Rusiya Ukraynaya Mi 8 və Mi 17 üçün komponentlərin tədarükü cəhdinin qarşısını alıb
Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir.
Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) xaricə, o cümlədən Ukraynaya Rusiya istehsalı olan "Mi-8" və "Mi-17" helikopterləri üçün komponentlərin tədarükünün qarşısını alıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.
Bildirilib ki, Rusiya, Ukrayna və Yaxın Şərq ölkələrinin vətəndaşlarından ibarət olan altı nəfərlik dəstənin fəaliyyəti xaricdən əlaqələndirilib.
Komponentlərin dəyəri 400 milyon rubldan (5 milyon dollar) çox olub. Bu vəsait hesabına ən azı dörd helikopterin uçuş qabiliyyətini bərpa etmək mümkündür.
FTX-dən verilən məlumata görə, 2023-cü ilin oktyabrından Rusiyadan Ukraynaya hərbi məhsulların və komponentlərin qanunsuz ixracı ilə bağlı 236 cəhdin qarşısı alınıb. İxracın baş tutacağı təqdirdə dəymiş ziyan 1 milyard rubl ($12,75 milyon) təşkil edə bilərdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 09 İyun 2025 14:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















