Icma.az
close
up
RU
Putinin sahibləndiyi qələbədə Azərbaycanın unudulan payı 300 min can qurban ...

Putinin sahibləndiyi qələbədə Azərbaycanın unudulan payı 300 min can qurban ...

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Sabah – 9 may 2025-ci il. Rusiya Prezidenti Vladimir Putinin “Qələbə Günü” adlandırdığı, hər il böyük hərbi paradlarla qeyd etdiyi bu tarix əslində yalnız Rusiyaya yox, bütövlükdə keçmiş SSRİ xalqlarına, xüsusən də Azərbaycan xalqına çox ağır bədəllərə başa gəlmiş bir qələbənin ildönümüdür. İkinci Dünya müharibəsində – Sovet terminologiyası ilə desək, Böyük Vətən müharibəsində qazanılan bu zəfərin əsl sahiblərindən biri də Azərbaycandır. Və bu, təkcə tarixə yazılmış fakt deyil, həm də sosial-demoqrafik reallıqlarla, qurbanlarla, neftlə, qanla və alın təri ilə yazılmış bir həqiqətdir.

650 min nəfərlə savaş meydanında

Müharibə başladıqda Azərbaycan SSR-nin əhalisi cəmi 3,2–3,5 milyon nəfər civarında idi. Bu sayda əhali üçün 650 min nəfərlik canlı qüvvənin cəbhəyə göndərilməsi demək olar ki, hər beş nəfərdən birinin müharibəyə qatılması demək idi. Bu rəqəm təkcə statistik məlumat deyil – bir xalqın demək olar ki, bütün kişilərinin səfərbər edilməsi, minlərlə ailənin atasız, oğulsuz, qardaşsız qalması, kəndlərin işçi qüvvəsiz, arxanın qadın və uşaqlarla dolu qalması demək idi. Bu, bir xalqın demoqrafik strukturunun dərin dəyişməsi demək idi.

Bu 650 min nəfərdən təxminən 320 mini ya döyüş meydanlarında həlak oldu, ya itkin düşdü, ya da ağır yaralanaraq hərbi xidmətə yararsız hala düşdü. Hər halda, bu itki Azərbaycanın o dövrdəki əhalisinin təxminən 10 faizinə bərabər idi. Bütün SSRİ üzrə əhali sayına görə ən böyük insan itkisi verən respublikalardan biri də məhz Azərbaycan olmuşdur.

Təkcə canlı qüvvə deyil – zəfərin nefti də Azərbaycandan idi

Ancaq Azərbaycan müharibəyə yalnız insan potensialı ilə qatılmadı. Sovet İttifaqının cəbhədə hərbi üstünlüyünün əsas təməli Azərbaycan nefti idi. 1941–1945-ci illər ərzində SSRİ-də hasil edilən neftin təxminən 70 faizi Azərbaycanın payına düşürdü. Bakı nefti olmasaydı, Sovet tankları yalnız fabriklərdə maket kimi qalardı. Qafqazda əsas müharibə məqsədlərindən biri də Almaniyanın Bakı neftinə çıxış əldə etmək idi – bu, Hitler ordusunun “Blau” planında strateji hədəf kimi yer almışdı.

Məhz bu neftlə Sovet təyyarələri havaya qalxdı, tanklar irəlilədi, zirehli texnikalar ön cəbhəyə çatdırıldı. Azərbaycanın arxa cəbhədəki rolu bəlkə də ön cəbhədə döyüşən qədər strateji idi. Azərbaycan qadınları sutkalarla neft mədənlərində çalışaraq, Sovet müharibə maşınının yanacaq damarlarını doldururdular.

Qələbə kimindir?

Putin bu gün Moskva paradında qalibiyyətin simvolu olaraq özünü və Rusiya ordusunu təqdim edir. Lakin bu qələbə təkcə Rusiya xalqına aid deyil. Bu, bütün Sovet xalqlarının – o cümlədən, Azərbaycan xalqının ortaq zəfəridir. Bu zəfərdə Azərbaycanın payı təkcə statistik rəqəmlərlə deyil, şəhidlər, qazilər, yetim qalan uşaqlar, dul qalan qadınlar və boşalan kəndlər vasitəsilə ölçülür. Bu zəfərin qiyməti Azərbaycanın hər bir ailəsinə toxunan ağrılarla, dağılan talelərlə ödənib.

Putinin siyasi ideologiyasına xidmət edən “Zəfər paradı” SSRİ-nin tərkibində olmuş digər xalqların tarixi rolunu kölgədə qoyur. Halbuki bu xalqlar – və ilk növbədə Azərbaycan – öz qurbanları, öz zəhmətləri, öz neftləri ilə bu qələbənin əsl mənəvi və fiziki dayaqları olublar.

Unudulmamalıdır

Azərbaycanın İkinci Dünya müharibəsindəki rolu və verdiyi töhfə təkcə tarixi məsələ deyil. Bu, həm də müasir siyasi münasibətlərdə ədalətin bərpası, tarixə obyektiv yanaşma və milli kimliyin qorunması üçün əsas məsələdir. Bu səbəbdən də sabah keçiriləcək parad təkcə “Rusiyanın qələbəsi” kimi yox, Azərbaycanın da qələbəsi, Azərbaycan xalqının fədakarlığı və əzmi kimi xatırlanmalıdır.

Müasir Azərbaycan dövləti və ictimaiyyəti üçün bu reallıqları daim xatırlamaq və beynəlxalq müstəvidə tanıtmaq həm tarixi borc, həm də milli ləyaqət məsələsidir.(musavat.com)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:108
embedMənbə:https://olke.az
archiveBu xəbər 09 May 2025 00:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see164

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see163

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see162

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see160

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see151

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see140

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see138

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri