Icma.az
close
up
RU
PUTİN TVyə ÇIXDI, XALQA MÜRACİƏT ETDİ, QƏRBİ HƏDLƏDİ: Əgər şübhə edən varsa, yanılır, cavab hər zaman olacaqdır

PUTİN TVyə ÇIXDI, XALQA MÜRACİƏT ETDİ, QƏRBİ HƏDLƏDİ: Əgər şübhə edən varsa, yanılır, cavab hər zaman olacaqdır

Mia.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Prezidenti Vladimir Putin Ukraynaya Rusiya ərazilərini vurmaq üçün silah verən Qərb ölkələrini uzaqmənzilli raketlərlə vuracaqları ilə təhdid edib.

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə o, dövlət televiziya kanalında çıxışında söz açıb.

O, çıxşında Rusiya ordusuna, vətəndaşlarına, dünyadakı dost ölkələrə və Rusiyanın strateji məğlubiyyəti ehtimalı ilə bağlı illüziyaya qapılanlara baş verən hadisələr barədə məlumat vermək istədiyini deyib.

Qərbin Ukrayna ilə münaqişəni gərginləşdirməyə davam etdiyinə diqqət çəkən Putin bildirib ki, ABŞ və onun müttəfiqləri Rusiya ərazisinə zərbə üçün uzaqmənzilli dəqiq silahların istifadəsinə icazə verib: "Bu silahları istehsal edən ölkələrin hərbi ekspertlərinin bilavasitə iştirakı olmadan belə silahlardan istifadə qeyri-mümkündür. Bu da o deməkdir ki, onların, yəni uzaqmənzilli raket verən ölkələrin hərbçiləri bizə qarşı bu prosesdə yer alır. Noyabrın 19-da ABŞ istehsalı olan 6 ədəd ATACMS raketi və İngiltərə istehsalı olan “Storm Shadow” raketləri ilə ərazimizə hücum olub. Noyabrın 21-də isə HIMARS-ləBryansk və Kursk vilayətlərində Rusiya ərazisindəki hərbi hədəflər nişan alınıb. O andan etibarən Ukraynada Qərbin təhrik etdiyi regional münaqişə artıq qlobal xarakter qazandı. Hərçən, Rusiya hava hücumundan müdafiə sistemləri o hücumları dəf edib. Əlbəttə, buradan deyirəm, bu cür silahlardan istifadənin bizim xüsusi hərbi əməliyyat zonamızda gedişata  təsir etməyəck, edə bilməz də. Rus qoşunları bütün döyüş xətti boyunca uğurla irəliləməkdə davam edir, edəcək.

Əlavə olaraq, bilmənizi istərəm ki, noyabrın 21-də Amerika və İngiltərənin uzaqmənzilli silahlarının istifadəsinə cavab olaraq Rusiya ordusu Ukrayna hərbi-sənaye kompleksləridən ən yeni silahlarından biri ilə dəqqiliklə zərbə endirib. Bu, həm də yeni orta mənzilli ballistik raketimizin sınaqdan uğurla çıxarılmasının testi oldu. Bu raketi "Oreşnik" adlandırmışıq. Onunla Dnepropetrovsk şəhərində sovetlərdən bəri məlum olan ən böyük sənaye komplekslərindən biri vurulub”.
ABŞ-ın Avropa və Asiya-Sakit Okean regionunda orta və qısa mənzilli raketlər yerləşdirmək planlarına cavab olaraq orta və qısa mənzilli raketlər hazırladıqlarını açqlayan Rusiya liderinin sözlərinə görə, qarşı tərəf bununla beynəlxalq öhdəliyini pozur: "Əlbəttə, orta və yaxın mənzilli raketlərin daha çox bölgələrə yerləşdirmələrinə tərəfimizdən adekvat cavablar olacaq. Biz ABŞn və onun peyklərinin Rusiya Federasiyasının təhlükəsizliyinə təhdidlərinə qarşı ən yeni raket sistemlərimizi hazır vəziyyətdəı saxlayacağıq. Silahlarımızdan doğru zamanda istifadə məsələsində müstəxna qanuni müdafiə haqqımız var və bunu da təcavüzkar hərəkətlərin artması halında görəcəklər. Onun üçün də Rusiyaya qarşı hərbi birləşmələrindən istifadə etməyi planlaşdıran ölkələrin hakim elitalarına ciddi düşünməyi məsləhət görürəm. 

Əlbəttə, lazım gələrsə və cavab tədbiri olaraq Ukrayna ərazisində “Oreşnik” kimi sistemlərlə məhvetmə hədəflərini seçərkən biz orada olan mülki şəxslərdən, eləcə də dost dövlətlərin vətəndaşlarından əvvəlcədən təhlükəli əraziləri tərk etmələrini xahiş edəcəyik. Bu məlumatı alan düşmənin müqavimət göstərməsinin qarşısını almaq üçün bunu humanitar məqsədiylə açıq şəkildə qorxmadan edəcəyik”.

Putin deyib ki, Rusiyanın yeni silahlarının qarşısını ABŞ-ın Avropada qurduğu müasir hava hücumundan müdafiə sistemləri ala bilməz: "Bundan söhbət gedə bilməz".

Rusiya lideri  ABŞ-ı bir daha beynəlxalq təhlükəsizlik sistemini çökdürməkdə və Rusiyaya güc tətbiq etməkdə ittihamn edib: "Bu proses artıq qlobal savaşa doğru gedir. Beynəlxalq təhlükəsizliyi çökdürən Rusiya deyil, ABŞ-dır. Onlar bütün dünyanı qlobal münaqişəyə doğru sövq edir. Bir daha vurğulamaq istərdim ki, biz həmişə bütün mübahisəli məsələləri sülh yolu ilə həll etməyə üstünlük vermişik və indi də buna hazırıq, amma bu o demək deyil ki, kimsə bizə hücum etməkdə srəbəstdir və cavab olmayacaq. Əgər kimsə cavabımıza şübhə edirsə, səhv edir, cavab həmişə olacaq”.

Zülfiyyə Mustafayeva
MİA.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://mia.az
archiveBu xəbər 22 Noyabr 2024 00:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see267

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see220

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see218

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see202

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see135

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see131

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see131

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see129

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see129

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see128

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri