Icma.az
close
up
RU
Putin Moskvaya çağırdığı Batka nı da güdaza verir: Rusiya Qərbə Belarusdan nüvə zərbəsi endirmək planı qurur

Putin Moskvaya çağırdığı Batka nı da güdaza verir: Rusiya Qərbə Belarusdan nüvə zərbəsi endirmək planı qurur

Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Kreml Ağ Evin sərt təzyiqləri qarşısında geri çəkilmək niyyətində olmadığını qabardır, ABŞ və Qərbə qarşı qarşıdurmaya Rusiya ilə yanaşı, Belarusun da qatılacağına eyham vurur... Kreml Belarus ərazisindəki taktiki nüvə silahının ABŞ və Qərbə dağıdıcı zərbə üçün yetərli olduğunun mesajını verir, prezident Aleksandr Lukaşenko Rusiyanın təhlükəli oyunlarında iştiraka məcbur edilir...

Ölkə.az "Yeni Müsavat"a istinadən xəbər verir ki, Ukrayna savaşı ətrafında həlledici mərhələ böyük sürətlə yaxınlaşır. Bu savaşın indiki məzmun üzrə davam etməsi artıq o qədər də inandırıcı görünmür. Belə ki, Ukrayna savaşı indi bəzi dünya nəhənglərinin maraqlarına hələ də uyğundur. Eyni zamanda, bu savaşın dünya iqtisadiyyatında böhran təhlükəsini dərinləşdirdiyi də inkaredilməz reallıqdır. Və bu baxımdan, Ukrayna savaşının dayandırılmasında maraqlı olanlar da mövcuddur.

Onu da qeyd etmək lazımdır ki, Ukrayna savaşının inkişaf istiqamətləri böyük ehtimalla Rusiyanın gələcək taleyini də müəyyən edəcək faktora çevrilməyə başlayıb. Çünki bu savaşın dayandırılmasında maraqlı olan dünya gücləri hazırda Rusiyanı taleyüklü seçim qarşısında qoymağa çalışırlar. Və Kreml hələlik müqavimət göstərməyə cəhd göstərsə də, Rusiya üçün konkret seçimin edilməsi lazım gələcək.

Hər halda, yaxın vaxtlarda Rusiya ya bu savaşı dayandırıb, sülh masası arxasına keçəcək. Kreml Ukraynanın timsalında ABŞ və NATO üzvü olan Avropa Birliyi dövlətlərinin sülh şərtlərini dinləmək, hətta qəbul etmək məcburiyyətində qalacaq. Ya da Kreml Rusiya üçün ən təhlükəli və dağıdıcı ola biləcək variantı seçəcək. Nəticədə Ukrayna savaşı illərlə uzanacaq. ABŞ və Qərbin Ukraynaya dəstəyi gücləndiriləcək. Və Rusiya daha da zəifləyərək, qlobal məkanda öz siyasi iradəsini böyük ölçüdə itirəcək.

Maraqlıdır ki, hazırda Ukrayna savaşı ətrafında yaranmış situasiya hərbi-siyasi proseslərin daha çox ikinci variant üzrə inkişaf etmə ehtimalını ön plana çıxartmış kimi görünür. Çünki Kreml son vaxtlar Ukraynaya raket zərbələrini daha da artırıb. Üstəlik, bunu nümayişkaranə şəkildə etməklə, ABŞ və Qərbə açıq-aşkar meydan oxumağa çalışır. Və bu, tezliklə Rusiya ilə bağlı radikal qərarların verilməsinə səbəb ola bilər.

Məsələ ondadır ki, bir müddət öncə ABŞ prezidenti Donald Tramp Ukrayna savaşını dayandırmaq üçün Rusiyaya 50 gün möhlət vermişdi. Ancaq Ağ Ev sahibinin bu ultimatumundan dərhal sonra Rusiya Ukraynaya hərbi zərbələri daha da artırdı. Ağ Ev təmsilçiləri Rusiya siyasi dairələri ilə təmaslar qursalar da Kremldən sülh mesajları almağa nail ola bilməyiblər. Və nəticədə Rusiya ilə bağlı daha radikal qərarların qəbulu artıq qaçılmaz görünür.

Təbii ki, Kremlin aqressiv davranışları, ABŞ və Qərbə meydan oxuması Ağ Evdə qıcıq yaradır. Ona görə də, prezident Donald Tramp Rusiyaya verdiyi 50 günlük möhləti qısaldaraq, 10 günə qədər azaltdı. Həmin vaxt isə avqustun 8-də sona çatmış olacaq. Yəni, Ukrayna savaşının hansı istiqamətlərə yönələcəyi də böyük ehtimalla təxminən aydınlaşmağa başlayacaq. Və bu, daha təhlükəli mərhələnin böyük sürətlə yaxınlaşması deməkdir.

Onu da qeyd etmək lazımdır ki, Ağ Ev sahibi Kremlə verilən möhlət sona çatdıqdan sonra atacağı addımları da əvvəlcədən anons edib. Prezident Donald Tramp bildirib ki, Rusiyaya qarşı yeni iqtisadi sanksiyalar tətbiq olunacaq. Həmin sanksiyalar hətta Rusiya ilə iqtisadi-ticari münasibətləri olan dövlətlərə qarşı da yönəldiləcək. Və bu, o deməkdir ki, prezident Vladimir Putinlə yenidən müzakirələrə ehtiyac duymadığıını birmənalı şəkildə vurğulayan ABŞ lideri artıq Rusiyanın tamamilə təcrid edilməsi barədə düşünür.

Digər tərəfdən, Ağ Ev sahibi möhlət bitdikdən sonra Ukraynaya ən müasir hərbi texnika göndəriləcəyini də bildirib. Onun sözlərinə görə, dəyəri NATO üzvü olan Avropa Birliyi ölkələri tərəfindən ödənəcək həmin hücum silahları ilə Ukrayna ordusunun Rusiyanın dərinliklərinə zərbələri Kreml sülh masası arxasında oturmağa məcbur buraxa bilər. Və indi Kremlin Rusiyanın gələcək taleyi baxımından, prinsipial seçimin edilməsi üçün Kremlin o qədər də çox vaxtı qalmayıb.

Maraqlıdır ki, Kremldə Ağ Ev sahibinin sərt ritorikasına ənənəvi üslubda cavab verməyə daha çox üstünlük verilir. Belə ki, əvvəlcə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev üzərindən ABŞ təhdid olundu. Kreml Rusiyanın ABŞ-a hərbi zərbə endirə biləcəyini vurğuladı. Və bununla ABŞ-ın qorxudulmasından daha çox Ağ Ev sahibinin daha da qıcıqlanmasına nail olundu.

İndisə Kreml ABŞ və Qərbə Rusiyanın hərbi müttəfiqləri üzərindən mesaj verməyə çalışır. Halbuki, Rusiyanın hazırda Belarus istisna olmaqla, demək olar ki, hərbi müttəfiqi də yoxdur. Kreml təmsilçiləri də artıq etiraf etməyə başlayıblar ki, Rusiya qlobal düşmənlərinə qarşı təkbaşına mübarizə aparır və heç xarici dövlətdən dəstək gözləmir. Və bu, əslində, Rusiyanın hərbi-siyasi qüdrətini deyil, məhz Kremlin yanlış davranışları ucbatından necə aciz duruma düşdüyünü göstərir.

Bəzi məlumatlara görə, ABŞ ilə qarşıdurmanın kəskinləşdiyi bir mərhələdə Kreml tez-tələsik Belarus prezidenti Aleksandr Lukaşenko Moskvaya dəvət edib. Bununla Qərbə Rusiyanın müttəfiqsiz olmadığını göstərmək məqsədi güdülür. Üstəlik, məhz prezident Aleksandr Lukaşenkonun dili ilə ABŞ və Qərbə mesaj verilib ki, Rusiya-Belarus İttifaqını diz çökdürmək qətiyyən mümkün deyil. Və bununla həm də Rusiyanın Belarus ərazisində yerləşdirdiyi taktiki nüvə silahından istifadə oluna biləcəyinə dolayısı eyham vurulmuş olur.

Belə anlaşılır ki, Kreml Ağ Evin sərt təzyiqləri qarşısında geri çəkilmək niyyətində olmadığını qabardır. Eyni zamanda, ABŞ və Qərbə qarşı qarşıdurmaya Rusiya ilə yanaşı, Belarusun da qatıla biləcəyinin mesajı verilir. Üstəlik, Belarus ərazisində olan taktiki nüvə silahının ABŞ və Qərbə dağıdıcı zərbə üçün yetərli olduğu qabardılır. Və Belarus prezidenti Aleksandr Lukaşenko hazırda Kremlin bu təhlükəli oyunlarında iştirak etməyə məcbur olunur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://olke.az
archiveBu xəbər 01 Avqust 2025 22:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see170

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see158

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see156

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see156

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see147

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see142

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see138

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see134

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see133

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see133

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see133

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see133

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see132

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see131

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see128

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri