Putin açıqladı: Xəzər dənizinin rəqəmsal modeli yaradılacaq
Icma.az, Moderator.az portalına istinadən məlumat verir.
Rusiya tədqiqatçıları süni intellekt alqoritmləri, həmçinin buxarlanma və yağıntı dinamikasının təhlili vasitəsilə su səviyyəsinin dəyişmələrini proqnozlaşdırmaq məqsədilə Xəzər dənizinin rəqəmsal əkizini yaratmağı planlaşdırırlar.
Moderator.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Xəzər ekoloji sammitindəki çıxışı zamanı məlumat verib.
"Xəzər dənizinin rəqəmsal əkizinin yaradılması ilə bağlı Rusiyanın təklifini də xüsusi qeyd etmək istərdim. Burada söhbət çay axınlarının, yağıntıların və buxarlanmanın dinamikasının təhlilinə əsaslanan süni intellekt alqoritmlərinin tətbiq olunduğu yüksək dəqiqlikli virtual modeldən gedir. Bu modelin köməyi ilə Xəzər dənizində su səviyyəsinin dəyişməsinə dair etibarlı ssenariləri hesablamaq mümkün olacaq", - deyə Vladimir Putin qeyd edib.
Dövlət başçısı əlavə edib ki, sözügedən modeldən gəmiçiliyin təhlükəsizliyini artırmaq, həmçinin naviqasiya marşrutlarını dəqiqləşdirmək və onlara düzəlişlər etmək üçün də istifadə oluna bilər. Prezident Müstəqil Dövlətlər Birliyinə üzv olan ölkələri də bu təşəbbüsə qoşulmağa dəvət edib.
Baxış sayı:115
Bu xəbər 09 Oktyabr 2026 15:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















