Icma.az
close
up
RU
“Putin Ukraynaya heç vaxt qalib gələ bilməyəcək, çünki…” Dmitri Muratov

“Putin Ukraynaya heç vaxt qalib gələ bilməyəcək, çünki…” Dmitri Muratov

Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Putin artıq Ukraynada qələbə qazandığını bəyan edə bilməz”.

Turkustan.az “AzPolitika”ya istinadən xəbər verir ki, bunu rusiyalı jurnalist, Nobel Sülh Mükafatı laureatı, “Novaya Qazeta”nın baş redaktoru Dmitri Muratov “BBC”-nin köşə yazarı Stiv Rozenberqə müsahibəsində deyib.

O qeyd edib ki, “hazırda Rusiyada əksər ictimai rəy liderləri “xarici agent”, “ekstremist” və ya “terrorçu” elan edilib”: “Ən mühafizəkar hesablamalara görə, “xüsusi hərbi əməliyyat”ın başlanğıcından bəri, mövcud hökumət siyasətinə qarşı çıxdıqlarına görə ən azı 1500 nəfər həbs edilib. Bu, SSRİ-də qəddar KQB dövründəkindən üç dəfə çoxdur”.

Muratov qeyd edib ki, Vladimir Putinin Rusiyanın qalib gələcəyini dəfələrlə təkrarlamasına baxmayaraq, bu, mümkün deyil: “Qələbə heç vaxt baş verməyəcək. Çünki təxminən beş ildir baş verənlər – müharibənin necə bitməsindən asılı olmayaraq – artıq qələbə sayıla bilməz. İki slavyan xalqı bir milyon, hətta daha çox insanı məhv etdiyi zaman bu, qələbə ola bilməz. Mənə elə gəlir ki, Ukrayna ilə bağlı hazırkı vəziyyət belədir: onu məhv etmək olar, amma fəth etmək olmaz. “Məhv” dedikdə nəyi nəzərdə tuturam? Nüvə silahlarının istifadəsinə qədər gedib çıxan eskalasiyanı”.

“Onun başında nə baş verdiyini heç kim bilmir”

O deyib ki, nüvə silahının tətbiqini istisna etmək qətiyyən düzgün deyil: “”Putin belə düşünür” və ya “Putin bundan qorxur” deyən bütün bu politoloqların hamısı şarlatanlardır. Bu, astrologiya kimidir. Vladimir Putinin başında nə baş verdiyini heç kim bilmir. Mən də bilmirəm. Mən hadisələrə yalnız jurnalist kimi baxıram. Böyük göstəriciləri öyrənirəm. İlin əvvəlindən bəri nüvə silahlarından istifadə ehtiyacı 500 dəfədən çox qeyd olunub. Ağlını itirənlər bunu deyəndə mən buna əhəmiyyət vermirəm. Amma mən bunun dövlət televiziyasında necə müzakirə olunduğunu görürəm. Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda isə bir natiq nüvə silahlarından istifadəni xoş, yaxşı bir şey kimi təriflədi”.

Putinin reytinqinin düşdüyünü göstərən sorğulara baxmayaraq, Muratovun sözlərinə görə, Rusiya Prezidenti hakimiyyəti öz əlində möhkəm saxlayır: “Bağışlayın, elita arasında fikir ayrılıqları, gizli sui-qəsdlər haqqında bütün bu söhbətlərə inanmıram. Vladimir Putin ölkəni idarə edir. Onlar ondan qorxurlar və bu qorxu onun əsas dəstək bazası olan FSB tərəfindən hər cəhətdən gücləndirilir”.

Muratov müsahibəsində Qərbi də kəskin tənqid edib: “Putin Avropa liderlərinin əsl dəyərini çox yaxşı bilir. Bir tərəfdən, onunla insan hüquqları haqqında danışırlar. O buna ucadan gülür, çünki digər tərəfdən, onlar Rusiya ilə neft, qaz, brilyant ticarəti ilə bağlı müqavilələr imzalayırlar. Onlar Putinlə Avropa dəyərləri haqqında danışanda, o, ucadan gülür. O, bu dəyərləri ona təbliğ edən insanların əsl dəyərini bilir”.

Muratov Qərbin Rusiyadakı siyasi məhbuslarla maraqlanmadığını xüsusi vurğulayıb: “Məni hazırda ən çox narahat edən odur ki, dünyada heç kim qonşu ölkənin(Ukraynanın-red.) işğalına qarşı ilk çıxış edən siyasi məhbuslarla maraqlanmır… Biz sükutun adi hal olduğu bir dövrdə yaşayırıq. Amma çox insan bizim etdiyimizi dəstəkləyir. Moskva küçələrində həmkarlarım və mən yalnız minnətdarlıq sözləri eşidirik. Onlar (qorxudan)pıçıldayırlar. Amma buna baxmayaraq, insanların fikirləri çox vacibdir”.

Xatırladaq ki, Muratova 2021-ci ildə “söz azadlığını müdafiə etmək səylərinə görə” Nobel Sülh Mükafatı verilib. Bu, cəsarətli reportajlara görə verilən mükafat idi. Lakin bu mükafat onun qəzetini qorumadı. Putinin fərmanı ilə “Novaya Qazeta”nın mətbəələri milliləşdirildi və qeydiyyatı ləğv edildi. Buna baxmayaraq, “Novaya Qazeta” hələ də onlayn variantda mövcuddur. Lakin Kreml Rusiyada onun veb saytına girişi bloklayıb…

Qeyd edək ki, son olaraq Rusiya XİN başçısı Sergey Lavrov açıq şəkildə Rusiyanın Ukraynadakı müharibəni davam etdirəcəyini və heş bir halda hazırkı cəbhə xətti boyunca dayandırmayacağını bəyan edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:137
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 15 Avqust 2026 13:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see315

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see308

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see295

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see290

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see287

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see286

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see259

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see258

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see240

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see239

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see237

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see236

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see227

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see224

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see198

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see186

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri