Icma.az
close
up
RU
Putinin gizli məhəbbəti: Xanım gimnastin gözlənilməz QAYIDIŞI

Putinin gizli məhəbbəti: Xanım gimnastin gözlənilməz QAYIDIŞI

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Keçmiş rusiyalı olimpiya gimnastı Alina Kabayevanın son dövrlərdə Rusiyada aktivliyi diqqət çəkib. 

Modern.az-ın məlumatına görə, bir çox müstəqil mətbuatda Rusiya Prezidenti Vladimir Putinin “gizli eşqi”, hətta gizli həyat yoldaşı kimi təqdim edilən Kabayeva son aylarda yaratdığı gimnastika klubunun reklamı ilə gündəmə gəlib.

Kabayeva Qərbin sanksiya siyahılarındadır. Onun yaratdığı “Sky Grace” gimnastika klubunun idmançıları ötən il Rusiyanın Kazan şəhərində keçirilən BRİKS Oyunlarında Rusiya komandasından ayrı, özlərinə məxsus bayraqla iştirak ediblər.

Cəmi iki il əvvəl qurulan klubun bu qədər sürətlə yüksəlişi mətbuatın diqqətindən qaçmayıb.

Olimpiyadada qazanılan uğurlar və dünya çempionluqları ilə məşhur olan Kabayeva son dövrlər Putinlə bağlı iddiaların mərkəzindədir. Mətbuatda onun Putinin uşaqlarının anası olduğu, cütlüyün iki oğlunun olduğu barədə xəbərlər yayılıb.

ABŞ, Böyük Britaniya və Avropa İttifaqı 2022-ci ildə Kabayevaya Putinlə "yaxın əlaqələri" səbəbindən sanksiya tətbiq edib. Britaniya Xarici İşlər Nazirliyinin qərarında Kabayeva ilə Putinin “yaxın şəxsi münasibətləri” olduğu qeyd olunub.

Putin heç vaxt Kabayeva ilə əlaqəni etiraf etməyib. 2008-ci ildə gimnastla gözlənilən toy şayiələrini şərh edərkən, o, "erotik fantaziyaları ilə başqasının həyatına qarışanlara həmişə pis münasibət göstərdiyini" söyləyib. 2015-ci ildə mətbuatda Kabayeva və Putinin uşaqlarının olması barədə xəbərlər çıxanda Kreml bunu təkzib edib.

Rusiyada Putinin şəxsi həyatı barədə danışmaq böyük tabudur. Onun qızları olduğu bildirilən Mariya Vorontsova və Katerina Tixonova yüksək gəlir gətirən səhiyyə şirkətinə və Moskva Dövlət Universitetindəki 1,7 milyard dollarlıq inkişaf layihəsinə rəhbərlik edirlər. Putinin əmisi oğlu Yevgeni Putinin psixiatr qızı Anna Tsivilyeva isə Müdafiə Nazirinin müavini vəzifəsinə qədər yüksəlib.

Putin və adı çəkilən qadınlar arasında rəsmi şəkildə heç vaxt ailə əlaqəsi təsdiqlənməyib. Lakin onların hamısı sanksiyalara məruz qalıb və adi rusların çata bilmədiyi imtiyazlar, böyük maliyyə resursları və sürətli karyera yüksəlişi imkanlarına sahibdirlər.

Bu baxımdan, 2015-ci ildə Kabayevanın Vladimir Putinin övladını dünyaya gətirdiyinə dair xəbərlərin açıq şəkildə təkzib edilməsi də təəccüblü deyil.

Putin bu əlaqələri inkar etsə də, Kabayeva Rusiya elitası arasında sürətli karyera yüksəlişi ilə diqqət çəkir. O, 7 il parlamentdə çalışıb və daha sonra Putinin müttəfiqi Yuri Kovalçukun media qrupuna rəhbərlik edib.

Kabayeva 2022-ci ildə "Sky Grace" adlı beynəlxalq gimnastika klubunu qurub və bu klub Rusiyanın idman ictimaiyyəti arasında unikal status qazanıb. Klub öz qaydalarını təyin edir və beynəlxalq turnirlər təşkil edir. Klubun "Qazprom" tərəfindən dəstəklənməsi və geniş imkanlara malik olması onun xüsusi statusunu təsdiqləyir. 

"Sky Grace" Putinin təşviqi ilə Qara dəniz sahilində, Soçidə yerləşən Sirius Təhsil Mərkəzində fəaliyyət göstərir. 2023-cü ilin mart ayında Rusiya enerji nəhəngi “Qazprom” tərəfindən kluba dəyəri 2,4 milyon dollar olan bina hədiyyə edilib.

Kabayeva artıq ictimaiyyət arasında daha çox görünməyə başlayıb. Onun gimnastika tədbirləri, sosial media fəaliyyəti və yeni turnirləri geniş diqqət çəkir. Ekspertlər bu dəyişiklikləri Ukrayna müharibəsi və sanksiyalar fonunda qiymətləndirirlər.

Kabayeva öz akademiyasını inkişaf etdirmək və beynəlxalq turnirlər təşkil etməkdə davam edir. Noyabr ayında Qətərdə keçirilən böyük turnir buna nümunədir. Bu turnir Rusiya mediasında geniş şəkildə işıqlandırıb və əsas idman kanalları tədbiri canlı yayımlayıb.

Kabayeva tərəfindən təşkil edilən gimnastika tədbirlərini izləyən və adının açıqlanmasını istəməyən bir jurnalist BBC-yə bildirib ki, “Sky Grace" öz qaydalarına uyğun hərəkət edən, ayrıca bir idman sahəsi kimi fəaliyyət göstərir" "Turnirlərini bu qaydalar əsasında keçirir və mükafatları da bu idman növünə uyğun olaraq təqdim edir. Başqa sözlə, Kabayeva sadəcə gimnastika ilə məşğul olmaqla qalmayıb, həm də öz təsis sənədləri ilə mövcud olan paralel bir idman növü icad edib.”

Bundan əlavə, Kabayevanın tələbələri ötən il müxtəlif tədbirlərdə iştirak etmək üçün Avropaya səfər ediblər. Müharibəyə görə Rusiya beynəlxalq təşkilatlarda yalnız neytral statusda iştirak edə bildiyi halda, ilk dəfə belə bir səfər baş tutub. Digər Rusiya klublarının heç bir gimnastı bu imkandan yararlana bilməyib.

Qərbdə sanksiyalara məruz qalan Kabayeva qəfil əvvəllər rəhbəri olduğu "Kovalçuk" şirkətinin fəaliyyəti başda olmaqla, yenidən Rusiya mediasında aktiv görünməyə başlayıb.

"Sky Grace" sosial mediada getdikcə daha aktivlışib. Klubun teleqram kanalında Kabayevanın təlimatları ilə məşq edən tələbələrin, məşhur məşqçinin guya kameradan xəbərsiz olduğu anlarda çəkilmiş onlarla videosu var. Lakin yuxarıdakı sözügedən idman jurnalisti Kabayevanın kameralar qarşısına çıxmaq üçün son dərəcə dəqiqliklə hazırlandığını və onun çəkildiyini bilməməsinin mümkün olmadığını vurğulayıb.

Kabayevanın heç bir foto və ya videosunun onun icazəsi olmadan internetdə yayımlanmadığını iddia edən jurnalist deyir: “Kimsə gizlicə səmimi bir görüntü çəkib bunu yayımlaya bilməz. Alina, istifadə edilən kameranın bucağından tutmuş işıqlandırmaya, hətta makiyajında düzəlişlərə ehtiyac olub-olmamasına qədər hər şeyi şəxsən təsdiq edir.”

Bəs nə üçün o, qəfil qərarla kölgədən çıxmağa və media yasağını aradan qaldırmağa qərar verib? Bunun dəqiq səbəbini söyləmək mümkün deyil, lakin Kabayevanın yenidən ictimaiyyətin diqqətini çəkməsi Ukraynadakı müharibə və sanksiyaların tətbiq edilməsi ilə eyni vaxta təsadüf edir.

Eyni zamanda, Putinin qızları olduğu iddia edilən Mariya Vorontsova və Katerina Tixonova da uzun müddət sonra aktivləşiblər, onlar ötən il Sankt-Peterburq İqtisadiyyat və İnvestisiya Forumunda görünüblər. Müharibə başladıqdan sonra bu tədbir xarici qonaqlar üçün cəlbediciliyini itirsə də, hələ də Putinin prezident hakimiyyətinin bir vitrini və potensial maraq dairələri üçün cəzbedici bir mərkəz olaraq qalır.

Gizlilik artıq nə məqsədəuyğun, nə mümkün, nə də bəlkə də arzuolunan deyil. Kabayeva və Putinin yaxın çevrəsinə aid olduğu iddia edilən digər şəxslərin ehtimal ki, şəxsi ambisiyaları var. Rusiya dövlət başçısına yaxınlıqları isə qaçılmaz olaraq bu cür ambisiyalara sahib digər şəxslərin də diqqətini çəkəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:155
embedMənbə:https://modern.az
archiveBu xəbər 29 Yanvar 2025 09:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see267

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see220

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see218

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see202

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see135

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see131

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see131

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see129

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see129

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see128

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri