Icma.az
close
up
RU
Putin qanun imzaladı Rusiyada vətəndaşlıq almaq ÇƏTİNLƏŞDİRİLDİ

Putin qanun imzaladı Rusiyada vətəndaşlıq almaq ÇƏTİNLƏŞDİRİLDİ

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

Rusiya Prezidenti Vladimir Putin miqrantlar üçün dövlət rüsumlarının artırılmasını nəzərdə tutan qanunu imzalayıb. Sənədə əsasən, Rusiya vətəndaşlığının rəsmiləşdirilməsi üçün dövlət rüsumu 12 dəfə artırılır.

Redaktor.az xəbər verir ki, qanun rəsmi hüquqi informasiya portalında dərc olunub.

Qanuna əsasən, miqrantlar üçün aşağıdakı dövlət rüsumları artırılır:

Rusiya vətəndaşlığının rəsmiləşdirilməsi - 12 dəfə: 4 200 rubldan (təqribən 96 manat) 50 min rubla (təqribən 1 137 manat) qədər;

Müvəqqəti yaşamaq icazəsinin rəsmiləşdirilməsi - 8 dəfə: 1 920 rubldan (təqribən 44 manat) 15 min rubla (təqribən 341 manat) qədər;

Daimi yaşamaq icazəsinin rəsmiləşdirilməsi - 5 dəfə: 6 min rubldan (təqribən 137 manat) 30 min rubla (təqribən 682 manat) qədər.

Bundan əlavə, miqrantların işə cəlb olunmasına icazənin verilməsi üçün dövlət rüsumu da artırılır. Belə ki, hər bir xarici mütəxəssis üçün bu rüsum 15 min rubla (təqribən 341 manat) çatdırılır.

Qanuna əsasən, əvvəllər SSRİ vətəndaşı olmuş, həmvətənlərin köçürülməsi üzrə dövlət proqramında iştirak edən xarici vətəndaşlar, vətəndaşlığı olmayan şəxslər və onların ailə üzvləri Rusiya vətəndaşlığını əldə edərkən dövlət rüsumu ödəməkdən azad olunurlar.

Sənəd həmçinin Rusiya üçün maraq kəsb edən xarici vətəndaşları, vətəndaşlığı olmayan şəxsləri və onların ailə üzvlərini müvəqqəti və ya daimi yaşamaq icazəsinin verilməsi ilə bağlı dövlət rüsumundan azad edir.

Bundan başqa, "xüsusi hərbi əməliyyat" dövründə Rusiya Silahlı Qüvvələri ilə hərbi xidmət müqaviləsi bağlamış əcnəbilər də Rusiya vətəndaşlığının alınması və daimi yaşamaq icazəsinin rəsmiləşdirilməsi üçün nəzərdə tutulan dövlət rüsumlarını ödəməyəcəklər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 26 İyun 2026 20:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri