Icma.az
close
up
RU
PUTİN TVyə ÇIXDI, XALQA MÜRACİƏT ETDİ, QƏRBİ HƏDLƏDİ: Əgər şübhə edən varsa, yanılır, cavab hər zaman olacaqdır

PUTİN TVyə ÇIXDI, XALQA MÜRACİƏT ETDİ, QƏRBİ HƏDLƏDİ: Əgər şübhə edən varsa, yanılır, cavab hər zaman olacaqdır

Icma.az, Mia.az saytına istinadən bildirir.

Prezidenti Vladimir Putin Ukraynaya Rusiya ərazilərini vurmaq üçün silah verən Qərb ölkələrini uzaqmənzilli raketlərlə vuracaqları ilə təhdid edib.

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə o, dövlət televiziya kanalında çıxışında söz açıb.

O, çıxşında Rusiya ordusuna, vətəndaşlarına, dünyadakı dost ölkələrə və Rusiyanın strateji məğlubiyyəti ehtimalı ilə bağlı illüziyaya qapılanlara baş verən hadisələr barədə məlumat vermək istədiyini deyib.

Qərbin Ukrayna ilə münaqişəni gərginləşdirməyə davam etdiyinə diqqət çəkən Putin bildirib ki, ABŞ və onun müttəfiqləri Rusiya ərazisinə zərbə üçün uzaqmənzilli dəqiq silahların istifadəsinə icazə verib: "Bu silahları istehsal edən ölkələrin hərbi ekspertlərinin bilavasitə iştirakı olmadan belə silahlardan istifadə qeyri-mümkündür. Bu da o deməkdir ki, onların, yəni uzaqmənzilli raket verən ölkələrin hərbçiləri bizə qarşı bu prosesdə yer alır. Noyabrın 19-da ABŞ istehsalı olan 6 ədəd ATACMS raketi və İngiltərə istehsalı olan “Storm Shadow” raketləri ilə ərazimizə hücum olub. Noyabrın 21-də isə HIMARS-ləBryansk və Kursk vilayətlərində Rusiya ərazisindəki hərbi hədəflər nişan alınıb. O andan etibarən Ukraynada Qərbin təhrik etdiyi regional münaqişə artıq qlobal xarakter qazandı. Hərçən, Rusiya hava hücumundan müdafiə sistemləri o hücumları dəf edib. Əlbəttə, buradan deyirəm, bu cür silahlardan istifadə bizim xüsusi hərbi əməliyyat zonamızda gedişata  təsir etməyəcək, edə də bilməz. Rus qoşunları bütün döyüş xətti boyunca uğurla irəliləməkdə davam edir, edəcək.

Əlavə olaraq, bilmənizi istərəm ki, noyabrın 21-də Amerika və İngiltərənin uzaqmənzilli silahlarının istifadəsinə cavab olaraq, Rusiya ordusu Ukrayna hərbi-sənaye kompleksləridən ən yeni silahlarından biri ilə dəqiqliklə zərbə endirib. Bu, həm də yeni orta mənzilli ballistik raketimizin sınaqdan uğurla çıxarılmasının testi oldu. Bu raketi "Oreşnik" adlandırmışıq. Onunla Dnepropetrovsk şəhərində sovetlərdən bəri məlum olan ən böyük sənaye komplekslərindən biri vurulub”.
ABŞ-ın Avropa və Asiya-Sakit Okean regionunda orta və qısa mənzilli raketlər yerləşdirmək planlarına cavab olaraq orta və qısa mənzilli raketlər hazırladıqlarını açqlayan Rusiya liderinin sözlərinə görə, qarşı tərəf bununla beynəlxalq öhdəliyini pozur: "Əlbəttə, orta və yaxın mənzilli raketlərin daha çox bizə yaxın bölgələrə yerləşdirmələrinə tərəfimizdən adekvat cavablar olacaq. Biz ABŞ və onun "peykləri"nin Rusiya Federasiyasının təhlükəsizliyinə təhdidlərinə qarşı ən yeni raket sistemlərimizi hazır vəziyyətdə saxlayacağıq. Silahlarımızdan doğru zamanda istifadə məsələsində müstəsna qanuni müdafiə haqqımız var və bunu da təcavüzkar hərəkətlərin artması halında görəcəklər. Onun üçün də Rusiyaya qarşı hərbi birləşmələrindən istifadə etməyi planlaşdıran ölkələrin hakim elitalarına ciddi düşünməyi məsləhət görürəm. 

Əlbəttə, lazım gələrsə və cavab tədbiri olaraq Ukrayna ərazisində “Oreşnik” kimi sistemlərlə məhvetmə hədəflərini seçərkən biz orada olan mülki şəxslərdən, eləcə də dost dövlətlərin vətəndaşlarından əvvəlcədən təhlükəli əraziləri tərk etmələrini xahiş edəcəyik. Bunu düşmənin müqavimət göstərməsinin qarşısını almaq üçün deyil, humanitar məqsədlə açıq şəkildə, qorxmadan edəcəyik”.

Putin deyib ki, Rusiyanın yeni silahlarının qarşısını ABŞ-ın Avropada qurduğu müasir hava hücumundan müdafiə sistemləri ala bilməz: "Bundan söhbət gedə bilməz. Zatən, onlar bunu “Oreşnik”lə zərbəmizdə də gördülər. Bizim qarşısıalınmaz ən müasir raket sistemlərimiz mövcuddur...".

Rusiya lideri  ABŞ-ı bir daha beynəlxalq təhlükəsizlik sistemini çökdürməkdə və Rusiyaya güc tətbiq etməkdə ittiham edib: "Bu proses artıq qlobal savaşa doğru gedir. Beynəlxalq təhlükəsizliyi çökdürən Rusiya deyil, ABŞ-dır. Onlar bütün dünyanı qlobal münaqişəyə sövq edir. Bir daha vurğulamaq istərdim ki, biz həmişə bütün mübahisəli məsələləri sülh yolu ilə həll etməyə üstünlük vermişik və indi də buna hazırıq. Amma bu o demək deyil ki, kimsə bizə hücum etməkdə sərbəstdir və cavab olmayacaq. Əgər kimsə cavabımıza şübhə edirsə, səhv edir, cavab həmişə olacaq...”.

Zülfiyyə Mustafayeva
MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:63
embedMənbə:https://mia.az
archiveBu xəbər 22 Noyabr 2024 08:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see488

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see187

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see172

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see144

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see137

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see137

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see136

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see134

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see134

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see132

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see131

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see131

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see129

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see128

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see125

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see124

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri