Icma.az
close
up
RU
PUTİNİN SURİYA ÇÖKÜŞÜ 50 illik hərbi baza ilə birgə geosiyasi nüfuz və etibar da əldən gedir AzPolitika onlayn siyasiictimai qəzet

PUTİNİN SURİYA ÇÖKÜŞÜ 50 illik hərbi baza ilə birgə geosiyasi nüfuz və etibar da əldən gedir AzPolitika onlayn siyasiictimai qəzet

Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

Rəcəb Tayyib Ərdoğan Suriya başçısı Bəşər Əsədə müxalif qüvvələrin uğurlu hücum əməliyyatlarının hələ ilk günlərində danışıqlar təklif edəndə, ona əl uzadanda bütün diktatorlara xas təkəbbür və yekəbaşlıq xəstəliyinin daşıyıcısı olan Əsəd bundan imtina etdi. 

Belə görünür ki, nə Əsəd, nə də onun arxasındakı Rusiya və İran hadisələrin bu cür ildırım sürətli inkişafını, nəticədə qan, qırğınlar, ədalətsizliklər üzərində qurulmuş 53 illlik hakimiyyətin cəmi 12 gündə çökəcəyini gözləmirdilər. Maraqlıdır ki, xarici medianın yazdığına görə, Türkiyə ilə bağlı olduğu bildirilən Suriya müxalif qüvvələrinin bu cür sürətli və uğurlu üsyanını, bu irəliləyişin Dəməşqə qədər gəlib çıxacağını hətta regionun hər yerində “qulağı olan” İsrail kəşfiyyatı da gözləməyib...

Suriyada baş verənlərin ən böyük zərbəsi Əsəd və İranla yanaşı, əlbəttə ki, Rusiyanın Ukraynada zatən ciddi zədələnmiş geosiyasi nüfuzuna dəydi. Moskvanın Əsədin köməyinə çata bilməməsi bir daha göstərdi ki, “iki cəbhədə döyüşmək” heç də Rusiyanın “başı üçün deyil”. Bunu hətta ABŞ kimi Rusiyadan dəfələrlə böyük iqtisadi və hərbi-siyasi potensiala malik lider dövlət də etməkdə çətinlik çəkərdi.

Əsəd hakimiyyətini və Suriyadakı, Aralıq dənizindəki mövcudluğunu qurtarmaq üçün Rusiya misal üçün Pokrovsk ətrafındakı döyüş qabiliyyətli bir neçə briqadasını ayırıb Suriyaya göndərməli idi. Bu isə Kremlin özü üçün acınacaqlı, hətta dəhşətli nəticələr yaradar, onun sonunu tezləşdirərdi.

Ona görə də Əsədin Putindən gözləntiləri əbəs idi və təbii olaraq, indiki halda Kremlin onun üçün edə biləcəyi yalnız Suriyadan qaçırıb, Moskva ətrafındakı hansısa “daçaya” yerləşdirmək olardı ki, bunu da etdi. Əsəd də qoşuldu Yanukoviç kimilərin sırasına...

Suriyadakı hadisələr Kremlin daxili auditoriyada apardığı az qala “Rusiya dünyanın idarə edən böyük geosiyasi qüvvədir” təbliğatını puç etdi. Bir daha məlum oldu ki, Rusiyanın eyni vaxtda bir neçə hərbi teatr səhnəsində oynayacaq gücü yoxdur! ABŞ-nin Əfqanıstandan çıxmasına, oradakı hakimiyyəti qoyub qaçmasına gülən Kreml indi ondan da betər vəziyyəti özü Suriyada yaşamaqdadır. Lakin fərq ondadır ki, ABŞ Əfqanıstandan çıxışını əvvəlcədən planlaşdırmışdı, burada gözlənilməz bir şey yox idi və kələ-kötür də olsa, həmin plana uyğun olaraq, oranı tərk etdi. Rusiya isə Suriyadan gözlənilməz, qətiyyən planlaşdırmadığı şəkildə çıxmaq, qaçmaq məcburiyyətindədir. Kremldəkilər hər nə qədər özlərini o yerə qoymaq istəməsələr də, bu, Rusiya üçün böyük və ciddi geosiyasi məğlubiyyətdir.

Rusiya imperiyasının əsrlər boyu arzuladığı Aralıq dənizinə çıxış və orada nüfuz sahəsinə malik olmaq ideyası yalnzı SSRİ-nin dövründə, 1971-ci ildə Bəşər Əsədin atası Hafiz Əsədin hakimiyyətə gəldiyi ilk ildə mümkün olmuşdu. Həmin vaxt SSRİ Suriyada Tartus limanında və Hmeymimdə öz hərbi bazalarını qurmuşdu. İndi isə belə görünür ki, rus imperiya düşüncəsinin əsas nailiyyətlərindən birinin 53 illik ömrünə “yenilməz” Putin özünün “dahiyanə strateji düşüncəsi” və xarici siyasəti ilə son qoyur. İndi həmin bazaları hazırkı yerində saxlasa, yalnız Ərdoğan saxlaya bilər. Bu isə inandırıcı görünmür...

Məsələ ondadır ki, 2015-ci ilin sentyabrında Əsədə köməyə gedərək, Suriyaya hərbi müdaxilə edən Kremlin başlatdığı və nəticədə yüz minlərlə dinc suriyalının ölümünə və milyonlarla insanın öz vətənindən didərgin düşməsinə səbəb olan bu əməliyyat Rusiyanın daxilində Moskvanın “misli görünməmiş hərbi uğuru”, “Rusiyanın qlobal geosiyasi nüfuzunun, təsirinin simvolu” kimi təqdim olundu. Bu tezislər Kreml təbliğatı tərəfindən şişirdilərək, Putinin “yenilməz Çar” obrazına vurulmuş böyük və uğurlu bir ştrix, möhür səviyyəsinə çatdırıldı. Beləliklə də milyonlarla rusiyalının şüuraltısına Putinin sakrallığına, yenilməzliyinə, məğlubedilməzliyinə dair daha bir “hüceyrə” daxil edildi. Məhz Putinin süni qalib obrazı böyük hissəsi imperiya mərəzinə tutulmuş milyonlarla rusiyalının onun korrupsiyalaşmış, mənəvi cəhətdən çürümüş hakimiyyətinin oğurluqlarına, özbaşınalıqlarına və digər qanunsuz əməllərinə illərlə göz yummasına şərait yaradıb.

İndi isə Suriyadakı bu acı məğlubiyyəti Rusiya cəmiyyətinə həzm etdirmək asan olmayacaq. Məhz buna görə son günlər Kreml təbliğatı Ərdoğanı və Türkiyəni hədəf alaraq, onu “xəyanətdə” ittiham etməklə, Suriyada baş verənlərin günahını Ankaranın üzərinə atmaqla məşğuldur. Lakin hansı bəhanə gətirilsə də, məğlubiyyət məğlubiyyətdir və bu böyük uğursuzluq yuxarıda qeyd etdiyimiz imperiyaçı rus şüuraltısına məyusluq, inamsızlıq, həyəcan “hüceyrəsi” kimi oturaraq, əvvəlki “qalib hüceyrələri” yeyir.

Nəticədə çökən təkcə Suriyadakı Əsəd rejimi deyil, həm də “Putin mifologiyası” və onun ən əhəmiyyətli postulatlarıdır. Putin hakimiyyəti üçün də ən ağrılı və qorxulu olanı budur. Bir yanda Ukraynada davam edən və “üç günə Kiyev” şüarı ilə başlayıb, bu gün “üç ilə Avdeyevka” səviyyəsinə enən, yüz minlərlə rusiyalının ölümü və yaralanması, 200 milyard dollardan artıq vəsaitin havaya sovrulması, daha 300 milyardın xaricdə dondurulması və faktiki olaraq, Rusiyanın əlindən alınması, “dünyanın ikinci ordusunun” acınacaqlı vəziyyətə salınması, ölkənin bütün sivil dünyada izqoy halına gətirilməsi, iqtisadiyyatının saysız-hesabsız sanksiyaların altında əzilməsi, əhalinin gənc, savadlı, ziyalı hissəsinin xaricə qaçması, iki slavyan xalqının bir-birilə əbədi düşmənə çevrilməsi və bütün bunların qarşılığında ən böyük “uğuru” Rusiya ərazisinin cəmi 0.6 faizinə bərabər Ukrayna torpaqlarının işğalı olan qanlı müharibə, digər yandan isə Suriyadakı bu gözlənilməz məğlubiyyət rusiyalıları yaxşı-yaxşı düşünməyə vadar edir...

Bəşər Əsəd onu qoruyan Suriya ordusunun elit bölmələrinə, “5-ci ordu korpusuna” və digər hərbi birləşmələrə ümidli idi. Ancaq bu ümid cəmi 12 gün ərzində puç oldu, onun “güvəndiyi dağlar” toz olub havaya sovruldu. Unutmayaq ki, tam olmasa da, buna bənzər mənzərə ötən il “Priqojin qiyamı” zamanı Rusiyada da baş vermişdi...

Doğrudur, Suriyadakı məğlubiyyət özünü dərhal Rusiya cəmiyyətində göstərməyəcək. Lakin “Putin mifologiyası”nın dağılmasına səbəb olan bu cür məğlubiyyətlər cəmiyyətin şüuraltısında toplanır və bu “baqaj” “Priqojin qiyamı” kimi növbəti hərbi-siyasi, yaxud mümkün iqtisadi böhran zamanı mütləq Putin hakimiyyətinin əleyhinə işləyəcək...

Cəlal Məmmədov

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 09 Dekabr 2024 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see276

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see268

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see243

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see240

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see160

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see158

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see151

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see142

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see136

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see134

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see134

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see130

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see127

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see127

XİN Bərzaninin Baxçalıya qarşı dediklərini qınayır

03 Dekabr 2025 08:35see125

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see124

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see122

Neymar və het trik

04 Dekabr 2025 09:17see122

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see122

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri