Icma.az
close
up
RU
Putinin fiziki məhv planı işə salınıb? Helikopter insidentinin şok pərdəarxası

Putinin fiziki məhv planı işə salınıb? Helikopter insidentinin şok pərdəarxası

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Ukrayna Silahlı Qüvvələri Rusiya Prezidenti Vladimir Putinin helikopterini hədəf alıb. Sözügedən hadisə zamanı helikopter Kursk vilayəti üzərində olub və iddialar görə, PUA hücumu nəticəsində Putin vurula bilərmiş. Bütün bunlar müəyyən sualların yaranmasına səbəb olur.

Birincisi, ölkə başçısının helikopteri daxili uçuşlar zamanı mühafizə edilmir? İkincisi, bu, təsadüf olub, yoxsa, bilincli şəkildə həyata keçirilib? Üçüncüsü, bu xəbəri Rusiya tərəfi bilərəkdən yayıb, hansısa məqsəd daşıya bilərmi? Nəhayət, Putinin helikopteri, təyyarəsi gerçəkdən Ukrayna tərəfdən vurula bilərmi?

Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin Kurska səfəri zamanı Ukrayna tərəfindən onun helikopteri hədəf alınıb, lakin helikopterin vurulması mümkün olmayıb:

“Savaş şəraitində bu cür hadisələrin baş verməsi mümkündür və qeyri-adi hal sayılmır. Nəzərə alsaq ki, Rusiya artıq 3 ildən çoxdur Ukraynaya qarşı işğalçı müharibə aparır, Ukrayna da özünü müdafiə hüququ çərçivəsində legitim saydığı hədəfləri vurmaq hüququnu özündə saxlayır. Vladimir Putinin helikopteri və onun hərəkət etdiyi bütün marşrutlar ciddi şəkildə mühafizə olunur. O, Rusiyada ən yüksək səviyyədə qorunan şəxsdir və təhlükəsizliyi çox ciddi təmin edilir.
Bu hadisənin təsadüfən, yoxsa qəsdən həyata keçirildiyini söyləmək çətindir. Əgər hücum Ukrayna tərəfindən qəsdən edilibsə, deməli, bu, Rusiyaya bir mesajdır – “sizin ən yüksək səviyyədə qorunan obyektinizi belə hədəf ala bilirik və bu imkana malikik”.

Oqtay Qasımov

Əgər bu məlumat Rusiya tərəfindən yayılıbsa, bunun da müəyyən səbəbləri ola bilər. Kreml son zamanlar özünə qarşı artan təzyiqlərə cavab vermək istəyir. Xüsusilə Tramp-Putin danışıqlarından sonra Rusiya Ukraynanın ərazilərini, xüsusilə də Kiyevi, dron və raket zərbələrinə məruz qoyub. Bu isə beynəlxalq aləmdə ciddi etirazlara səbəb olub. Belə bir məlumatın yayılması ilə Kreml dünyaya mesaj vermək istəyir: “Ukrayna bizim prezidentimizi hədəf alır, biz də onların paytaxtını vururuq”. Bu yolla Rusiya öz hücumlarına bəraət qazandırmağa çalışır.

Tərəflər arasında münaqişənin pik həddə çatdığını nəzərə alsaq, Vladimir Putinin birbaşa hədəf alınıb-alınmaması ilə bağlı qərar rəsmi Kiyevin əlindədir. Ukraynanın belə bir addım atması mümkündür, lakin bu, beynəlxalq səviyyədə ciddi eskalasiyaya və etirazlara səbəb ola bilər. Bu da Ukraynanın maraqlarına uyğun deyil və ona fayda gətirməz. Hətta Rusiya nüvə silahını da işə sala bilər”.

Safura Bənnayeva
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:92
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 26 May 2025 14:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri