Icma.az
close
up
RU
Putin və Gerasimov yalan deyir...” Ukrayna Baş Qərargahı bu bəyanatı təkzib etdi

Putin və Gerasimov yalan deyir...” Ukrayna Baş Qərargahı bu bəyanatı təkzib etdi

Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Vladimir Putinin dünən ordu rəhbərliyi ilə keçirdiyi görüşdə verdiyi bəyanatlar və generalların hesabatları həqiqəti əks etdirmir.

“AzPolitika” xəbə verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiya ordusunun Kupyansk şəhərini ələ keçirməsi ilə bağlı iddiaları rəsmi olaraq təkzib edib.

"Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirir ki, Kupyansk Ukrayna Müdafiə Qüvvələrinin nəzarəti altındadır. Şəhərə soxulan Rusiya təxribat və kəşfiyyat qruplarının axtarışı və məhv edilməsi üçün əks-təxribat əməliyyatları və xüsusi əməliyyatlar şəhərdə və onun ətrafında davam edir. Oxşar vəziyyət Yampolda da baş verir. Qoşunlarımız yaşayış məntəqəsinin yaxınlığında axtarış və zərbə əməliyyatlarını davam etdirir", - deyə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı “teleqram”-da bəyanat yayıb.

Ukrayna tərəfi həmçinin rusların Xarkov vilayətindəki Vovçansk şəhərinin 80%-ni və Pokrovsk şəhərinin 70%-ni ələ keçirməsi iddiasının yalan olduğunu qeyd edir: "Pokrovskda axtarış və hücum əməliyyatları və şəhər ərazisində düşmənin məhv edilməsi davam edir. Bölmələrimizin bütün zəruri təchizatla fasiləsiz təmin edilməsini təmin etmək üçün Pokrovsk və Mirnoqrad istiqamətində əlavə logistika marşrutları təşkil olunur." Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yazıb ki, "İşğalçıların hücum qrupları və onların yerləşdiyi ərazilər müəyyən edilərək məhv edilir".

Xatırladaq ki, ötən gün Putinin keçirdiyi iclasda deyilənə görə, Rusiya qoşunları Ukraynanın Xarkov vilayətindəki Kupyansk şəhərini nəzarətə götürüb. Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov bu barədə Vladimir Putinə məlumat verib.

Putinin sözlərinə görə isə guya Kupyansk-Uzlovoy ətrafında Ukrayna Silahlı Qüvvələrinin təxminən 15 batalyonu mühasirəyə alınıb və Kostantinovkada artıq döyüşlər gedir.

Gerasimov bildirib ki, guya Kupyanskda Ukrayna qüvvələrinin kiçik qrupları məhv edilir və rus qoşunları Kuçerovka, Kurilovka və Kupyansk-Uzlovoy uğrunda döyüşür, həmçinin, Krasnı Liman istiqamətində fəal şəkildə irəliləyir.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:230
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 21 Noyabr 2025 15:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri