“Putin sülhə o vaxt hazır olardı ki...” “Trampın əlində Rusiyanı məcbur edəcək alətlər var”
Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Vladimir Putin, yəqin ki, hələ Ukraynadakı müharibəni bitirməyə hazır deyil. O, hələ də bütün ölkəni ələ keçirmək istəyir.
“AzPolitika” xəbər verir ki, bunu “BILD”-ə müsahibəsində Polşa Prezidenti Anjey Duda deyib.
"Vladimir Putinin (sülhə) hazır olub-olmadığını bilmirəm. Bəlkə də bütün Ukrayna onun əlində olsaydı, hazır olardı. Sonra deyəcəkdi ki, indi bu müharibəni bitirmək üçün uyğun vaxtdır".
Duda həmçinin əlavə edib ki, ABŞ Prezidenti Donald Tramp Rusiyanı Ukraynaya qarşı müharibəni dayandırmağa məcbur etmək iqtidarındadır. Lakin o, radikal tədbirlər görməyə hələ hazır deyil.
"Mən əminəm ki, ABŞ Prezidentinin əlində Rusiyanı (müharibəyə son qoymağa) məcbur edə biləcək alətlər var. Ola bilsin ki, bu alətlərdən bəziləri çox radikal, çox sərtdir... Xüsusilə də müxtəlif iqtisadi alətlər. Amma inanıram ki, Prezident Donald Tramp bunu etməyə qadirdir", - Polşa başçısı deyib.
Bundan əlavə, Duda hesab edir ki, NATO ölkələrinin minimum müdafiə xərcləri ÜDM-in 3%-i olmalıdır. O xatırladıb ki, bu, “Soyuq müharibə” zamanı belə olub və “indi həmin vaxtlar geri qayıdır”.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 07 May 2025 17:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















