Icma.az
close
up
RU
Putini hərbi üsyanla hədələyən veteran həbs olunub

Putini hərbi üsyanla hədələyən veteran həbs olunub

Icma.az, Ayna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ukrayna müharibəsi veteranı Aleksandr Lunin 11 günlük həbs edilib

Rusiya Prezidenti Vladimir Putinə hərbi üsyan barədə video mesaj göndərən Ukrayna müharibəsi veteranı Aleksandr Lunin 11 günlük həbs edilib. AYNA.AZ xəbər verir ki, bu barədə onun “Telegram” kanalında "ailənin yaxşı dostu" olduğunu iddia edən bir administrator məlumat paylaşıb.

Məlumata görə, Luninin həyat yoldaşı Tatyana onun "inzibati məsuliyyətə cəlb edildiyini və 11 gün müddətinə həbs olunduğunu" bildirib. Ona qarşı irəli sürülən ittihamlar dəqiqləşdirilməyib.

Daha əvvəl Luninin həyat yoldaşı 27 iyun gecəsi Voronej vilayətinin Lizinovka kəndindəki evlərində axtarış aparıldığını bildirən bir video çəkib. Onun sözlərinə görə, polis kompüter avadanlığı, fləş-disklər, noutbuklar və digər əşyaları müsadirə edib. Luninin özü evdə olmayıb: o bir gün əvvəl Moskvaya gedib və sonra əlaqə kəsilib. Daha sonra həyat yoldaşı videonu silib və sonra “Vkontakte”də onun "sağ və salamat" olduğunu yazıb, başqa şərh verməyib.

39 yaşlı Lunin iyunun 25-də Putinə mesaj göndərərək komandanlığın əsgərlərə qarşı "axmaq intihar" əmrlərini yerinə yetirməkdən və pullarını təhvil verməkdən imtina etdiklərinə görə işgəncə və zorakılıq tətbiq etdiyini deyib. Lunin xəbərdarlıq edib ki, əgər Prezident onunla görüşməsə və televiziyada görünməsinə icazə verilməsə, "ordu silahlarını Kremlə qarşı çevirəcək". Video 24 saat ərzində 12 milyon baxış toplayıb. Növbəti gün Kremldən video mesajdan xəbərdar olduqlarını, lakin "onu nəzərdən keçirməyə vaxtın olmadığını" bəyan edib.

Lunin daha sonra deyib ki, o çevrilişə çağırış etmir, sadəcə adı açıqlanmayan Müdafiə Nazirliyi və təhlükəsizlik rəsmilərinin xahişi ilə cəbhədəki hadisələr barədə Putinə məlumat ötürməyə çalışır. O həmçinin Moskvaya getdiyini və orada "problemləri dilə gətirmək" üçün dəvət olunduğunu bildirib. Əsgər ictimai və mədəniyyət xadimlərinə qarşı çoxsaylı tənqidləri ilə tanınan Kreml tərəfdarı olan fəal Vitali Borodin ilə görüşməyi planlaşdırırdı.

2023-cü ilə qədər Pustovalov soyadı ilə yaşayan Lunin əvvəllər “Sudoplatov” könüllü batalyonunda atıcı, daha sonra isə kəşfiyyat komandiri kimi xidmət edib. BBC-nin məlumatına görə, bu bölmə 2022-ci ilin dekabrında ələ keçirilən Melitopolun hərbi-mülki administrasiyası tərəfindən yaradılıb. Lunin həmçinin Kursk bölgəsində xidmət etdiyini və beyin silkələnməsi keçirdiyini bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:238
embedMənbə:https://ayna.az
archiveBu xəbər 28 İyun 2026 16:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see292

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see284

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see283

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see268

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see265

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see260

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see259

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see239

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see230

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see221

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see212

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see209

Türkiyəli aktyor ev sahibi ilə məhkəməni uddu Kirayə qalmaqalı

14 Noyabr 2026 22:18see209

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see208

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see208

Kayli Cennerin keçmiş işçisi məhkəməyə müraciət etdi Ağır ittihamlar

14 Noyabr 2026 23:23see206

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see203

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see198

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see194

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri