Icma.az
close
up
RU
Putin telefon söhbətində Trampı bu cür ələ saldı

Putin telefon söhbətində Trampı bu cür ələ saldı

Bakupost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Ötən gün ABŞ Prezidenti Donald Trampla Rusiya lideri Vladimir Putin arasında bir saat davam edən telefon söhbəti haqda mediaya verilən açıqlamalarda təəccüblü məqamlar çoxdur.

İlk növbədə Trampın bu söhbətə “güzəştlə” daxil olması diqqətdən yayınmamalıdır. Putin iki gün öncə Fransa Prezidenti Emmanuel Makronla telefon danışığında Rusiyanın atəşkəsə razılıq verməsi önündə maneənin Qərbin Ukraynaya silah təchizatına davam etməsi olduğunu bildirmişdi.

Avropadan fərqli olaraq, ABŞ həmin gün Ukraynaya silah tədarükünü dayandırdığını açıqladı və bir gün sonra Trampla Putinin telefon danışığı baş tutdu.

Rusiya Prezidentinin köməkçisi Uşakovun mediaya açıqlamasında görə, Tramp telefon danışığına Vladimir Putini vergi, immiqrasiya və enerji islahatları ilə bağlı administrasiyasının flaqman qanun layihəsinin ABŞ Konqresində uğurla qəbul edilməsi barədə məlumatlandırmaqla başlayıb.

“Trampın özü bu qanun layihəsini “Böyük, gözəl qanun layihəsi” adlandırıb” – Uşakov deyir.

Putin təbii ki, Trampı ABŞ Konqresində bu qanunu qəbul etdirdiyinə görə xeyli tərifləyib və təbrik edib. Təəccüblü mənzərədir!

Daha sonra Yaxın Şərq, İran və Suriya ilə bağlı məsələlər, eyni zamanda enerji və kosmik sahədə əməkdaşlıq müzakirə edilib. Putin İran-İsrail savaşında atəşkəsə nail olduğu üçün Trampı bir daha tərifləyib.

Bir saatlıq danışığın (tərcüməni də nəzərə alsaq) əsas hissəsinin bu məqamlara sərf olunmasından sonra Tramp Ukraynada atəşkəs məsələsinə də toxunub, Putin ənənəvi olaraq bundan imtina etməyib, ancaq “Rusiyanın Ukraynada öz məqsədlərinə çatacağını və bundan vaz keçməyəcəyini” bir daha elan edib.

Putin sözünü deyəndən sonra isə ABŞ-la əməkdaşlığı genişləndirmək üçün daha bir “sahə” tapıb: film mübadiləsi. Rəsmi açıqlama da belədir: “Ölkələr arasında bizə və Tramp administrasiyasına yaxın olan ənənəvi dəyərləri təbliğ edən film məhsulları mübadiləsinin qurulmasını təklif edib”.

Tramp da bu ideyanı bəyənib. Təsəvvür etmək belə çətindir ki, Ukraynada atəşkəs məsələsinin aktual olduğu bir telefon söhbətində Putin “film mübadiləsi”ni təklif edir, Tramp bəyənir və bu, əməkdaşlığın inkişafı istiqamətində razılaşma adlandırılır.

Putin deyəsən, ABŞ liderini ələ salır və yaxud hər ikisi birləşib, dünyanı ələ salırlar...

Elnur,

Baku Post


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:125
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 04 İyul 2025 13:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see368

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see348

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see338

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see297

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see273

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see260

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see255

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see245

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see242

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see236

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see231

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see229

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see222

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see219

“Bakıya uçuş”: Həftəsonu gələcəyi birgə duyaq

26 Avqust 2026 13:14see214

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see212

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see209

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see205

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see205

“Bitcoin”in qiyməti 78 min dollara endi

26 Avqust 2026 19:18see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri