Icma.az
close
up
RU
Putin: Xəzərin dayazlaşması ilə bağlı məsələ Prezident İlham Əliyev tərəfindən qaldırılıb

Putin: Xəzərin dayazlaşması ilə bağlı məsələ Prezident İlham Əliyev tərəfindən qaldırılıb

Baku.ws portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İyunun 18-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ənənəvi Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində beynəlxalq informasiya agentliklərinin rəhbərləri ilə görüşüb və onların suallarını cavablandırıb.

BAKU.WS xəbər verir ki, TASS tərəfindən təşkil olunan görüşdə 13 ölkənin informasiya agentliklərinin rəhbərləri, o cümlədən AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev iştirak edib.

AZƏRTAC-ın İdarə Heyəti sədrinin Xəzərin dayazlaşması ilə bağlı sualını cavablandıran Prezident Vladimir Putin qeyd edib ki, Rusiya və Azərbaycan hökumətləri bu problemin həlli üzrə birgə iş aparır.

Rusiya dövlətinin başçısı deyib: "Xəzərin dayazlaşması ilə bağlı məsələ Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qaldırılıb və mən dərhal onu dəstəkləmişəm. Çünki sözsüz ki, problem çox böyük, hətta deyərdim, qlobal xarakter daşıyır. Aral dənizi və digərləri ilə bağlı faciəvi nümunələr bizə məlumdur. Vaxtında razılaşdırılmış tədbirlər görülməlidir. Hökumətə lazımi tapşırıqlar verilib. Bilirəm ki, Rusiya Hökuməti Azərbaycan Hökuməti ilə birlikdə bu istiqamətdə çalışır və variantlar axtarılır. Burada başlıcası odur ki, heç bir sıçrayışsız, israrla, amma daimi əsasda fəaliyyət göstərək".

Vladimir Putin vurğulayıb ki, Xəzərdə suyun səviyyəsinin azalmasının səbəblərini axtarmaq və geridönməz proseslərin qarşısını almaq üçün bütün tədbirləri görmək lazımdır.

İki ölkə arasında iqtisadi əməkdaşlığa toxunan Rusiya Prezidenti bildirib ki, keçən il Rusiya ilə Azərbaycan arasında əmtəə dövriyyəsi 7 faiz artıb və bu, yaxşı göstəricidir.

"Bizim Şimal-Cənub və bir neçə digər mühüm istiqamət - logistika, istehsal sahəsi, gəmiqayırma üzrə yaxşı layihələrimiz var. Biz Bakı gəmiqayırma zavoduna sifarişlərimizi artırmağa hazırıq. Orada yaxşı perspektivləri olan çoxlu layihələr var. Ümidvaram ki, biz bunların hamısını həyata keçirəcəyik", - Rusiya dövlətinin başçısı vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:137
embedMənbə:https://baku.ws
archiveBu xəbər 19 İyun 2025 07:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see170

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see158

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see156

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see156

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see147

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see142

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see138

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see134

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see133

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see133

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see133

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see133

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see132

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see131

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see128

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri