Icma.az
close
up
RU
Putini Tehranda sürpriz gözləyir: İran bu məlumatları təkzib edir

Putini Tehranda sürpriz gözləyir: İran bu məlumatları təkzib edir

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Rusiya prezidenti Vladimir Putinin yaxın zamanda İrana səfəri gözlənir. İki ölkə arasında münasibətlər hazırda strateji tərəfdaşlıq səviyyəsinə çatıb.

Rusiya-ABŞ qarşıdurmasının artması, Rusiyanın Yaxın Şərq regionuna olan geosiyasi maraqları fonunda bu yaxınlaşma diqqət çəkir.

Sözügedən tərəfdaşlıq regiona nə vəd edir?

Globalinfo.az-a açıqlamasında Orta Doğu Araşdırmalar Mərkəzinin sədri, politoloq Sədrəddin Soltan bildirib ki, Rusiya və İran arasında strateji tərəfdaşlığa dair 47 maddədən ibarət bir müqavilə imzalanıb və bu sənəd artıq hər iki ölkənin parlamenti tərəfindən ratifikasiya olunub:

“Bu sənəddə tərəflər hərbi sahədə əməkdaşlıq edəcəklərini vurğulayırlar. Hazırda Rusiyanın İranın hərbi texnikası və avadanlığına ciddi ehtiyacı var. Rusiya Prezidentinin İrana səfəri zamanı Tehranla Kreml arasında hərbi yardım sahəsində əlavə razılaşmaların əldə olunması istisna deyil. Çünki Tehran Ukraynadakı müharibədə Rusiyaya dron və raketlər göndərməklə kifayətlənir. Bu barədə məlumatlar yayılsa da, İran həmin xəbərləri təkzib edir. Digər tərəfdən, Rusiya ABŞ və İran arasında müəyyən məsələlərdə vasitəçi rolunu oynaya bilər. Xüsusilə İranın nüvə proqramı ilə bağlı Moskva Tehrana Vaşinqtonla anlaşma üçün dəstək verə bilər. Çünki 1995-ci ildən sonra Rusiya İranın yarımçıq qalmış Atom Elektrik Stansiyasının tikintisinə maliyyə ayırıb. Həmçinin, iranlı atom fizikləri təhsillərini Rusiyanın Atom Fizikası İnstitutlarında davam etdiriblər. 1990-cı illərin sonlarında isə bu sahədə fəaliyyət göstərən Rusiya institutlarına sanksiyalar tətbiq olunmuşdu. Həmin vaxt Kreml iranlı tələbələri deportasiya etdi. Sözügedən sanksiyalar bu günədək qüvvədə qalır”.


Sədrəddin Soltan

Politoloqun fikrincə, Rusiyanın Yaxın Şərqdəki mövqelərinin güclənməsi Ukrayna müharibəsindən sonra mümkün ola bilər:

“Hazırkı şəraitdə bu real görünmür. Çünki ərəb ölkələri ABŞ-la təhlükəsizlik sahəsində iri müqavilələr imzalayaraq onu bölgəyə cəlb edirlər. Rusiya ilə İran arasında yaxınlaşma isə daha çox hər iki ölkənin Qərbin sanksiya və təzyiqlərindən qorunmağa çalışması ilə izah olunur. Rusiya uzun müddətdir Suriyadakı hərbi bazası ilə bağlı yeni hakimiyyətlə razılığa gələ bilmir. Prezident Vladimir Putinlə Əhməd Əş-Şaara arasında baş tutan telefon danışığında da razılaşma əldə olunmadığına dair məlumatlar yayılıb. Bildirilir ki, Əhməd Əş-Şaara Putindən keçmiş prezident Bəşər Əsədi təhvil verməsini tələb edib, lakin Putin bu tələbi yerinə yetirməyib. Nəticədə Suriyada Rusiyaya etimadın olmaması fonunda Moskva regiondakı əsas dayağını – Suriyanı itirmək riski ilə üzləşib.

Putinin Tehrana səfəri isə İran-Rusiya münasibətlərinin genişlənməsi fonunda baş tutur. Ola bilər ki, bu səfər həm də Cənubi Qafqazdakı hadisələrə müəyyən təsir göstərsin”.

Safura Bənnayeva
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 05 İyun 2025 18:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri