Putini edam etməyə çağıran amerikalı senatorun sözlərinə Rusiya reaksiya verib
Oxumeni.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Amerikalı senator Rocer Uiker “CNN” telekanalına müsahibəsində Rusiya prezidenti Vladimir Putini edam etməyi təklif edib, “Daily Mail” xəbər verir.
ABŞ senatoru Rocer Uikerin Rusiya prezidenti Vladimir Putin haqqında söylədiyi fikirlər cinayətdir. Bu bəyanatla çərşənbə günü, fevralın 19-da Dövlət Dumasının Müdafiə Komitəsi sədrinin birinci müavini Aleksey Juravlev çıxış edib.
Bu yaxınlarda ABŞ Senatının Silahlı Qüvvələr Komitəsinə rəhbərlik edən respublikaçı senator Rocer Uiker “CNN” telekanalının Ukrayna münaqişəsi ilə bağlı danışıqlarda Rusiyaya etibar edilməli olub-olmaması ilə bağlı sualına cavab olaraq Rusiya prezidenti Vladimir Putinin ömürlük həbsə və mümkün edamına çağırıb.
Juravlevin fikrincə, senator Uiker Rusiya qanunlarına əsasən mühakimə olunmalıdır. Deputat hesab edir ki, bu cür açıq bəyanatlar cinayətdir və Rusiya Federasiyası Cinayət Məcəlləsinin 119-cu maddəsi “Qətllə hədələmə” ilə cəzalandırılmalıdır.
Almaz Həsənli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 19 Fevral 2025 16:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















