Icma.az
close
up
RU
Putin narahatdır: Adamını Bakı və İrəvana göndərməyə hazırlaşır

Putin narahatdır: Adamını Bakı və İrəvana göndərməyə hazırlaşır

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

“Rusiya yenə Azərbaycanla Ermənistan arasında əsas vasitəçi olmaq istəyir”.

Globalinfo.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, Bakı və İrəvan vasitəçiyə ehtiyac olmadığını vurğulasa da, Kreml inadından əl çəkmir:

“Onlar Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi İqor Xovayevi bölgəyə göndərməyə hazırlaşırlar. Xovayev İkinci Qarabağ müharibəsindən sonra az qala ildə bir neçə dəfə Bakı və İrəvana səfərlər edib. Tərəflər arasında vasitəçi rolunu oynamağa çalışıb. Ancaq hər dəfə ona mədəni şəkildə “vasitəçiyə ehtiyacımız yoxdur” cavabı verilib. Bu, Kremli qane etmədiyinə görə, təşəbbüslərini davam etdirirlər. Bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da daima təkrarlayır”.

Politoloq xatırladıb ki, Rusiya Prezidenti Vladimir Putin mayın 9-da Moskvada Qələbənin 80 illiyi ilə bağlı keçiriləcək tədbirlərə həm Azərbaycan Prezidenti İlham Əliyevi, həm də Ermənistanın Baş naziri Nikol Paşinyanı dəvət edib:

“Kreml bundan istifadə edərək tərəflər arasında görüş təşkil etmək istəyir. Görüşün başlanğıcında Vladimir Putinin də iştirakı istisna deyil. Kreml Bakı və İrəvanın finişə yaxınlaşdıqlarını hesab edərək gələcək sülh sazişinin Moskvada imzalanmasına çalışacaq”.

Günay Rəsulqızı
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:181
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 22 Mart 2025 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri