Icma.az
close
up
RU
Putin və Netanyahu ömürlük həbs oluna bilər, əgər...

Putin və Netanyahu ömürlük həbs oluna bilər, əgər...

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İsrailin Baş naziri Benyamin Netanyahu Macarıstana rəsmi səfər edib. Netanyahu barəsində həbs qərarı çıxarmasından sonra bu onun Avropaya ilk səfəridir.

Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsi (BCM) 21 noyabr 2024-cü il tarixli qərarında Qəzzada törədilən müharibə cinayətləri və insanlığa qarşı cinayətlərə görə Netanyahu və keçmiş müdafiə naziri Qallantın həbsinə order verib. BCM-nin Roma Nizamnaməsinin 86 və 87-ci maddələrinə əsasən, BCM-ə üzv olan ölkələr belə həbsləri həyata keçirməyə borcludurlar. BCM Netanyahunun həbsinə order verdikdən sonra Macarıstanın baş naziri Viktor Orban Netanyahunu dəvət edəcəyini və “sərəncamın Macarıstanda heç bir təsiri olmayacağına” zəmanət verəcəyini bildirmişdi.

Bu gün Macarıstan hökuməti BCM-dən çıxmaq qərarı qəbul etdiyini bəyan edib. Qeyd edilib ki, Macarıstanın BCM-dən geri çəkilməsi prosesi bu gün başlayacaq və ölkə konstitusiyasına, həmçinin beynəlxalq hüquqi öhdəliklərinə əsasən həyata keçiriləcək.

Xatırladaq ki, hazırda Rusiya, ABŞ, Çin, İsrail, Hindistan və İran da daxil olmaqla, bir sıra dövlətlər bu beynəlxalq qurumun işində iştirak etmir.

Fərhad Mehdiyev

Mövzu ilə bağlı Globalinfo.az beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyevdən müsahibə alıb.

– Fərhad bəy, Macarıstanın Beynəlxalq Cinayət Məhkəməsini tərk etmə səbəbi Netanyahunu qorumaqdı, yoxsa bu təşkilat həqiqətən də siyasiləşib? İkinci halda, müharibə cinayətlərinə baxan alternativ bir qurum varmı?

– Macarıstanın iddia etdiyi kimi, BCM-nin siyasiləşdiyini iddia etmək üçün heç bir əsas yoxdur. BCM-nin ən cəsarətli qərarları arasında Putin və Netyanyahu haqqında həbs qərarının çıxarılmasıdır ki, hər iki qərar hüquqidir. Orbana gəldikdə, o uzun müddətdir ki, Putinin xeyrinə siyasət aparır, apardığı ümumi siyasət isə Avropa İttifaqı ilə uzlaşmır.

– Əgər Netanyahu və Putinə qarşı iddia olunan müharibə cinayətləri sübuta yetirilərsə, BCM onlar barədə hansı hökmü çıxara bilərdi?

– Hər ikisi müharibə cinayətkarıdır, sübutlar kifayət qədərdir. Hər ikisi üçün ömürlük həbs cəzası verilə bilər.

– BCM-nin ümumiyyətlə mahiyyəti və yaranma səbəbi nədir? 

– Əvvəllər müharibə cinayətləri törədiləndə ayrıca məhkəmə qurulurdu. Məsələn, Nürnberq məhkəməsi, Tokio məhkəməsi, Kosovo tribunalı və s. kimi təqribən on tribunal olub indiyə qədər. BCM bunları əvəz edir. Bəşəriyyət və hüquq inkişaf etdikcə düşündülər ki, hər dəfə yeni bir məhkəmə qurmaqdansa, bütün müharibə cinayətlərinə baxması üçün birdəfəlik məhkəmə qurulsun. Yəni, Məsələn, Kosovo tribunalı BMT TŞ-nın qərarı ilə qurulub, Rusiya veto qoysaydı, o tribunal qurula bilməyəcəkdi. Bunun olmaması üçün daimi tribunal kimi müharibə cinayətlərinin törədilməsinə baxan BCM yaradıldı.

– Dünyada baş verən əksər müharibələrdə tərəf olan aparıcı dövlətlər BCM-də yer almırsa, nə üçün bu təşkilatda islahatlar keçirilmir və yaxud fəaliyyətinə xitam verilmir?

– Müharibə aparan dövlətlərə gəldikdə isə, onlar BCM-ə üzv olmağa tələsmir. Məsələn, BMT TŞ-nın daimi üzvləri olan ABŞ, Rusiya və Çin BCM-də tərəf olmurlar. Səbəbi ondan ibarətdir ki, onlar müharibə aparmaları halında BCM-in onların üzərində mühakimə səlahiyyətinə sahib olmasını istəmirlər.

– O zaman BCM-ə üzv olma daha üstün bir qurum vasitəsilə məcburi xarakter daşıya bilərmi? 

– Beynəlxalq hüquqda məcburi üzv olmaq kimi bir qayda yoxdur. Məcburi üzvlük, məcburi xarakter daşıyan müəyyən qərarlar qayda deyil, daha çox istisnadır. Milli dövlət konsepsiyasına görə, milli dövlətlər öz üzərlərində hər hansı bir qurumun avtomatik yurisdiksiyasının yaranmasını istəmirlər. Azərbaycan nümunəsində belə bir qurum Avropa İnsan Hüquqları Məhkəməsidir. Türkiyə üçün də eyni şeyi demək olar. Bundan əlavə, BMT-nin İnsan Hüquqları Komitəsi də var. Rusiya ümumiyyətlə Avropa Şurasından çıxarılıb. Onun üzərində hər hansı bir beynəlxalq tribunalın səlahiyyəti yoxdur. Avropa İttifaqı dövlətlərinin üzərində Aİ-nin yurisdiksiyası var. Onların hegemonluqları, müstəqillikləri müəyyən qədər məhdudlaşdırılıb. Bu səbəbdən BCM-in məcburi xarakter daşıması üçün həmin dövlət üzvlük sənədinə imza atmalıdır.

– Azərbaycan BCM-ə üzv deyil?

– Azərbaycan və Ermənistan BCM-də tərəf deyil. Ermənistan imza atıb, amma parlamentdə ratifikasiya etməyib.

– Qəzza zolağında hərbi əməliyyatlar nəticəsində mülki şəxslərin öldürülməsi barədə hüquqi müstəvidə hər hansı addımlar atılırmı?

– Əlcəzair hazırda BMT TŞ-nın iclasını çağırıb. Və bunun bir səbəbi də odur ki, İsrail Qəzzada toxunulmaz şəxsləri – humanitar yardım göstərən şəxsləri də öldürür. Beynəlxalq humanitar hüquqda və beynəlxalq cinayət hüququnda buna “indiscriminate attack” – yəni, ayrı-seçkilik edilmədən hücum deyilir. Döyüşçü olmayanlar öldürülməməlidir. Bu da müharibə cinayəti təşkil edir.

Gülnar Səlimova

Globalinfo.az

İstanbul

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:126
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 04 Aprel 2025 09:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüsal Aslanovun müşaviri AZCON un layihə rəhbəri təyin edilib

12 İyun 2026 15:07see363

Karapetyanın bloku Ermənistanda seçkilərin nəticələrinin ləğv edilməsini tələb edir

12 İyun 2026 12:13see244

Messi yenidən DÇ nin qalibi olmaq şanslarını dəyərləndirdi

12 İyun 2026 12:17see226

Fransa 2027 ci il prezident seçkiləri öncəsi xarici müdaxilələrə qarşı tədbirləri açıqlayıb

12 İyun 2026 12:17see214

DURSUN HƏSƏNOV QƏFİL VƏFAT EDİB: Tanınmış şəxsin qardaşıdır FOTO

12 İyun 2026 15:55see200

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir ŞOK

13 İyun 2026 02:47see197

“Qeyri neft ixracı 8,1% artaraq 3,6 milyard dollara çatıb”

12 İyun 2026 12:16see194

İbrahimoviç DÇ 2026 da azarkeşlik etdiyi komandanın adını dedi Mənim köküm o ölkədəndir

13 İyun 2026 14:02see191

Elvin Cəfərquliyev üçün Qarabağ klubuna rəsmi təklif gəlməyib

12 İyun 2026 12:15see190

Aygün Kazımova məzunlarla bir arada Geyimi gündəm oldu

13 İyun 2026 11:00see187

Emiliano Martines dünya çempionatında Argentinaya kömək edə biləcək

12 İyun 2026 12:17see181

Brayton Tottenhem in müdafiəçisi üçün 30 milyon təklif etdi

12 İyun 2026 19:11see180

Pensiya alanlara şad xəbər NAZİRLİK AÇIQLADI

12 İyun 2026 12:14see179

Qarabağ Bakıda hazırlığını davam etdirir

13 İyun 2026 02:46see179

Kanada məşhur futbolçunu ölkəyə buraxmadı Zorlama ilə ittiham olunur

12 İyun 2026 22:33see172

Bakı Dövlət Universiteti ilə vidalaşacaq məzunların sayı AÇIQLANDI

12 İyun 2026 20:54see170

Paşinyanın qələbəsindən sonra: Siyasi eyforiya və təzyiqlər

12 İyun 2026 12:16see169

Dövlət büdcəsi xərclərinin 40% i sosialyönlüdür

12 İyun 2026 12:15see166

Ən yaxşı babalar hansı tarixdə doğulanlardır?

12 İyun 2026 21:12see163

Putin: “Məqsəd rusiya cəmiyyətini parçalamaqdır”

12 İyun 2026 23:31see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri