Icma.az
close
up
RU
Putinin 9 Mayda “əsas qonağı” məlum oldu Dünya yeni ittifaqdan narahat olmalıdır?

Putinin 9 Mayda “əsas qonağı” məlum oldu Dünya yeni ittifaqdan narahat olmalıdır?

Icma.az, Turkstan.az saytına istinadən bildirir.

“Rusiya Prezidenti Vladimir Putin aprelin 1-də Moskvada Çinin xarici işlər naziri Van Yini qəbulunda iki ölkə arasındakı strateji tərəfdaşlığın artmasından məmnunluqla danışıb. Putinin sözlərinə görə, Çin lideri Si Cinpin Moskvada Böyük Vətən müharibəsinin tamamlanmasının 80 illiyi ilə bağlı tədribdə onun əsas qonağı olacaq”.
Bu barədə Musavat.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
Politoloq qeyd edir ki, “əsas qonaq” ifadəsi o deməkdir ki, Si Cinpin protokol görüşlərdə və paradda Vladimir Putinin yanında dayanacaq:
“Van Yi Moskvaya səfəri zamanı əvvəlcə rusiyalı həmkarı Sergey Lavrovla görüşüb. Bundan sonra Van Yi Vladimir Putinlə təkbətək görüş keçirib. Böyük ehtimalla bu görüşdə Rusiya Prezidenti ölkəsinin ABŞ-la apardığı danışıqlar barədə Van Yini məlumatlandırıb. Putin bunu ona görə edib ki, Pekinin Moskva-Vaşinqton danışıqlarıyla bağlı narahatlığı olmasın. Çünki. ABŞ Prezidenti Donald Tramp və onun administrasiyasının üzvləri Rusiya-Çin ittifaqını zəiflətmək istəklərini gizlətmirlər.
Putin üçün Si Cinpinin mayın 9-da Moskvaya səfəri həm də ona görə əhəmiyyətlidir ki, Rusiya paytaxtında faşist Almaniyası ilə yanaşı militarist Yaponiya üzərində qələbənin də 80 illiyi qeyd olunacaq. Bununla Putin vurğulamaq istəyəcək ki, ümumi düşmənlər üzərində qələbədə Çinin də payı olub. Halbuki, həmin dövrdə Çin parçalanmış halda idi, ölkənin bir hissəsi Yaponiya işğalı altında, digər ərazisində isə Mas Tsedunun rəhbərlik etdiyi kommunistlərlə Çan Kayşinin qüvvələri arasında toqquşmalar qeydə alınırdı. Müxtəlif hesablamalara görə, Çin İkinci Dünya müharibəsində 35 milyona yaxın vətəndaşını itirib. Bu keçmiş SSRİ-nin itkilərindən də çoxdur.
Van Yi Putinlə görüşdə “bizim əməkdaşlığımız üçüncü ölkələrə qarşı yönəlməyib” ifadəsini səsləndirib. Rusiya Prezidenti də bu ifadəni tez-tez təkrarlayır. Bu cümlə ABŞ-a ünvanlansa da, Çinin qonşuları deyilənlərin reallığa uyğun olmadığını düşünürlər. Misal üçün Çinlə Rusiya arasında Yaponiya sahillərinə yaxın sularda tez-tez birgə hərbi təlimlər keçirilir. Bu hərbi təlimləri Tokio Yaponiyaya qarşı əzələ nümayişi kimi qiymətləndirir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 02 Aprel 2025 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see326

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see317

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see309

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see307

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see301

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see268

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see266

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see247

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see243

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see240

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see233

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see232

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see230

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see210

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see209

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see204

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see182

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri