Icma.az
close
up
RU
Putinin Qərbə təhdid mesajlarının strateji şifrələri: Kreml “Rusiya çökdürülsə, dünyanı dağıdacağıq” deyir

Putinin Qərbə təhdid mesajlarının strateji şifrələri: Kreml “Rusiya çökdürülsə, dünyanı dağıdacağıq” deyir

Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Prezident Vladimir Putinin təhdidkar ritorikası onu da göstərir ki, Kremlin strategiyası həm ölkədaxili legitimlik, həm də beynəlxalq səviyyədə xof yaratma və güc nümayişinə hesablanıb... Kreml sahibi Rusiyasız qlobal balansın mümkün olmadığını, Qərbin hegemonluğunun artıq zəiflədiyini qlobal gündəmə yerləşdirməyə çalışır, ən qorxunc ssenaridə hərbi potensialın həlledici olacağını qabardır...

Ölkə.az "Yeni Müsavat"a istinadən xəbə verir ki, Ukrayna savaşı Rusiya üçün bir dövlət olaraq, “çökdürülmə faktoru”na çevrilməyə başlayıb. Ancaq Kreml bütün cəhdlərinə baxmayaraq, Rusiyanı Ukraynada düşdüyü “savaş bataqlığı”ndan çıxartmağa nail ola bilmir. Ona görə də, isterik durumda olan Kreml daha da aqressivləşir, Rusiya bütün dünyanı təhdid etməyə çalışır. Rusiya prezidenti Vladimir Putinin son açıqlamalarında beynəlxalq münasibətlər, Qərbin siyasəti və Ukrayna münaqişəsi ilə bağlı olduqca kəskin mesajlar yer alır. Və onun ritorikasında həm daxili, həm də beynəlxalq auditoriyaya yönəlmiş bir neçə əsas strateji xətt üzə çıxır.

Onu da qeyd etmək lazımdır ki, prezident Vladimir Putin son açıqlamasında daha çox məhz "hər bir qüdrətin həddi var" tezisi ilə diqqəti çəkib. Rusiya liderinin fikrincə, ABŞ və Qərb bütün dünyaya mövcudluq şərtlərini diktə edə bilməz. Bu tezis Rusiyanın çoxqütblü dünya düzəni konsepsiyasının növbəti təsdiqidir. Kremlin əsas iddiası odur ki, ABŞ və NATO-nun hegemonluğu artıq zəifləyir və Çin, Hindistan və Rusiya kimi güclər balans yaradır. Beynəlxalq siyasi iradə mərkəzləri hesab edirlər ki, güc balansı qlobal sabitliyin əsas şərtidir. Və nə qədər qəribə də olsa, Ukraynaya qarşı işğalçılıq savaşı aparan Rusiyanın prezidenti Vladimir Putin də son vaxtlar bu tezisi siyasi ritorika şəklində tez-tez təkrarlamağa xüsusi həvəs göstərir.

Məsələ ondadır ki, prezident Vladimir Putin Qərb siyasi elitasını həm ölkələrin daxilində öz vətəndaşlarını aldatmaqda, həm də beynəlxalq arenada gərginlik yaratmaqda günahlandırır. Rusiya lideri ABŞ-da baş verən siyasi dəyişikliklərə və Avropada populist qüvvələrin yüksəlişinə işarə edərək, Qərb dünyasında siyasi sabitliyin sarsıldığını vurğulayır. Belə ki, ABŞ-da prezident Donald Tramp və Avropada sağ-populist qüvvələrin yüksəlişi Kreml tərəfindən Qərbin zəifliyinin sübutu kimi təqdim olunur. Ancaq Qərb ekspertlərinin araşdırmaları onu göstərir ki, ABŞ-da və Avropada populizmin yüksəlişi daha çox daxili sosial-iqtisadi böhranlardan qaynaqlanır.

Digər tərəfdən, prezident Vladimir Putin iddia edir ki, Rusiya dünyada ən çox iqtisadi sanksiyalara məruz qalan ölkə olsa da, bu təzyiqlər reallıqda elə bir nəticə verməyib. Onun sözlərinə görə, Rusiyanı qlobal sistemdən təcrid etmək mümkün deyil, çünki "qlobal balans Rusiyasız formalaşa bilməz". Ancaq Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının hesabatlarına görə, Rusiya iqtisadiyyatı 2022-2023-cü illərdə ciddi daralma yaşasa da, enerji ixracatından əldə olunan gəlirlər, eləcə də Çin, Hindistan kimi tərəfdaşlarla əməkdaşlıq sayəsində real çökmə təhlükəsindən müvəqqəti olaraq, yayına bilib. Bununla belə, Rusiya nəhəng Qərb şirkətlərinin bu ölkəni tərk etməsi səbəbindən texnoloji sahədə ciddi itkilərə məruz qalıb.

Nəhayət, prezident Vladimir Putin hesab edir ki, müasir dünya çox böyük sürətlə dəyişir və bu tarixi dönəmdə hər bir insan və dövlət xüsusi məsuliyyət daşıyır. Rusiya liderinin bu iddiası Kremlin özünü yeni qlobal nizamın əsas qurucularından biri kimi təqdim etmək strategiyasına tamamilə uyğundur. Yəni, Rusiya özünü Qərbdən fərqli bir mədəni-siyasi qütb kimi təsdiqləməyə çalışır. Eyni zamanda, bu, ölkədaxili mobilizasiyanı gücləndirmək üçün "tarixi missiya" ritorikasına xidmət edir.

Maraqlıdır ki, Rusiya liderinin ən sərt bəyanatlardan biri də məhz Ukrayna atom elektrik stansiyalarına hərbi zərbə ehtimalı ilə bağlı oldu. Prezident Vladimir Putin açıq şəkildə bildirdi ki, əgər, Zaporoje AES-ə hücumlar davam edərsə, Rusiya Ukraynanın digər AES-lərini hədəfə ala bilər. Bu, həm Ukraynaya, həm də Qərbə yönəlmiş qorxutma və şantaj mesajı təsiri bağışlayır. BMT və Beynəlxalq Atom Enerjisi Agentliyi Kreml sahibinin bu bəyanatlarını təhlükəli eskalasiya cəhdi kimi qiymətləndirib. Qərb ölkələri isə bunu "nüvə şantajı" kimi dəyərləndirərək, NATO-nun təhlükəsizlik siyasətini gücləndirmək üçün əlavə tədbirlərə əl atıb.

Onu da qeyd etmək lazımdır ki, prezident Vladimir Putinin son açıqlamaları məqsədyönlü xarakter daşıyır və bir neçə əsas auditoriyaya təsir göstərməyə hesablanıb. Kreml sahibi bu açıqlamalarla ilk növbədə Rusiyanın daxili auditoriyasına sakitləşdirici mesajlar verməyə çalışır. O, Rusiyanın izolyasiya edilməsinin baş tutmadığı, əksinə, kollektiv Qərbin çökdüyü və ölkənin tarixi dönüş dövründə qalib gələcəyi barədə təsəvvürlər yaratmaq məqsədi güdür. Digər tərəfdən, Kreml sahibi Rusiyasız qlobal balansın mümkün olmadığını, Qərbin hegemonluğunun isə artıq zəiflədiyini beynəlxalq gündəmə yerləşdirməyə çalışır. Və sanksiyaların nəticəsizliyini, Rusiyanın hər cür ssenariyə hazır olduğunu və öz hərbi potensialını sərgiləməkdən qətiyyən çəkinməyəcəyini qabartmaqla, Qərbə meydan oxumaq niyyəti güdür.

Göründüyü kimi, Kreml sahibi son vaxtlar artıq müxtəlif politoloji nəzəriyyələrə məhkum qalıb. Onun açıqlamaları bir tərəfdən klassik realizm və güc balansı nəzəriyyəsi ilə üst-üstə düşür, digər tərəfdən isə təhlükəli eskalasiya risklərini daha da artırır. Belə ki, Kreml sahibinin AES-lərlə bağlı bəyanatları və sərt ritorikası Rusiyanın tamamilə təcrid olunması ilə bağlı riskləri daha da yüksəldir. Bununla belə, prezident Vladimir Putinin təhdidkar ritorikası onu da göstərir ki, Kremlin strategiyası həm daxili legitimlik, həm də beynəlxalq səviyyədə çəkindirmə və güc nümayişinə hesablanıb. Və Kreml sahibi əslində, “əgər, Rusiyanı çökdürsəniz, dünyanı dağıdacağıq” mesajı verməyə çalışır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:119
embedMənbə:https://olke.az
archiveBu xəbər 03 Oktyabr 2025 23:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see228

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see220

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see168

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see161

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see159

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see158

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see156

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see151

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see148

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see142

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see141

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri