Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Xəzər dənizində suyun azalma dinamikası ciddi narahatlıq doğurur

Xəzər dənizində suyun azalma dinamikası ciddi narahatlıq doğurur

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Son illər Xəzər dənizinin səviyyəsinin azalması, suyun sürətlə geri çəkilməsi müşahidə edilir. Su səviyyəsinin azalması ilə sahilyanı torpaq ərazilərin sahəsi də genişlənib. Xəzərin səviyyəsi 1990-cı illərin ortalarından etibarən azalmağa başlayıb.

İqlim dəyişikliyi Xəzər dənizinə təsir edən əsas amillərdən biridir. Son onilliklərdə bölgədə hava temperaturu artıb, bu da buxarlanmanı artıraraq su səviyyəsinin azalmasına səbəb olub. Xüsusilə yay aylarında yüksək temperatur səbəbilə buxarlanma həddindən artıq çox olur.

Xəzərə tökülən əsas çaylardan biri olan Volqa çayı Xəzərin su balansında həlledici rol oynayır. Lakin bu çayın məcrasında tikilən su anbarları və sənaye istifadəsi su axınını azaldır. Eyni zamanda Kür çayı da son illərdə az su gətirir ki, bu da Xəzərin cənub və cənub-qərb sahillərinə mənfi təsir göstərir.

Sənaye və kənd təsərrüfatı məqsədilə suyun həddindən artıq istismarı, xüsusilə çay mənbələrindən çoxlu su götürülməsi Xəzərin qidalanma balansını pozur. Bundan başqa, Xəzərin ətrafında aparılan neft-qaz çıxarma işləri də ekologiyaya dolayısı ilə təsir göstərir.

Xəzər dənizinin səviyyəsinin azalması sadəcə bir coğrafi problem deyil - bu, ekosistemlərin məhvi, iqtisadi itkilər və sosial problemlər deməkdir. Elmi tədqiqatların və dövlətlərarası əməkdaşlığın artırılması ilə bu prosesin qarşısını almaq hələ də mümkündür. Gecikmədən tədbir görmək isə bu günümüzün və gələcəyimizin məsuliyyətidir.

H.Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizi sahilləri və dibinin geomorfologiyası şöbəsinin müdiri, coğrafiya üzrə elmlər doktoru, professor Əmir Əliyev bildirib ki, Xəzər dənizində suyun səviyyəsinin azalmasının əsas səbəblərindən biri Volqa çayından dənizə tökülən suyun az olmasıdır. Ə.Əliyev son günlər mətbuatda Xəzərin əsas su mənbəsi olan Volqa çayının üzərində bəndlərin tikilməsinin dənizdə suyun səviyyəsinin azalmasına səbəb olduğu ilə bağlı məsələyə də münasibət bildirib: "Düşünürəm ki, bu, çox da təsir etmir. Xəzərin səviyyəsi artıb-azalan zamanlarda da tikililər orada olub".

Onun sözlərinə görə, son müşahidələrə görə, hazırda Xəzərdə suyun enmə dövrü yaşanır, son 20-25 ildə təxminən 30 faizə qədər suyun səviyyəsi azalıb: "1837-ci ildən Xəzər dənizində müşahidələr aparılır. 1930-cı ilə qədər Xəzərdə suyun səviyyəsi az stabil olub. 1930-1978-ci ilə qədər isə 3,2 metr azalma müşahidə edilib, bundan sonra isə 1995-cı ilə qədər Xəzərdə suyun səviyyəsi 2,5 metrə qalxıb. 1996-cı ildən bu günədək Xəzərin səviyyəsi 2,3 metr aşağıdır və bu, davam edir. Əsas səbəb isə Xəzərdə su balansının dəyişməsidir. Xəzər dənizi qapalı su hövzəsidir, əsasını Xəzərə tökülən çaylar təşkil edir. Lakin qlobal iqlim dəyişmələri səbəbindən Xəzərdə temperatur artıb və buxarlanma prosesi sürətlənib. Həmçinin dənizin hövzəsinə tökülən çaylarda suyun səviyyəsinin azalması buna təsir edir. Son 20-25 ildə təxminən 30 faizə qədər suyun səviyyəsi azalıb".

Coğrafiya İnstitutunun rəsmisi vurğulayıb ki, Xəzərin səviyyəsinin dəyişməsində müəyyən periodiklik var. Təxminən dənizdə suyun səviyyəsi 100-150 il enir, sonra artım dövrü başlayır: "1805-1810-cu illərdə Xəzərdə suyun ən böyük səviyyəsi qeydə alınıb. 2040-2050-ci ilədək də dənizin səviyyəsinin 1-1,5 metr azalmasını görəcəyik. Son 4 min ildə bu periodik dövr 8 dəfə təkrarlanıb".

Professor əlavə edib ki, Xəzərdə suyun səviyyəsi artan dövrdə - 1995-ci ildə Azərbaycanda təxminən 50 min hektar ərazi su altında qalıb. 1 sm qalxanda isə 100 hektar ərazi su altında qala bilir. İndi isə əks proses gedir. Təxminən 40 min hektar ərazi su altından çıxıb. Bu proses əsasən cənub zonasında, Abşeron rayonunda baş verir: "Son 3 ildə aparılan monitorinqlər göstərir ki, Xəzərin enmə səviyyəsinin sürəti azalıb. İldə 25-30 sm azalma müşahidə edilirdisə, indi 15-17 sm-dir. Xəzər əvvəkli səviyyəsinə yenə qayıdacaq. Sadəcə Xəzərin qayda-qanununa əməl etməklə adaptasiya tədbirləri görmək lazımdır".

Ekoloq Qorxmaz İbrahimovun dediyinə görə, Xəzər dənizi quruyarsa, çox böyük ekoloji faciə baş verəcək. İqlim dəyişiklikləri ilə bağlı olan müxtəlif səbəblər var. Xəzərin su daşıyıcılarının iqlim dəyişikliyinə görə suvarmaya cəlb olunması, istilənmə və buxarlanmanın artması, yağıntıların azalması bu sıraya daxildir: "Xəzərdə enmə-qalxma amplitudasını hər zaman görmüşük. Əgər Xəzəryanı dövlətlərin onun qorunması ilə bağlı səmimi bir planı varsa, məsələ qaydasına düşər. Dəniz təkcə ölkəmizə məxsus deyil. Dünyanın qapalı hövzəsi və ən böyük gölüdür. Bu gölü xilas etmək barədə təkcə biz yox, bütün beynəlxalq təşkilatlar düşünməlidir. Əlbəttə, belə bir dənizi itirmək çox kədərli hal olardı. Mən heç də o fikirdə deyiləm ki, Xəzər dənizi yox olub gedəcək. Amma "Xəzər quruyarsa, ərazimiz artar", - deyə düşünənlər cahil insanlardır. Birincisi, Aral gölünün qurumasına nəzər salsaq, görərik ki, oradakı canlılar, təsisatlar və biomüxtəliflik məhv olub. Bu bir yana, bir də insanlar köç edir, yaşaya bilmirlər. Çünki duzlu səhraya çevrilən yerdən ancaq xəstəlik yayılır. Hazırda Urmiya gölü də qurumaqdadır. Göl quruyur və ətrafa zəhər saçır .Azərbaycan ərazisinin artacağını deyən insanlara demək istəyirəm ki, Xəzər dənizi quruyarsa, ancaq zəhər saçacaq. Əlimizdə olan torpağın dəyərini bilirik ki, Xəzərin altından çıxıb 100, bəlkə 500 il sonra münbit torpağa çevriləcək ərazini də səmərəli istifadə etməyi düşünək? Xəzər qurusa, çox böyük ekoloji fəlakət meydana gələr. Təkcə biz yox, bütün dünya bu hadisədən təsirlənər". 

Xəzər dənizində suyun azalması, ətraf mühitinin bugünkü vəziyyəti və dəniz səviyyəsinin enmə dinamikası ciddi narahatlıq doğurur. Çünki dəniz səviyyəsi nə qədər tez dəyişirsə, onun nəticələri bir o qədər ağır olur. Xəzər dənizinin səviyyə tərəddüdləri sahilboyu zonaların vəziyyətinə və iqtisadiyyatın dənizlə bağlı olan bir sıra sahələrinə - balıqçılıq, dəniz nəqliyyatı, limanların fəaliyyəti, tikinti kimi müxtəlif sektorlara, eləcə də sahil zonasında yaşayan əhaliyə təsir göstərir. Hesab edilir ki, 2050-ci ilə qədər Xəzərin səviyyəsinin enmə ehtimalı böyükdür".

Xəzərin səviyyəsinin həm qalxması, həm də aşağı düşməsi böyük kataklizmlərə səbəb ola bilər. Hazırda Xəzərin səviyyəsinin aşağı düşməsi onun sahəsinin azalmasına səbəb olur. Misal üçün, ən pis proqnozu götürək: səviyyə 18 metr aşağı düşəcəyi halda, Xəzərin səthi 3-də 1-i qədər azalacaq. Bu o deməkdir ki, Xəzərətrafı quru ərazilər xeyli artacaq. Burada da 5 Xəzəryanı dövlət var və bu quru torpağın bölünmə məsələsində siyasi problem yarana bilər. Bu, siyasi aspektdir. Ekoloji aspektdən götürsək, Xəzərin səviyyəsinin aşağı düşməsi duzluluğun artması deməkdir. Duzluluğun artması orada yaşayan canlıların həyat şəraitini dəyişəcək. Yəni ekosistem dəyişdiyi kimi, biomüxtləliflik də dəyişəcək. Xəzərdə yaşayan canlılar üçün qeyri-münbit şərait yaranacaq. Digər tərəfdən, səviyyənin aşağı düşməsi ilə suyun səthinin daha çox qızması bir çox balıqların yaşaması üçün çətin olacaq. Çünki isti suda oksigenin həll olunması çətinləşir və buxarlanma ilə atmosferə gedir. Ötən il Xəzərdə kefal balıqlarının kütləvi məhvinin şahidi olduq. Həmin balıqlar oksigen azlığı nəticəsində məhv olmuşdu. Təsəvvür edin ki, bu problem get-gedə kəskinləşəcək. Bu da biomüxtəlifliyin pozulmasına gətirib çıxaracaq. Eyni zamanda gəmiçilikdə problem yaranacaq. İndi Bakı buxtasındakı dəniz limanında artıq böyük problemlər yaranıb və iri gəmilər ora yan ala bilmirlər. Ona görə də, daim qazıntı işləri gedir və dərinləşdirirlər ki, gəmilər sahilə yan ala bilsin. Əgər iddia edildiyi kimi, Xəzərin səviyyəsi 9-18 metr aşağı düşəcəksə, dənizin şimalı tamamilə quruyacaq. Çünki şimali Xəzərin orta dərinliyi 5 metrdir. Biz səviyyənin 9-18 metr aşağı düşməsindən danışırıqsa, deməli, şimali Xəzər artıq yoxdur. Şimali Xəzər yoxdursa, onda biz Volqa çayı vasitəsilə okeana necə çıxacağıq? Belə olduğu halda küllü miqdarda vəsaitlə Volqa çayına axını təşkil etmək lazımdır ki, oradan gəmilər hərəkət edib dünya okeanına çıxa bilsin. Bundan başqa, dəniz çay məcrasından xeyli aralı düşəcək. Təsəvvür edin ki, Kür bir xeyli axmalıdır ki, gedib Xəzərə tökülə bilsin. Burada balıqların miqrasiyası məsələsində də problem yaranacaq. Misal üçün, qızıl balıq şirin suda kürü tökür, sonra dənizə qayıdır. Artıq bu balans da pozulur. Başqa bir ekoloji aspekt nədən ibarət ola bilər? Hazırda Urmiya gölü quruyur və bu göl Xəzərdən qat-qat duzludur. İndi gölün suyu quruyub və düz torpağın səthində qalıb. Bir az külək əsən kimi həmin duzu hər tərəfə yayır. Bu da ilk növbədə insan orqanizminə zərər vurur. Münbit torpaqlardakı əkinlərə mənfi təsir göstərir. Xəzərin səviyyəsi 18 metr aşağı düşsə, geniş ərazilərdə nəhəng duz təpələri yaranacaq. Bu da ətraf ərazilərdə yaşayışı dözülməz vəziyyətə gətirib çıxara bilər. Bu baxımdan biz arzulamalıyıq ki, proqnozlar özünü doğrultmasın.

Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun İqlim şöbəsinin aparıcı elmi işçisi Həsən Nəbiyev qeyd edib ki, Xəzər dənizinin səviyyə tərəddüdlərinə Günəş aktivliyi və atmosfer sirkulyasiyası da təsir edir: "Bir təsnifat var və orada E, V, W və C prosesləri ayrılır. V və W prosesləri Qərbdən gələn hava kütlələrinin üstünlük təşkil etməsidir. E və C isə meridianal proseslərdir. Xəzər dənizinin səviyyəsini tədqiq etmək üçün həmin təsnifatdan istifadə etdik. Məlum oldu ki, V proseslərinin artması, yəni Qərbdən gələn hava kütlələrinin üstünlük təşkil etməsi Xəzər dənizinin səviyyəsinin artması ilə uyğunlaşır. Dənizin səviyyəsinin enməsi E proseslərinin - meridianal proseslərin artması ilə üst-üstə düşür. Nə qədər ki, meridianal proseslər davam edəcək, Xəzərin enməsi də davam edəcək. Proqnoza görə, 2050-ci ilə qədər E və C prosesləri üstünlük təşkil edəcək. O zamana qədər Xəzər dənizinin səviyyəsinin enməsi ehtimalı böyükdür. 2050-2052-ci ildən sonra V proseslərinin təkrarlanması ehtimalı var. Bundan sonra Xəzərin səviyyəsində qalxmaları müşahidə etmək olar. Bu onu göstərir ki, Xəzərin səviyyəsində tərəddüdlər Günəş aktivliyi və atmosfer sirkulyasiyası ilə də əlaqəlidir. Təbii ki, burada digər amilləri də nəzərə almaq lazımdır".

Sevinc QARAYEVA

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://525.az
archiveBu xəbər 12 Avqust 2025 19:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see344

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see270

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see257

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see253

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see249

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see235

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see230

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see215

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see208

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see204

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see200

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see199

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see196

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see194

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see190

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see186

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see178

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see178

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see175

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri