Putin Rutteyə ABŞ ın milli təhlükəsizlik üzrə yeni strategiyasını oxumağı məsləhət görüb
Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
O nə danışdığını başa düşmür.
Moderator.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bunu “İlin nəticələri” mövzusunda keçirilən mətbuat konfransında NATO-nun baş katibi Mark Ruttenin Rusiya ilə mümkün müharibə barədə bəyanatlarına münasibət bildirərkən deyib.
Putin Mark Rutteni ağıllı siyasətçi kimi tanıdığını qeyd etsə də, onun son açıqlamalarını sərt tənqid edib.
“Rütte ağıllı insandır, mən onu tanıyıram, ağıllı, sistemli, effektiv Baş nazir olub. Amma qulaq asın, nə danışır? Rusiya ilə müharibədən danışmaq nə deməkdir?” – Putin deyib.
Rusiya Prezidenti Rutteyə ABŞ-ın milli təhlükəsizlik üzrə yeni strategiyasını oxumağı məsləhət görüb.
Xatırladaq ki, Mark Rutte Berlində 11 dekabr tarixində çıxışı zamanı Rusiyanın təkcə Ukrayna ilə müharibə ilə kifayətlənməyəcəyini iddia edərək, “Növbəti hədəf bizik” deyə bəyan edib. Onun sözlərinə görə, NATO-nun əsas vəzifəsi müharibənin başlamasının qarşısını almaqdır və bunun üçün mövcud təhlükənin tam şəkildə dərk edilməsi vacibdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:30
Bu xəbər 19 Dekabr 2025 16:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















