

