Icma.az
close
up
RU
“Putin və onun ruporları bu reallığı qəbul edə bilmirlər” Elxan Şahinoğlu

“Putin və onun ruporları bu reallığı qəbul edə bilmirlər” Elxan Şahinoğlu

Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Politoloq Elxan Şahinoğlu Rusiyanın tanınmış teleaparıcısı və Kremlin ruporu kimi tanınan Vladimir Solovyovun son çıxışına münasibət bildirib. Onun sözlərinə görə, Solovyov Rusiya dövlət kanalında təxminən 4 dəqiqəlik çıxışında Ermənistanın baş naziri Nikol Paşinyanı açıq şəkildə təhqir edib və Azərbaycanın ərazi bütövlüyünə qarşı da ittihamlar səsləndirib.

Şahinoğlu qeyd edib ki, Solovyov Paşinyanı hədəfə almasının əsas səbəbi Ermənistan rəhbərinin onun dostu, erməni iş adamı Samvel Karapetyanı həbs etdirməsidir. Bundan əlavə, Paşinyanın sosial şəbəkədə paylaşdığı “Bu sizin üçün Kaluqa vilayətinin Aşağı Tapr kəndi deyil. Bura Ermənistandır. Dövlətin dadı ağzınızda qalacaq” statusu da Solovyovun qəzəbini artırıb.

Politoloqun fikrincə, Solovyov “Türkol” və “xain” kimi təhqiramiz ifadələrlə yalnız Paşinyanı deyil, ona dəstək vermiş Ermənistan cəmiyyətinin böyük əksəriyyətini də hədəfə alır: “Paşinyan iki dəfə xalqın səsi ilə baş nazir seçilib. Onun təhqir edilməsi həmin seçicilərin də alçaldılması deməkdir”.

Şahinoğlu əlavə edib ki, Solovyov çıxışında yalnız təhqirlərlə kifayətlənməyib, həm də Paşinyanın devrilməsinə çağırışa bənzər fikirlər səsləndirib: “Siz bu xainə necə dözürsünüz?” – deyə o, Ermənistan cəmiyyətinə müraciət edib.

Politoloq hesab edir ki, əgər Kreml istəsəydi, Solovyovu asanlıqla susdura bilərdi. Amma görünən odur ki, bu çıxışlar birbaşa yuxarıdan icazə ilə edilir: “Rusiya bir tərəfdən Paşinyanla danışıqlar aparır, digər tərəfdən isə Solovyovun dili ilə ona təzyiq göstərir”.

Şahinoğlu xatırladıb ki, Paşinyan özü də bu ikili siyasətin fərqindədir. Onun “Artıq biz ‘forpost ölkə’ deyilik” sözləri məhz Rusiyaya ünvanlanıb.

Politoloq vurğulayıb ki, Paşinyanın 2022-ci il oktyabrın 6-da Praqada keçirilən görüşdə Qarabağı Azərbaycan ərazisi kimi tanıması Kreml üçün gözlənilməz addım olub və bu, Putinin planlarını pozub: “Lavrovun ‘Qarabağ Azərbaycanın daxili işi deyil’ açıqlaması Rusiyanın bu məsələni necə manipulyasiya etdiyini açıq şəkildə göstərirdi. Paşinyanın bu bəyanatı isə məsələyə nöqtə qoydu”.

Sonda Elxan Şahinoğlu bildirib ki, Kremlin sahibi Vladimir Putin və onun ruporları bu reallığı – Azərbaycanın Qarabağ üzərində suverenliyini – hələ də qəbul edə bilmirlər.

Rasim Əliyev

AzPolitika.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 20 İyun 2025 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see156

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see155

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see155

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see147

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see142

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see138

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see133

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see133

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see132

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see132

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see132

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see132

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see131

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see130

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see127

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri