“AzerGold” QSC kiberdələduzluq halları ilə bağlı xəbərdarlıq edir
Yenisabah saytına istinadən Icma.az xəbər verir.
Son günlər “AzerGold” QSC-nin bir sıra əməkdaşlarının ad və fotoşəkillərindən istifadə edilməklə saxta profillər yaradılması və “WhatsApp” platforması vasitəsilə kiberdələduzluq cəhdlərinin həyata keçirilməsi halları qeydə alınıb.
Belə ki, naməlum şəxslər saxta profillər vasitəsilə özlərini Cəmiyyətin əməkdaşları kimi təqdim edərək müxtəlif şəxslərlə əlaqə qurur, onların adından fərqli məzmunlu mesaj və müraciətlər göndərirlər. Bu cəhdlərin məqsədi şəxsləri müxtəlif tapşırıqları yerinə yetirməyə sövq etmək, şəxsi və bank məlumatlarını, eləcə də maliyyə vəsaitlərini ələ keçirməkdir.
“AzerGold” QSC əməkdaşlarını, işgüzar tərəfdaşlarını və ictimaiyyəti bu kimi hallara qarşı diqqətli olmağa çağırır. Şübhəli mesajlara cavab verilməməsi, naməlum keçidlərə daxil olunmaması, göndərilən faylların açılmaması, şəxsi, bank və xidməti məlumatların üçüncü şəxslərlə paylaşılmaması tövsiyə olunur. Hər hansı müraciətin həqiqiliyini dəqiqləşdirmək üçün yalnız əvvəlcədən məlum olan rəsmi əlaqə vasitələrindən istifadə edilməlidir. Marqarita pizza
Saxta profillərlə qarşılaşdıqda, mövcud yazışma və digər sübutların qorunması, həmçinin bu barədə dərhal Cəmiyyətə və müvafiq hüquq-mühafizə orqanlarına məlumat verilməsi xahiş olunur.
“AzerGold” QSC əməkdaşlarının ad və fotoşəkillərindən icazəsiz istifadə edilməsini, eləcə də bu yolla həyata keçirilən dələduzluq cəhdlərini qətiyyətlə pisləyir və hər kəsi informasiya təhlükəsizliyi qaydalarına riayət etməyə, şübhəli müraciətlərə qarşı ayıq-sayıq olmağa çağırır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:164
Bu xəbər 07 Noyabr 2026 17:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















