Icma.az
close
up
RU
Putinin məqsədi, Ukraynaya yardım edən Avropanı aldatmaqdır

Putinin məqsədi, Ukraynaya yardım edən Avropanı aldatmaqdır

Icma.az, Newscenter.az portalına istinadən məlumat yayır.


Putin Bişkekdə dedi ki, onun Ukraynada döyüşən ordularının Avropaya girmək niyyəti yoxdur və bu haqda o, yazılı zəmanət sənədi də ortaya qoya bilər. Putinin məqsədi, əlbəttə, Ukraynaya yardım edən Avropanı aldatmaqdır. Ona elə gəlir ki, Trampın simasında artıq ABŞ-ı aldadıb qurtarıb. Avropada yaxşı başa düşürlər ki, iştah diş altındadır. Ukraynanı işğal etsə, Rusiya ən azı keçmiş sovet məkanını, ən çoxu Avropanın da yarısını yenidən öz siyasi və iqtisadi orbitinə qaytarmağa ciddi cəhd edəcək. Açıq desək, işğal edəcək.
Aşağıda isə Putinin göz dikdiyi əsas regionlar Cənubi Qafqaz və Türküstandır. Moldovanın, ya Estoniyanın nəyini işğal edəcək?!
Xəbər agentlikləri guya Putinə cavab vermiş Ərdoğanın "ordu göndərə bilərik" sözlərini sitat gətirirlər. Ancaq başa düşmək olmur bunun necə, nə üçün deyildiyini. Deyilibsə, anlaşılmaz deyilib. Deyilməyibsə, ondan da pis.
Çünki Putinin əsas hədəfi türk dövlətlərini işğal etməklə Rusiya daxilindəki labüd parçalanmanın qarşısını almaq və sovet hakimiyyətini yeni sümürgəçi funksionallıqda bərpa etməkdir. Rusiya bu qaçılmaz cəhdi Ukraynada qalib gəlsə də edəcək, məğlub olsa da. Digər tərəfdən məhz bu territoriyalar uğrunda Rusiyanın hərraca qoymağa, daha doğrusu, ABŞ-a və yaxud Çinə peşkəş etməyə çoxlu resursları var. Bu mənada Türk dövlətləri birliyini tarixin ən böyük sınağı gözləyir. Qırğızıstan rəhbəri Cabbarov rezidensiyasının qabağına tələm-tələsik dağ boyda bir reklam şiti tikdirdi ki, ora gələn Putin qarşıdakı Ukrayna səfirliyinin binasını görməsin.Bu səbatla türk birliyi yaratmağın çətinliyini başa düşmək lazımdır. Bu Cabbarovları vahid vertikala düzmədən onlara inanmaq və etibar etmək olmaz. Tarixi zərurət yetişmişkən, Türk birliyi NATO ilə bərabər Ukraynaya hər cür yardım yardım etməlidir ki, Rusiya imperiyası dağılsın. Kənardan dağıtmayınca o duracaq. O dağılmayınca nə Avropanın, nə də bütün dünya türklərinin dincliyi olacaq.
Səfər Alışarlı, siyasi ekspert
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:203
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 29 Noyabr 2025 07:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri