Qızın adam vurub, pul ver deyə ananı aldatmışdılar CƏZA İSTƏNİLDİ
Lent az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq əməli törətməkdə təqsirləndirilən Məmmədov Ruslan, Əliyev Emin, Hadıyev Rahid, Əliyev Fazilin cinayət işi üzrə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı çıxış edərək, təqsirləndirilən şəxslərə cəza istəyib.
Lent.az xəbər verir ki, hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən məhkəmədə dövlət ittihamçısı məhkəmədən Ruslan Məmmədov və Emin Əliyevin hər birinin 6 il 6 ay, Rahid Hadıyev və Fazil Əliyevin isə hər birinin 7 il, 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
İstintaqla müəyyən edilib ki, Ruslan Məmmədov tamah niyyəti və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışları Əliyev Emin, Hadıyev Rahid, Əliyev Fazil, şəxsiyyəti istintaqla araşdırılan "Telegram" sosial şəbəkəsində "Victor Sergo", "Beneficiary" və "B" adı ilə qeydiyyatdan keçmiş şəxs yaxud şəxslər, eləcə də özünü Darina Nikolayevna kimi təqdim edən şəxs və istintaqa məlum olmayan qeyriləri ilə cinayət əlaqəsinə girməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib. Onlar 2024-cü il oktyabrın 11-də Bakı şəhər sakini Zəminə Quliyeva ilə zəng vasitəsilə bir neçə dəfə əlaqə saxlayıblar. Danışıq zamanı onun qızı Roida Rzayevanın guya ağır yol-nəqliyyat hadisəsi törətdiyini, idarə etdiyi avtomobillə vurduğu piyadanın və özünün ağır bədən xəsarətləri alması, həmin fakt üzrə araşdırmanın Darina Nikolayevna tərəfindən aparılması, xəsarət almış piyadanın təcili cərrahi əməliyyatı üçün 15 000 manat lazım olduğunu deyiblər. Cinayətkarlar həmçinin Roida Rzayevaya məxsus içərisində 90 000 manat, 5 000 ABŞ dolları, 1 000 avro nağd pul vəsaiti, ümumi dəyəri 6 000 manat təşkil edən 8 ədəd beş qramlıq, 1 ədəd on qramlıq qızıl külçə olan fərdi parol əsasında kilidlənmiş dəmir seyfi istəməsi ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar verərək, guya həmin dəmir seyfin və kənarda olan nağd pul vəsaitlərinin qızı R. Rzayevaya təcili çatdırılacağı adı ilə yalan vəd verib yaşlı qadını aldadıblar.
Nəticədə Z. Rzayevaya məxsus 1600 manat və 800 ABŞ dollarını əvvəlcədən danışılmış taksi vasitəsilə götürərək ələ keçiriblər. Beləcə, Z. Rzayeva və R. Rzayevaya külli miqdarda maddi ziyan vuraraq dələduzluq ediblər. Faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2. (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb, sözügedən şəxslər cinayət məsuliyyətinə cəlb olunublar.
Baxış sayı:59
Bu xəbər 20 Dekabr 2025 14:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















