Si Cinpin və Putinlə üçtərəfli görüş keçirəcək
Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp gələn həftə əvvəlcə Filippinə, daha sonra isə Çinə səfər edəcək. Çinin Şençjen şəhərində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı (APEC) sammiti çərçivəsində Trampın Çin Sədri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinlə üçtərəfli görüşü planlaşdırılır.
“Qafqazinfo” xəbər verir ki, bunu Ağ Evin mətbuat katibinin müavini Oliviya Uels bildirib.
Məlumata görə, Tramp cümə axşamı Si Cinpinlə həm də ikitərəfli görüş keçirəcək. Danışıqlarda nüvə silahlarının yayılmasının azaldılması və İran məsələsi müzakirə olunacaq, lakin Ukrayna gündəmdə yer almayacaq.
Yüksəkvəzifəli ABŞ rəsmisi Vaşinqtonun bu ilk liderlər görüşündən konkret razılaşma gözləmədiyini, bunu sadəcə başlanğıc nöqtəsi hesab etdiyini qeyd edib.
Səfərin Filippin mərhələsində isə Tramp Manilada “Dördlük” liderlərinin görüşünə və ABŞ-ASEAN Xüsusi Zirvəsinə qatılacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 14 Noyabr 2026 06:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















