Putinin planları ABŞda müzakirə olundu: Yermak Trampın komandası ilə çıxış yolu axtarır...
Sitat.info portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ukrayna Prezidenti Aparatının rəhbəri Andrey Yerrmak ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın nümayəndələri ilə Rusiya Federasiyasının planlarını pozmaq niyyətindən danışıb.
Sitat.info Ukrayna prezidentinin saytına istinadən xəbər verir ki, Ukrayna Baş nazirinin birinci müavini - İqtisadiyyat naziri Yuliya Sviridenkonun başçılıq etdiyi nümayəndə heyəti Amerika Birləşmiş Ştatlarında səfərdədir və bu səfər çərçivəsində Prezident Aparatının rəhbəri Andrey Yermak da Vaşinqton, Nyu-York və Floridada olub.
O cümlədən, Prezident Aparatının rəhbəri ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın komandasının nümayəndələri ilə görüşlər keçirib.
"Tərəflər Rusiyanın planlarını, eləcə də onların qarşısını almaq üçün hansı addımların atılması lazım olduğunu müzakirə ediblər", - hesabatda qeyd olunur.
Yermak ABŞ-a və bütün Amerika xalqına Rusiyanın təcavüzünə qarşı mübarizədə Ukraynaya güclü dəstəyə görə təşəkkür edib.
Seymur,
Sitat.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 06 Dekabr 2024 14:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















