Icma.az
close
up
RU
Putinin bu hərəkəti İlham Əliyev tərəfindən dəyərləndirilə bilər AÇIQLAMA

Putinin bu hərəkəti İlham Əliyev tərəfindən dəyərləndirilə bilər AÇIQLAMA

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Çində baş tutan Şanxay Əməkdaşlıq Təşkilatının Dövlət Başçıları Şurasının 25-ci Zirvə toplantısında Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında söhbətin baş tutmaması gündəmin əsas aktual məsələlərindən biridir.

Mövzu ilə bağlı Redaktor.az-a danışan siyasi şərhçi Çingiz Şahbazi bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin Çinə səfəri və səfər çərçivəsində keçirdiyi görüşlər, verdiyi mesajlar, şübhəsiz, dünya mediasında ən xırda detallarına qədər müzakirə edilməkdədir:

"Bu, Azərbaycanın və xüsusilə də Prezident İlham Əliyevin Azərbaycanın hüdudlarından kənarda da oynadığı rolunun göstəricisidir. Prezident İlham Əliyevin bütün səfərlərində olduğu kimi ŞƏT çərçivəsində keçirdiyi görüşləri də böyük marağa səbəb oldu. Onun qarşılanma törəni, dünya mətbuatında xüsusi olaraq bəzi dövlət başçılarının qarşılanma mərasimi ilə müqayisə olundu və müzakirələrə səbəb oldu. Xüsusilə də Qarabağın azad edilməsindən sonra qalib xalqın prezidenti kimi iştirak etdiyi bütün siyasi və iqtisadi platformalarda rəsmi, qeyri-rəsmi olaraq toplantılarda Azərbaycan Prezidenti İlham Əliyevə xüsusi diqqət yetirilir. Bu ənənə Çində Şanxay Əməkdaşlıq Təşkilatının toplantısı çərçivəsində də öz əksini tapdı".

Müsahibimiz qeyd etdi ki, ŞƏT çərçivəsində İlham Əliyevin keçirdiyi görüşlər, verdiyi mesajlar dünya mediasında maraqla qarşılanıb:

"Xüsusilə də Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında görüşün baş tutub-tutmaması ilə bağlı daha çox analitik müzakirələrə səbəb olub. Bildiyimiz kimi, Rusiya və Azərbaycan arasında baş verən məlum hadisələrdən sonra, münasibətlərin kəskin şəkildə gərginləşməsi fonunda iki lider arasında da soyuqluq mövcuddur. Bu səbəbdən Çində iki lider arasında münasibətlərin yenidən qurulması üçün görüşün vacibliyi Rusiya Prezidentinin sözçüsü Peskovun açıqlamasından dolayı gözlənilirdi. Amma bu, baş verməyib və sadəcə olaraq Pekində keçirilən paradda iştirak etmək üçün liderlərin bir yerə toplaşdığı məkanda Putin gələrək İlham Əliyev və xanımı ilə əl uzadaraq görüşüb. Bu da siyasi xarakter daşıyır və Putinin bu hərəkəti Azərbaycan Prezidenti tərəfindən dəyərləndirilə bilər".

Onun fikrincə, münasibətlərin bu həddə çatmasında həmçinin liderlərin şəxsi liderlik keyfiyyətləri də öz sözünü deyir:

"İlham Əliyevin bu istiqamətdə olan haqlı duruşu da öz təsirini göstərib. Putinin Pekində yaxınlaşaraq əl uzadaraq görüşməsi də İlham Əliyevə qarşı jest olaraq hesab etmək olar və hesab edirəm ki, yaxın gələcəkdə buzlar əriyəcək, iki ölkə lideri arasında münasibətlərin yenidən qurulması istiqamətində addımlar atılacaq".

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:206
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 03 Sentyabr 2025 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri