Icma.az
close
up
RU
Ömür uzunluğuna təsir edən üç xarakter xüsusiyyət açıqlandı

Ömür uzunluğuna təsir edən üç xarakter xüsusiyyət açıqlandı

Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yeni genişmiqyaslı araşdırma göstərib ki, müəyyən xarakter xüsusiyyətləri vaxtından əvvəl ölüm riskini əhəmiyyətli dərəcədə artıra və ya azalda bilər. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Newsweek” nəşri yazır.

İrlandiyanın Limerik Universitetinin alimləri müəyyən ediblər ki, narahatlıq (neyrotizm), yüksək intizamlılıq və ünsiyyətcillik insanın ömür uzunluğuna ciddi təsir göstərir. Tədqiqatçıların sözlərinə görə, bu xüsusiyyətlər ölüm riskinin proqnozlaşdırılmasında gəlir, təhsil və digər sosial status göstəriciləri qədər əhəmiyyətlidir.

Araşdırma çərçivəsində dörd qitədə yaşayan təxminən 570 min insanın on il ərzində toplanmış məlumatları təhlil olunub. Nəşrin qeyd etdiyi kimi, bu iş şəxsiyyət xüsusiyyətləri ilə ömür uzunluğu arasındakı əlaqəni öyrənən ən iri və ətraflı tədqiqatlardan biridir.

Narahatlıq erkən ölüm riskini artırır

Ən aydın nəticələrdən biri neyrotizmlə bağlı olub. Bu xüsusiyyət daimi narahatlıq, emosional qeyri-sabitlik və stressə meyilliliklə xarakterizə olunur.

Araşdırma göstərib ki, neyrotizm səviyyəsi yüksək olan yetkinlər bu göstəricisi aşağı olan insanlarla müqayisədə daha tez dünyasını dəyişiblər. Alimlər müəyyən ediblər ki, neyrotizm göstəricisinin hər bir bal artması istənilən zaman kəsiyində ölüm riskinin təxminən 3 faiz yüksəlməsi ilə əlaqəlidir.

Bu əlaqə xüsusilə gənc yaşlı böyüklər arasında daha güclü olub. Tədqiqatçılar bunu uzunmüddətli stressin və emosiyaların idarə olunmasında çətinliyin zamanla orqanizmi zəiflətməsi və sağlamlığa zərər vurması ilə izah edirlər.

İntizamlılıq və ünsiyyətcillik ömrü uzadır

Eyni zamanda, daha yüksək təşkilatçılıq, intizam və məqsədyönlülük səviyyəsinə malik olan insanlar arasında vaxtından əvvəl ölüm riski xeyli aşağı olub.

Məqalədə qeyd olunur ki, məsuliyyətlilik və intizam göstəricisinin hər bir bal artması ölüm riskinin 10 faiz azalması ilə əlaqəlidir ki, bu da tədqiqatda müşahidə olunan ən güclü qoruyucu təsir hesab olunur.

Yüksək ünsiyyətcillik də ömür uzunluğu ilə əlaqələndirilib. Bu xüsusiyyətin bir bal artması erkən ölüm riskini orta hesabla 3 faiz azaldıb. Xüsusilə ABŞ və Avstraliya kimi ölkələrdə bu təsir daha aydın müşahidə olunub.

Bütün xüsusiyyətlər eyni dərəcədə önəmli deyil

Araşdırma maraq, yaradıcılıq və mehribanlıq kimi xüsusiyyətlərlə erkən ölüm riski arasında ya zəif, ya da ardıcıl olmayan əlaqə aşkar edib. Bu isə bütün xarakter cizgilərinin sağlamlıq və ölüm göstəricilərinə eyni dərəcədə təsir etmədiyini göstərir.

Limerik Universitetinin psixologiya üzrə dosenti Mark MakGihan bildirib ki, ölüm riski nisbi anlayışdır və mütləq nəticə kimi qəbul edilməməlidir. Onun sözlərinə görə, yüksək neyrotizmə malik şəxslər ümumi əhali ilə müqayisədə daha yüksək risk daşısa da, bu, qaçılmaz sonluq demək deyil.

Psixoloq Paris O’Suyliabhain isə tədqiqatın nəticələrinin alimlərin və siyasətçilərin sağlamlıq risklərinə baxışını dəyişə biləcəyini qeyd edib. Onun fikrincə, şəxsiyyət xüsusiyyətləri sağlamlıq və uzunömürlülük üçün həlledici amildir və təsir gücü sosial-iqtisadi status kimi geniş yayılmış ictimai sağlamlıq determinantları ilə müqayisə edilə bilər.

Alimlər hesab edirlər ki, bu nəticələr gələcək tədqiqatlara təkan verəcək və psixoloji xüsusiyyətlərin bioloji proseslərə və sağlamlıqla bağlı davranışlara necə təsir etdiyini daha dərindən anlamağa kömək edəcək.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 19 Dekabr 2025 17:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see367

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see349

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see317

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see308

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see299

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see291

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see280

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see270

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see262

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see250

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see248

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see237

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see236

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see236

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see233

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see233

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see223

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see222

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see210

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri