Icma.az
close
up
RU
PUTİN TRAMPA NAZİRLƏR KABİNETNİ VURMAQLA CAVAB VERDİ “Bu, olduqca təhlükəli siqnaldır...” + VİDEO

PUTİN TRAMPA NAZİRLƏR KABİNETNİ VURMAQLA CAVAB VERDİ “Bu, olduqca təhlükəli siqnaldır...” + VİDEO

Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Rusiya işğalçı ordusunun sentyabrın 7-də Ukraynaya kütləvi hava hücum zamanı ilk dəfə Ukrayna Nazirlər Kabinetinin binasını vurması əksər müşahidəçilər tərəfindən birmənalı qarşılanmır. Maraqlıdır ki, Baş nazir Yuliya Sviridenkonun kabineti məhz zərbə endirilən mərtəbədə yerləşir. Bu faktdan çıxış edən bəzi ekdpertlər hadisənin təsadüf omadığını, bunun Ukrayna rəhbərliyi və ABŞ üçün siqnal olduğunu qeyd edirlər.

Baş nazir Yuliya Sviridenko özü binadakı dağıntılar fonunda şəkil çəkərək paylaşıb və əlavə edib: “Binaları bərpa edəcəyik. Amma itirilmiş insanları geri qaytarmaq mümkün deyil. Düşmən ölkənin hər yerində hər gün insanlarımızı terror edir və öldürür".

Müharibə başlayandan bəri ən kütləvi raket və PUA hücumlarından biri hesab edilən bu hücumun Kiyevin mərkəzinə - hökumət, parlament və Prezident Ofisi binalarının yerləşdiyi ərazilərə tuşlanması bir yandan Ukaraynanı növbəti dəfə, özü də daha “dərin” şəkildə cəzalandırılması kimi qəbul olunursa, digər tərəfdən də Kremlin ilk növbədə ABŞ Prezidenti Donald Trampın sülhlə bağlı bütün səylərini və şəxsi “xarizmasını” sıfırlamaq cəhdi kimi görünür.


Məsələn, “The Telegraph” yazıb ki, son hücum Vladimir Putinin müharibəni bitirmək istəmədiyini, əksinə eskalasiyanı daha da artırmağa hazır olduğunu nümayiş etdirir.

Doğrudan da, sülhə, danışıqlara hazır olduğunu bəyan edən bir ölkə rəhbərinin öz ordusuna Kiyevin mərkəzini vurmaq əmrini verməsi paradoks yaradır. Doğrudur, bir çoxları hökumət binasının Ukrayna HHM sistemləri tərəfindən vurulan “Şahed”-lərdən, yaxud raketlərdən birinin qalıqlarının düşməsi nəticəsində zədələndiyini düşünürlər. Digər versiyaya görə, PUA Ukrayna elektron döyüş sistemlərinin təsiri nəticəsində kursunu dəyişərək, binaya tuş gələ bilərdi. Ancaq bu, reallığı dəyişmir, faktiki olaraq, Rusiya zərbələrinin hədəfində Kiyevin mərkəzi olub ki, bu da olduqca ciddi və təhlükəli siqnaldır.

Bəzi analitiklərin fikrincə, Rusiyanın indi hökumət binasını vurması məntiqsizdir, çünki Tramp bu zərbədən sonra Vladimir Putinin ona həqiqətən müharibəni bitirmək istədiyi barədə dediklərinə böyük şübhə ilə yanaşa bilər.

Xatırladaq ki, Kiyevə bundan öncəki hücumların birində Azərbaycan səfirliyi də hədəf alınmış, səfirliyimizin binasına ziyan dəymişdi. Kiyevdəki Polşa konsulluğuna analoji hücumdan sonra isə Tramp Ukraynanı zenit-raket kompleksləri ilə təchiz etmək qərarına gəlmişdi. Lakin göründüyü kimi, nə ABŞ, nə də Qərb tərəfdaşları müharibənin dördüncü ili davam edərkən paytaxt Kiyevi belə hələ də Rusiya hücumlarından yetərincə etibarlı şəkildə qoruyacaq komplekslərlə təmin etməyib.

Təbii ki, bu zərbə təkcə hökumət binasına hücum deyil, həm də eskalasiyanın artırılması, müharibənin daha üst səviyyəyə qaldırılmasıdır. Son hava hücumu sadəcə, müharibənin başlanğıcından bəri ən kütləvi hücumlarından biri deyil. Təkcə iyun ayından bəri yeddinci dəfədir ki, eyni vaxtda 400-dən çox PUA-dan və eyni zamanda da raketlərdən istifadə edilib. Hücum dalğalarının getdikcə daha tez-tez və böyük həcmdə həyata keçirilməsi taktikası Ukrayna hava hücumundan müdafiə vasitələrinin onsuz da məhdud ehtiyatlarını tükəndirir.

Bir çox müşahidəçilərin fikrincə, Ukrayna hökumət binasının atəşə tutulması Putinin strategiyasının “balanslaşdırılmış və düşünülmüş elementidir”. 

Britaniyanın Moskva və Kiyevdəki keçmiş hərbi attaşesi Con Forman deyib: "Mən bunun təsadüf olduğunu düşünmürəm. Bu, daha çox Rusiyanın üstünlüyə malik olduğuna və eskalasiyanı davam etdirə biləcəyinə işarədir".

Bundan əlavə, Moskva soyuq qış öncəsi elektrik şəbəkəsini iflic etməyə çalışaraq enerji infrastrukturunu vurmağa başlayıb. Bütün bunlar sadəcə, Ukraynanı tükəndirmək strategiyasının tərkib hissəsi yox, həm də Putinlə “dostluğu” ilə fəxr edən və siyasi razılaşmalara bazarlıq, sövdələşmə prinsipi ilə yanaşan Trampa tərs şillədir.

Putinin bu hücumu onun Zelenskinin legitimliyini rədd etdiyi və hazırkı Ukrayna hökuməti ilə sülh sazişi bağlamağın qeyri-mümkün olduğunu bəyan etdiyi son çıxışı ilə tam üst-üstə düşür. Siqnallardan biri də elə budur.

Ukraynada isə ümid edirlər ki, Putinin son bəyanatları fonunda Ukrayna şəhərlərinə, o cümlədən Nazirlər Kabinetinə zərbələri nəhayət, Donald Trampın “gözünü açar” və onun sülh təşəbbüslərinin baş tutmamasının əsas səbəbkarının “dostu” Putin olduğunu anlayar. Ancaq çətin, çünki Tramp anlamaq istədiyini artıq çoxdan anlayıb …

Ukraynanınsa əlacı yalnız Rusiyaya simmetrik cavab verməsi və Moskvadakı hökumət binalarını hədəf almasıdır. Bunun üçün onun fiziki imkanlarının hansı səviyyədə olduğunu demək çətindir. Ancaq Ukrayna siyasi və hərbi rəhbərliyi indiyədək dəfələrlə cəsarət göstərərək, gözlənilməz və riskli addımlara gedib. Odur ki, Nazirlər Kabinetinə zərbə endirilməsinin təsadüfi omadığı üzə çıxsa, Kiyevin də analoji addım atacağını istisna etmək olmaz…

Hələ ki, Rusiya tərəfi Ukrayna Nazirlər Kabinetinin bilərəkdən, yaxud təsadüfən vurulduğu barədə heç bir açıqlama vermir. Görünür, nə edəcəyini özü də bilməyən Trampın dişsiz və qeyri-stabil, hədəfi və məqsədi bəlli olmayan başıpozuq siyasəti fonunda Kreml özünü nəyə görəsə izahat verməyə borclu da hesab etmir. Hətta bundan sonra hansısa izahat verilsə belə, bu, növbəti yalan və Trampı ələ salmaq jestindən başqa bir şey olmayacaq…

Cəlal Məmmədli

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 08 Sentyabr 2025 10:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see230

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see214

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see213

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see205

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see143

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see143

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see142

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri