Putinin iddiası səs küy yaratdı: Ukraynanın ehtiyatları həqiqətən tükənir? ŞƏRH
Icma.az, Turkstan.az saytına istinadən bildirir.
Rusiya–Ukrayna müharibəsi fonunda beynəlxalq arenada ziddiyyətli mesajlar səslənməkdə davam edir. Rusiya Prezidenti Vladimir Putin Ukraynanın hərbi və iqtisadi ehtiyatlarının tükəndiyini iddia edərək, ilin sonuna qədər Rusiyanın cəbhədə daha çox uğur qazanacağını və yeni ərazilərin nəzarətə götürüləcəyini bildirib.
Putin eyni zamanda Ukraynanın hazırda sülh danışıqlarına hazır olmadığını vurğulayıb. Digər tərəfdən, ABŞ lideri Donald Tramp Ukraynanı sülhlə bağlı tez bir zamanda qərar verməyə çağıraraq, əks halda Rusiyanın mövqeyinin daha da sərtləşə biləcəyi barədə xəbərdarlıq edib.
Maraqlıdır, Putinin açıqlamaları nə dərəcədə reallığı əks etdirir? Ukraynanın ehtiyatları həqiqətən tükənirmi? Turkustan.az olaraq bu sualları politoloq Tural İsmayılova ünvanladıq.
Tural İsmayılov
Putinin Ukraynanın ehtiyatlarının tükəndiyi və Rusiya tərəfinin ilin sonuna qədər ciddi uğurlar qazanacağı barədə açıqlaması reallığı əks etdirmir. Faktlar göstərir ki, Ukrayna döyüş qabiliyyətini qoruyur, həm yerli ehtiyatları, həm də beynəlxalq dəstəyi aktiv şəkildə istifadə edir. ABŞ və Avropa ölkələrinin hərbi yardımları Ukraynanın mövqelərini gücləndirir, strateji və texniki imkanlarını artırır.
Rusiya isə uzun müddət davam edən əməliyyatlarda ciddi itkilər verir, həm personal, həm texnika baxımından çatışmazlıq yaşayır. Putinin açıqlaması daxildə propagandaya və xarici auditoriyanı təsirləndirməyə hesablanmış manipulyativ mesajdır. Reallıqda Ukrayna müqaviməti hələ də güclüdür, Rusiya isə planlaşdırdığı sürətli və qəti üstünlüyü qazana bilmir.
Bu baxımdan, Putinin iddiaları yalançıdır və faktlarla uzlaşmır. Beynəlxalq ictimaiyyətin diqqəti də bunu göstərir: Ukraynanın döyüş qabiliyyəti hələ tam şəkildə tükənməyib və Moskvanın proqnozlaşdırdığı “qısa müddətdə qalibiyyət” mümkün görünmür.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 20 Dekabr 2025 12:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















